Nemət Bəsir

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nemət Bəsir
Nemət Ağabala oğlu Hacıyev
Sağdan oturan 1-ci Nemət Bəsir müəllim və şairlər ilə (Bakı, 1916-cı il)
Sağdan oturan 1-ci Nemət Bəsir müəllim və şairlər ilə (Bakı, 1916-cı il)
Təxəllüsü Bəsir
Doğum tarixi 20 mart 1889(1889-03-20)
Doğum yeri
Vəfat tarixi 1943
Vəfat yeri
  • bilinmir
Təhsili Dini təhsil
Fəaliyyəti şair, müəllim, publisist
İlk əsəri "Aləmi-nisvan" (1910)

Nemət Bəsir (tam adı: Nemət Ağabala oğlu Hacıyev; 20 mart 1889, Balaxanı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası1943, bilinmir) — şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Hacıyev Nemət Ağabala oğlu 1889-cu il martın 20-də Bakı quberniyasının Balaxanı kəndində anadan olmuşdur. İbtidai təhsilini mədrəsədə almışdır. Kiçik yaşlarından bədii ədəbiyyata güclü meyl göstərmişdir.

Mirzə Ələkbər Sabirlə Balaxanı kənd məktəbində işləməsi və dostluq əlaqəsi onda yazıb-yaratmaq həvəsi oyatmışdır. Şerlərini "Dəli Nemət", "Əyyar", "Məşəl", "Köhnə Əyyar" gizli imzalan ilə dərc etdirmişdir. Onun şerlərindən xoşlanan M.Ə.Sabir rəvayətə görə ona "Bəsir" təxəllüsünü vermişdir. İnqilabdan əvvəl dövri mətbuatda müntəzəm çıxış etmiş, bir sıra kitabları nəşr olunmuşdur.

Repressiyaya məruz qalmış şair Sibirə sürgün edilmişdir. Bəzi mülahizələrə görə, sürgündən qayıdarkən yolda acından və soyuqdan vəfat etmişdir. Qəbrinin yeri bilinmir. Bəzi mülahizələrə görə, Balaxanıda dəfn edilmişdir.

  • Aləmi-nisvan. Bakı: Elektrik mətbəəsi, 1910;
  • Fəryad. Bakı: Kaspi mətbəəsi, 1910;
  • İki nakam (vaqe olmuş bir əhvalatı təsvir edən aşiqanə bir romandır). Bakı: Məktəb elektrik mətbəəsi, 1916;
  • Rümuzat (əşari mütəfərriqə). Bakı: Orucov qardaşlarının mətbəəsi, 1915.  
  • Hüseyn Həşimli. Nemət Bəsir və onun “İki nakam” romanı. “Azərbaycan” jurnalı, 1998, № 8, s.158-161
  • Hüseyn Həşimli. Unudulmuş şairin poetik dünyası. Naxçıvan Müəllimlər İnstitutu “Xəbərlər”, 2006, № 2, s. 42-47
  • Hüseyn Həşimli. Unudulmuş şair Nemət Bəsir. “Azərbaycan” jurnalı, 2007, № 9, s. 167-171
  • Hüseyn Həşimli. Unudulmuş şair Nemət Bəsirin lirikası. Naxçıvan Dövlət Universiteti “Elmi əsərlər”, humanitar elmlər seriyası, 2014 , № 5, s.14-22
  • Hüseyn Həşimli. Unudulmuş şairin dəyərli poetik irsi. "525-ci qəzet".- 2014.- 8 may
  • Hüseyn Həşimli. Unudulmuş şair Nemət Bəsirin lirikasında multikulturalist motivlər. Bakı Slavyan Universiteti “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” beynəlxalq elmi konfransın materialları, I hissə, Bakı: Mütərcim, 2016, s.370-372

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Nemət Bəsir Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine