Şahqaraş dağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şahqaraş dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1430,6 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Şahqaraş dağıNaxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində dağ (hünd.1430,6 m). Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsindən şimal istiqamətində ayrılan şaxənin suayırıcısında zirvə. Qızılca kəndindən 7 km-dək cənub-şərqdədir. Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı, hamar təpəli yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikincidərəcəli Pilələr sinklinalının şərq qanadında yerləşir. Konusvarı formadadır. Cənub yamacı sıldırımdır.[1]


  1. Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 289. ISBN 5-8066-1468-9.