Tartan-partan (jurnal)
Naviqasiyaya keç
Axtarışa keç
"Tartan-partan" (jurnal) | |
---|---|
Baş redaktor | Əliheydər Qarayev |
Təsisçi | Əliheydər Qarayev |
Təsis tarixi | 24 sentyabr 1918 |
Qərargah | Tiflis |
"Tartan-partan" (jurnal) — həftəlik satirik jurnal.
Haqqında
[redaktə | mənbəni redaktə et]Əliheydər Qarayev nəşr etdiyi satirik jurnallarla "Molla Nəsrəddin"in jurnalistika məktəbinə təzə ruh və təravət gətirdi. 1918-ci il sentyabrın 24-də Tiflisdə onun redaktorluğu ilə "Tartan-partan" jurnalının birinci nömrəsi çapdan çıxmışdır. Vəsaitin olmaması üzündən birinci nömrədən sonra davam edə bilməyən bu jurnal qarşısına böyük məqsədlər qoymuşdu. "Məqsədimiz" adlı baş məqalədə bu barədə işarələr vardır. Jurnalda "Həkim Nuni səğir" imzası ilə "Şair" adlı hekayəsi verilmişdir. Həmin hekayə "Mirzə Səfər"in ilk variantıdır. Jurnalda şeir, xarici xəbərlər, elanlar, axırıncı xəbərlər başlığı altında satirik yazılar dərc olunmuşdur.[1]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- MİLLİ MƏTBUATIMIZIN “MƏŞƏL”İ, “TARTAN-PARTAN”I... Arxivləşdirilib 2018-06-09 at the Wayback Machine
- TARTAN-PARTAN, Azərbaycan dilinin izahlı lüğəti – Obastan
- Satirik jurnallardan "Tartan-partan"
Mənbə
[redaktə | mənbəni redaktə et]- N.N.Zeynalov. "Azərbaycan mətbuat tarixi", I hissə. Bakı "ADU", 1973 – səh. 93
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006 - 248 səh" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-17.