Səngərtəpə (dağ, Şahbuz)
(Səngərtəpə dağı səhifəsindən yönləndirilmişdir)
Səngərtəpə dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1757,2 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
Səngərtəpə dağı — Şahbuz rayonu ərazisində dağ (hünd. 1757,2 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyinidən (3204,3 m) qərb istiqamətdə ayrılan Toğluqaya qolunun cənub yamacında, Nursu kəndinin şimal-şərq kənarında zirvə. Nursuçayın sol sahilindədir. Orta Pleystosenin flüvioqlasial törəmələrindən təşkil olunmuş konusvari yüksəklikdir. Yamaclarında cavan çöküntülər altından Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurları açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin Nursu mərkəzi əyilməsinin şimal-şərq cinahında müşahidə edilən maili Nursu-Qabaqtəpə sinklinalının şimal-şərq qanadında yerləşir.[1] <ref>
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.