Məşəl (jurnal)
Məşəl | |
---|---|
az.-əski. مشعل | |
Baş redaktor | Əliheydər Qarayev |
Əməkdaşlar |
Əliheydər Qarayev |
Növ | satirik jurnal |
Təsis tarixi | 13 noyabr 1919 |
Nəşrini dayandırıb | 6 mart 1920 |
Ölkə | |
Qərargah | |
Dil | Azərbaycan dili |
"Məşəl" jurnalı (az.-əski. az.-əski. مشعل) — 1919–1920-ci illərdə Əliheydər Qarayevin redaktəsi ilə nəşr olunan satirik jurnal.[1][2]
Tarixi
[redaktə | mənbəni redaktə et]13 noyabr 1919-cu ildən Əliheydər Qarayev Bakıda "Məşəl" satirik jurnalını çıxartmışdır. Jurnal 1919-cu ildə təşkil edilmiş "Qırmızı qələm" cəmiyyətinin həftəlik nəşri idi. "Turan" mətbəəsində nəşr olunurdu.[1] Bu "Molla Nəsrəddin"in ənənələrini davam etdirən ilk kommunist jurnalı idi.[3] "Məşəl" jurnalı şəkilsiz çıxmışdır. Dil, üslub cəhətincə "Molla Nəsrəddin" jurnalına çox yaxındır.[2] Əliheydər Qarayev 1919-cu ilin mayından 1920-ci ilin aprelinədək "Zəhmət sədası", "Zəhmət", "Azərbaycan füqərası", "Füqəra sədası", "Füqəra", "Oktyabr inqilabı" adlı qəzetlərin redaktoru olmuşdur.[3]
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]"Məşəl" kinayı ilə özünü "boynuyoğunların və qarnızorbaların" jurnalı adlandırmışdır. Həqiqətdə isə boynuyoğunların və qarnızorbaların qarşı kəskin mübarizə etmişdir.[2] Əliheydər Qarayev "Binəva" imzası ilə yazdığı baş məqalədə göstərirdi ki, jurnalın əsas məqsədi istismarçı siniflərə qarşı, daha qəti mübarizə aparmaqdır.[3]
Jurnalın əsas müəllifləri Əliheydər Qarayev, Seyid Cəfər Pişəvəri, Ağababa Yusifzadə, Bayraməli Sərablı, Ağahüseyn Rəsulzadə, Əlisəttar İbrahimov, Nemət Bəsir və başqaları idi. Onlar AXC hökumətinin qərarlarını, kapitalistləri, gənc Sovet hakimiyyətinə qarşı çıxan əksinqilabçı ağqvardiyaçı qüvvələri və başqalarını satira atəşinə tuturdular. Jurnalın müəllifləri satiranın əsas növlərindən istifadə edərək AXC hökumətinin bütün hiylələrini açır, xalqı ona qarşı mübarizəyə səsləyirdi.[3]
"Məşəl" mühüm beynəlxalq məsələlərdən də yazırdı. Məsələn, 6-cı nömrədə gənc Sovet dövlətinin Uzaq Şərqə soxulan Amerika və Yaponiya müdaxiləçilərini əzdiyini belə xəbər verirdi:
Amerikanlar Sibiryanı oğurlayıb udduqda boğazlarında qaldığına görə qusmağa labüd qalmışdır. |
Jurnalın 1919-cu ildə 4, 1920-ci ildə 2 nömrəsi çıxmışdır.[3] Sonuncu nömrəsi 6 mart 1920-ci ildə çıxmışdır.[1]
Şöbələri
[redaktə | mənbəni redaktə et]"Məşəl" jurnalının aşağıdakı şöbələri var idi:
- Teleqraf xəbərləri.
- Azərbaycanda.
- Mətbuat.
- Sənətkarlar ittifaqında.
- Bakı quberniyasında.
- İran xəbərləri.
- Ədəbiyyat.
- Xüsusi elanlar.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- MİLLİ MƏTBUATIMIZIN “MƏŞƏL”İ, “TARTAN-PARTAN”I... Arxivləşdirilib 2018-06-09 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 МӘШӘ'Л // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 546.
- ↑ 1 2 3 "Məşəl". "Kirpi" jurnalı (№ 8 (92)): səh. 2. 1956.
- ↑ 1 2 3 4 5 "Azərbaycan mətbuatı tarixi" (Dərs vəsaiti), N. Zeynalov, I hissə, Bakı, 1973 səh. 93-94.