38°56′18″ şm. e. 45°58′16″ ş. u.HGYO

Arısu dağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Arısu dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 2378 m
Yerləşməsi
38°56′18″ şm. e. 45°58′16″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Vilayət
Arısu dağı xəritədə
Arısu dağı
Arısu dağı

Arısu dağıOrdubad rayonu ərazisində dağ (hünd. 1404,6 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Azərməsçid aşırımından (3474,7 m) cənub-qərbə ayrılan  Uçurdağ qolunda zirvə. Əylisçayın sağ sahilində, Aşağı Əylis kəndindən 1,5 km şimal-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Arısu lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təskil olunmus konusvari yüksəklikdir. Ilkin subhorizontal yatımlı süxur qatlarının neotektonik mərhələdə dizyunktiv deformasiyalar təsirindən  bloklara parçalanması və sonradan aşınması nəticəsində əmələ gəlmiş   geomorfoloji obyektdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin ucqar cənub-şərqində müşahidə edilən  asimmetrik quruluşlu eyniadlı sinklinalın nüvə hissəsində yerləşir. Cənub-qərb yamacında Alt Eosen (Arısu lay dəstəsi) və Üst Paleosen (Ordubad lay dəstəsi) yaşlı süxurlar eyniadlı şimal-qərb istiqamətli dərinlik qırılması boyu tektonik təmasa gətirilmişdir.[1]

Həmçinin bax:

[redaktə | mənbəni redaktə et]
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.