Yurd (qəzet)
Yurd (qəzet) | |
---|---|
Yazıçılar | Abdullətif Bəndəroğlu, Tariq Abdulbaqi, Sinan Səid, Xeyrulla Kazım, Nevzat Abdulkərim, İbrahim Dakuklu, Fazil Bayatoğlu, Abdul Huseyn Faris, Qasım Sarıkahya, Fələkoğlu, Rza Çolaqoğlu, Rəmzi Çavuş, Haşim Rəşad Ağsu, Talıb Səmin Dakuklu, Abdulxaliq Bayatlı, Məhəmməd Xurşid Dakuklu, Adnan Sarıkahya, Həmzə Hamamçıoğlu |
Yaranma tarixi | 24.1.1970 |
Dil | ərəb |
Ölkə | İraq |
"Yurd" (qəzet) — 1970-ci ildə Bağdad şəhərində çap olunmuş qəzet.
Məlumat
[redaktə | mənbəni redaktə et]Yurd qəzeti 1970-ci ildə Bağdad şəhərində çap olunmuşdur. 1970-ci il 24 yanvarda “Yurd” qəzeti fəaliyyətə başlayıb. “Yurd” qəzetinin ilk sayı 1970-ci il 18 iyunda işıq üzü görüb. 8 səhifəlik qəzetin baş məsul işçisi Abdullətif Bəndəroğlu, baş yazarı Tariq Abdulbaqi idi. O, qəzetin ikinci ilinin sonuna qədər fəaliyyətini davam etdirib, ondan sonra Sinan Səid 1972-ci il 20 iyulda yazı işləri katibi olub. Sinan Səid 1973-cü il fevral ayının 21-nə qədər bu vəzifəni yerinə yetirib.
Qəzetin çapından bu günə kimi Abdullətif Bəndəroğlu həm baş redaktor, həm də qəzetin məsul rəhbəri olub. “Yurd” 345-ci sayına qədər 8 səhifəlik çıxmış və normal qəzet formasını qoruya bilmişdir. Qəzetin səhifələrində siyasi, tarixi, ictimai, elmi, iqtisadi, idman və folklor mövzusunda məqalələrə yer verilmişdir.
“Yurd” qəzetində Abdullətif Bəndəroğlu, Xeyrulla Kazım, Nevzat Abdulkərim, İbrahim Dakuklu, Fazil Bayatoğlu, Abdul Huseyn Faris, Qasım Sarıkahya, Fələkoğlu, Rza Çolaqoğlu, Rəmzi Çavuş, Haşim Rəşad Ağsu, Talıb Səmin Dakuklu, Abdulxaliq Bayatlı, Məhəmməd Xurşid Dakuklu, Adnan Sarıkahya, Həmzə Hamamçıoğlunun imzalarına rast gəlmək olar. “Yurd” qəzetinin 1979-cu il oktyabrın 19-da 475-ci sayı çap olunmuşdur. Fəaliyyətini davam etdirən “Yurd” qəzetinin 1290-cı sayı 2002-ci il mayın ayının 15-də nəşr olunmuşdur.[1]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Dr. Şəmsəddin KUZƏÇİ. İRAQ MƏTBUAT TARİXİ (1869-2019). Bakı: “CBS”. səh. 78. ISBN 978-9952-516-66-1.