Dikdaş dağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Dikdaş dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1411,0 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Dikdaş dağı – Culfa rayonu ərazisində dağ (hünd. 1411,0 m). Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin  cənub-şərq istiqamətli Pilələr  qolunun   suayırıcısında zirvə. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş, cənubcənub-şərq yamacları sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid  Darıdağ-Aza qalxımının  geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikincidərəcəli Pilələr sinklinalının cənub-qərb qanadında yerləşir.[1]

Həmçinin bax:

[redaktə | mənbəni redaktə et]
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.