Hesabat (jurnal)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hesabat
Baş redaktor Mir Şahin
Növ Aylıq jurnal
Format A4
Tiraj 3000
Təsisçi ANS-PRESS Nəşriyyat Evi
Təsis tarixi 2005—2013
Qərargah Azərbaycan, Bakı şəhəri, 1128-ci keçid, 504-cü məhəllə, AZ1073.
Dil Azərbaycan dili
Səhifə 48
Qiymət 2 manat

Hesabat jurnalı — 23 aprel, 2005-ci ildə təsis edilib. "Hesabat" jurnalında cəmiyyətdə mövcud olan problemlər: korrupsiya, rüşvətxorluq, vergi yayınmaları, məmur özübaşınalığı və s. barədə məqalə və şərhlər dərc olunur.

Jurnalın ilk sayı qalmaqalla müşayiət olundu.[1] Azərbaycanın ən varlı adamlarının siyahısı, siyahıda məmurların, eləcə də hakim ailə üzvlərinin adlarının olması birmənalı qarşılanmadı. Dövlət başçısının əmisi Cəlal Əliyevin Milli Məclisdəki təhqirlə dolu çıxışı da məhz həmin siyahıdan qaynaqlanmışdı.

2017-ci ildə jurnal fəaliyyətini dayandırıb.[2]

  1. "ANS-in İKİ JURNALI BAĞLANDI". musavat.com. musavat.com. 29 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 December 2015.
  2. "ANS-in jurnalları niyə bağlandı? - Teleşirkətdən cavab: "O qədər borclarımız var ki..."". mia.az. mia.az. 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2019.