Yəhərgədik dağı
Naviqasiyaya keç
Axtarışa keç
Yəhərgədik dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 2049,8 m |
Yerləşməsi | |
39°46′20″ şm. e. 45°06′10″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | |
|
Yəhərgədik dağı – Sədərək rayonu ərazisində dağ (hünd. 2049,8 m). Dərələyəz silsiləsinin şimal-qərb istiqamətli Saraybulaq qolunun suayırıcısında zirvə. Günnüt kəndindən 4,5 km şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinin alt hissəsinə aid Dərəlik lay dəstəsinin bazal koqlomeratlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Cənub-şərq yamaclarında Üst Tabaşirin Kampan mərtəbəsinə aid Gərməçataq lay dəstəsinin terrigen-karbonat süxurları açılır. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Mehridağ antiklinalının Orta Eosenin konqlomeratları altında basdırılmış şimal-şərq qanadıda yerləşir.
YAĞARGƏDİK DAĞI – Yəhərgədik dağının başqa adı.[1]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.