Dağdağan aşırımı
Naviqasiyaya keç
Axtarışa keç
Dağdağan aşırımı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 2858,5 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
Dağdağan aşırımı – Şahbuz rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Naxçıvançayın sol qolu Zərnətünçayın mənbə hissəsində aşırım (hünd. 2858,5 m). Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarını yaran gəzdəkdir. Cənub-qərb yamacında vulkanogen törəmələr Orta Pleystosenin flüvioqlasial çöküntülərilə örtülmüşdür. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. Zirvə hissəsindən submeridional istiqamətli qırılma pozulması keçir.[1]
Həmçinin bax:
[redaktə | mənbəni redaktə et]- Qapıcıq dağı
- Cindağ (Şahbuz)
- Ağrıdağ
- Ağqaya (Babək rayonu)
- aşırım
- Biçənək aşırımı
- Kilid dağı (Culfa)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.