Deformasiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qüvvə ilə deformasiya arasındakı asılılığı göstərən diaqram

Deformasiya (latınca deformatiotəhrif olunma) hər hansı obyektin xarici və daxili qüvvələrin təsiri nəticəsində konfiqurasiyasının dəyişməsidir.

Deformasiyaya bərk cisimlər (kristal, amorf, üzvi mənşəli mayelər, qazlar, fiziki sahə, canlı orqanizmlər və s.) məruz qalırlar. Deformasiya -maddi mühit (bərk,maye, qazabənzər) hissəcikləri çoxluğunun qarşılıqlı yerləşməsinin dəyişməsidir; bu isə cismin və ya onun hissəciklərinin forma və ölçülərinin dəyişməsinə səbəb olur, hissəciklər arasında qarşılıqlı təsir qüvvələrini dəyişir, yəni gərginlik yaradır. Bütün maddələr deformasiyaya uğraya bilər. Deformasiya istilik genişlənməsi, maqnit və elektrik sahələrinin, həmçinin xarici mexaniki qüvvələrin təsirinin nəticəsi ola bilər.

Deformasiya üç qrupa bölünür:

  • Plastiki deformasiya
  • Elastiki deformasiya
  • Elastiko-plastik

Bərk cisimlərdə, əgər yükü götürəndən sonra deformasiya itirsə - elastiki, əgər itmirsə- plastiki, əgər tamamilə itmirsə, elastiko-plastik deformasiya adlanır. Əgər deformasiyanın qiyməti zamandan aşkar asılıdırsa, məsələn, dəyişməz yüklənmə təsiri ilə artırsa, lakin dönəndirsə, bərpa olunandırsa o, özlü elastiki adlanır.Bütün həqiqi bərk cisimlər, hətta kiçik deformasiyalarda az və ya çox miqdarda plastiki xassələr malik olurlar. Elastiklik nəzəriyyəsində olduğu kimi cismin plastiki xassələrini müəyyən edən şəraitlərdə nəzərə almamaq olar. Bərk cismi kifayət qədər dəqiqliklə elastiki hesab etmək olar, yəni yüklənmə hər hansı sərhəddi (elastiklik sərhəddini) keçənə qədər hiss ediləcək plastiklik aşkar olunmur. Plastik deformasiyanın təbiəti temperaturdan, yükün uzun müddətli təsirindən və ya deformasiya sürətindən asılı olaraq müxtəlif ola bilər.

Plastik deformasiya

[redaktə | mənbəni redaktə et]

Plastik deformasiya süxurun xarici təzyiq altında bütövlüyü pozulma­dan, formasının dəyişməsi. Plastik deformasiya zamanı süxur kompo­nentlərində yerdəyiş­mə, struktur əlaqələ­rinin dağılması, makro- və mikroçatların əmələ gəlmə­si, sı­xılması, çat və başqa boşluqların bağlanması, bəzi hallarda əlaqəli suyun sıxışdırılıb çıxar­dıl­ması və b. proseslər baş verir. Süxura olan təsir kəmiyyətcə onun elastiklik və möhkəmlik həddin­dən böyük olduqda plastik deformasiya ani baş verir. Tədricən artan və ya daimi sabit qüvvə altında bəzi süxurlarda plastik deformasiya plastik axın ilə nəticələnir. Bu növ deformasiya, təzyiqdən asılı olaraq, zaman müddətində müəyyən sürətlə baş verdiyindən özlülü-plastik deforma­siyaya çev­rilir

  • Darıltma,
  • Sıxılma,
  • Sürüşmə,
  • Əyilmə,
  • Burulma

Deformasiyanın miqdarı xarakteristikası maddənin termomexaniki xassələrini təsvir edən tənliklərə və maye, qaz axınlarının, konstruksiyalarının möhkəmlik parametrlərinin və təzyiqlə işlənmə texnoloji proseslərin hesablanmasına və s. daxildir. Cismin istənilən iki elementinin (məsələn, cisimdən fikrən kəsilmiş kubiklərin) forma və ölçülərinin dəyişməsi eyni olanda deformasiya daha asan təsvir olur. Məsələn, cismin hərtərəfli bərabər sıxılması zamanı meydana çıxan hidrostatik deformasiyada onun istənilən elementinin xətti ölçüləri eyni tərtibdə kiçilir, yəni cismin deformasiyası cismin hissəsinin və cismin bütövlükdə nisbi dəyişməsi ilə təyin olunur. Bir sıra digər hallarda cismin müxtəlif elementlərinin deformasiyası eyni olmur, lakin onun bütövlükdə deformasiya nğvünü müəyyən edən deformasiyasını seçmək olar. Beləliklə, milin burulması zamanı iki eninə kəsiyin qarşılıqlı dönməsi, tirin əyilməsi zamanı-bükülmüş oxun əyriliyi xarakterik deformasiyadır. Bu cəm deformasiya cəm elementləri çoxluğunun deformasiyalarının qeyri-bircins deformasiya sahələri ilə törəyir. İxtiyari formalı cismin deformasiyasını təsvir etmək üçün hər hansı bir nöqtənin sonsuz kiçik ətrafının deformasiyasının miqdarı ölçüsü daxil edilir. Hesab edilir ki, əgər baxılan nöqtəyə daxil olan saysız elementar (sonsuz kiçik) liflər çoxluğunun nisbi uzunluqları və onlar arasındakı bucaqların dəyişməsi məlumdursa, onda həmin nöqtə ətrafının deformasiyası təyin olunmuşdur. Əgər nisbi uzanma və sürüşmə vahiddən çox-çox kiçikdirsə, onda deformasiya kiçik adlanır. Deformasiyanın (mexaniki, elektrik, maqnit və s.) ölçülməsi cismin müəyyən olunmuş nöqtələri arasındakı məsafələrin düzünə və dolayı və ya deformasiya ilə yaranan effektlərin (optik,pyezoelektrik və s.) ölçülməsinə əsaslanır.

Deformasiyanı ölçmək mexaniki xassələrin tədqiqi üçün aparılan sınaq zamanı, ya da gərginliyin xarakterini müəyyən etmək üçün tiklilərin tədqiqi zamanı aparılır. Sərt deformasiyalar çox kiçik olurlar, ona görə də, onların ölçülməsi yüksək dəqiqlik tələb edir. Ən geniş yayılmış üsul tenzometrlərin köməyi ilə ölçmədir. Bundan əlavə, polyar-optik üsul, rentgen analizi, müqavimət datçiklərdən də istifadə edilir. Plastiki deformasiyaları müşahidə etmək üçün hissənin üzərinə xüsusi rəng çəkilir və orada dəyişmə sonra ölçülür.

Ən elementar deformasiya

[redaktə | mənbəni redaktə et]

Ən elementar deformasiya verilmiş elementin uzanmasıdır:

burada   l1 - elementin deformasiyadan sonrakı uzunluğu,
       l - bu elementin ilkin uzunluğudur.

Praktikada çox vaxt deformasiyalar kiçik olurlar, belə ki, e << 1.

Elastik deformasiya

[redaktə | mənbəni redaktə et]

Elastik deformasiya xarici təzyiq altında deformasiyaya uğramış cismin ilkin vəziyyətə qayıtmasıdır («bərpa olunan deformasiya»). Həqiqi elastik deformasiya, olduqca tez, praktiki olaraq ani, təzyiqin verilmə sürətinə müvafiq inkişaf edir. Elastik deformasiya, bəzi, xüsusən böyük dərinliklərdə yatan süxurlarda verilmiş gər­ginliyə müvafiq olan maksimum həddinə yalnız müəyyən vaxt keçdikdən son­ra çatır. Özlü-elastik (plastik) deformasiya adlanan bu növ elastik hadisələr, «əlaqəli» su pərdəci­yinin və ya müəy­yən dərəcədə hidratlaşmış sementdə deformasion prosesin ləng getməsi ilə əlaqədardır. Özlü-elastik deformasiyanın bərpası da tədricən baş verir.

  • H.Q.Məmmədov "Materiallar müqaviməti",Azərneftnəşr, Bakı, 1951. 612 səh.
  • А.А.Ильюшин "Механика сплашной среды", 2 изд.,М.1978
  • А.А.Ильюшин,В.С.Ленский "Сопротивлание материалов" М.1959;
  • Л.И.Седов "Механика сплашной среды", 3 изд.М.1976
  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.