Qaraqaya dağı (Şərur)
Qaraqaya dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1490,0 m |
Yerləşməsi | |
39°41′54″ şm. e. 45°08′20″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | |
|
Qaraqaya dağı – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli Ağsal şaxəsinin qurtaracağında dağ (hünd. 1490,0 m). Zirvəsi Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin terrigen-çökmə, yamacları isə Üst Tabaşirin Kampan mərtəbəsinə uyğun gələn Gərməçataq lay dəstəsinin terrigen-karbonat süxurlarından təşkil olunmuş konusvari sıldırım yamaclı yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Ağsal sinklinalının nüvə hissəsində yerləşir. Şimal-şərq və cənub-qərb yamaclarında şimal-qərb istiqamətli fai qırılmaları izlənilir.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]2018-ci ilin may ayında Azərbaycan Ordusunun xüsusi təyinatlılarının əks hücumu nəticəsində dağ tam olaraq Azərbaycan Ordusunun nəzarətinə keşmişdir[2]. Dağın şimal ətəklərində yerləşən iki erməni postu nəzarətə götürülmüşdür.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
- ↑ "Naxçıvanda 11 min hektardan artıq ərazi və Şərurun Günnüt kəndi düşməndən azad edildi". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-29.