Münhbalaoğlu
Naviqasiyaya keç
Axtarışa keç
Münhbalaoğlu | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1429,7 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
Münhbalaoğlu — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsinin şimal-qərb istiqamətli Saraybulaq qolunun suayırıcısındakı Yağargədik yüksəkliyindən (2049,8 m) cənub-qərbə ayrılan Ardıc şaxəsinin qurtaracağında dağ (hünd. 1429,7 m). Arpaçayın sağ sahilində, Aşağı Yaycı kəndindən 1,2 km şimal-qərbdədir. Üst Permin Murqab regiomərtəbəsinin yuxarı hissəsinə aid Şahbulaq lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş şimal-şərq yamacı sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-qərb hissəsində izlənilən Münhbalaoğlu-Qabaqdağ sinklinalının şimal-şərq qanadında yerləşir. Yamaclarından müxtəlif istiqamətli fay, fay-yerdəyişmə və əks-fay qırılmaları keçir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.