Yoxuş dağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yoxuş dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Dağ silsiləsi Zəngəzur dağları
Mütləq hündürlüyü 2364,4 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət

Yoxuş dağıOrdubad rayonu ərazisində dağ (hünd. 2364,4 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə yüksəkliyindən (3825,9 m) cənub-qərbə ayrılan Girdəni qolunun qərb istiqamətli eyniadlı şaxəsində zirvə. Düylünçayın sol sahilində, Urmis kəndindən 1,8 km cənub-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş şimal yamacları sıldırımlı, konusvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb kənarında, Kilit-Kotam qalxımının mərkəzi strukturu olan Kilit-Ağrıdağ antiklinalının cənub-qərb qanadında yerləşir.[1]

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.