Rəmlər dağı
Naviqasiyaya keç
Axtarışa keç
Rəmlər dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 2289,0 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
Rəmlər dağı — Şərur rayonu ərazisində dağ (hünd. 2289,0 m). Dərələyəz silsiləsinin suayırıcısındakı Qaraquş yüksəkliyindən (hünd. 2600,5 m) qərbə ayrılan eyniadlı qolda zirvə. Tənənəm kəndindən 5,5 km şimal-şərqdədir. Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş cənub və qərb yamacları sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batım sahəsində müşahidə edilən Ərdağı sinklinalının nüvə hissəsində və yerləşir. Qərb yamaclarından submeridional istiqamətli əks-fay üstəgəlmə qırılması keçir. Yamaclarından şimal-qərb və şimal-şərq istiqamətli fay qırılmaları keçir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.