Oğlanqız dağı
Naviqasiyaya keç
Axtarışa keç
Oğlanqız dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1144,8 m |
Yerləşməsi | |
38°58′32″ şm. e. 45°48′44″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | |
|
Oğlanqız dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1144,8 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsinin qurtaracağında, Qaradərəsu ilə Gilançayın suayırıcısında zirvə. Baş Dizə kəndindən 2,2 km cənub-qərbdədir. Yastı səthli kəsik konus formasındadır. Orta Eosenin Lütet mərtəbəsinin aşağı hissəsinə aid Dərəlik lay dəstəsinin bazal konqlomeratlarından təşkil olunmuş yüksəkliyin kəsik konus formalı yastı səthinin iqlim faktorları təsirindən aşınması nəticəsində əmələ gəlmiş ekzotik qayalar qrupuna cavab verir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Aydaş sinklinalının cənub-şərq qurtaracağında yerləşir. [1]
Həmçinin bax:
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.