Əriklidərə dağları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əriklidərə dağları
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 3835,9 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Əriklidərə dağlarıOrdubad rayonu ərazisində tirə. Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə yüksəkliyindən (3835,9 m) ayrılan Girdəni qolunun cənub-qərb istiqamətli eyniadlı şaxəsində, VənəndçayCiqandərəçayın suayırıcısında uzunluğu 6 km-dən artıq olan, şimal-qərbə əyilmiş silsilədir. Ən yüksək zirvəsinin hündürlüyü 2056,9 m-dir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin Zəngəzur qalxım zonası ilə təmas zolağında yerləşir. Qərb və şərq hissələri Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından, mərkəzi hissəsi isə Şərqi Ordubad dərinlik qırılma zonasının nəzarət etdiyi eyniyaşlı Ağrıdağ intruziyasının diorit və dioritli porfiritlərindən təşkil olunmuşdur. [1]

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.