41°12′27″ şm. e. 48°17′19″ ş. u.HGYO

Yergüc (Quba)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yergüc
41°12′27″ şm. e. 48°17′19″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Quba
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Yergüc xəritədə
Yergüc
Yergüc

YergücAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.

Yergüc kəndi Quba rayonunda, Buduq inzibati-ərazi dairəsinin ərazisində yerləşib. Kənd əhalisi zaman-zaman buradan köçüb başqa kənd və şəhərlərdə məskunlaşdığı üçün hazırda bu məkanda heç kim yaşamır. Digər şahdağ etnoslu kəndlər kimi Yergüc kəndi də xüsusi dilə malikdir. Yergüc dili Xınalıq dilindən başqa bütün digər Şahdağ dil ailəsinə məxsus dillərə bənzəyir, lakin əksər sözlərdə ən azından bir və ya bir neçə hərf fərqi var. Bəzən isə söz tamamilə digər xalqların istifadə etdiyi sözlərdən fərqli olur, onların istifadə etdiyi sözlərə qətiyyən bənzəmir. Bundan başqa, Yergüc dilində Xınalıq dilindəki sözlərə bənzər bir sıra söz var və bu cəhət Yergüc dilini Buduq, Qrız, Əlik, Haput və Cek dillərindən bir az fərqləndirir. Yergüc, Qrız, Haput, Əlik, Cek və Buduqlular öz ana dillərində bir-birləri çox rahat ünsiyyət saxlaya bilirlər. Hazırda bu dil məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Belə ki, hazırda Yergüc dilini yalnız yaşlı yergüclülər bilir. Gənclərin əksəriyyətinin isə bu dil haqqında heç təsəvvürləri belə yoxdur.

Coğrafiyası və iqlimi

[redaktə | vikimətni redaktə et]

Yergüc kəndinin əhalisi bir neçə soydan-ailə və ya nəsildən ibarət olub.[1]Hazırda Yergüclülərin ən çox məskunlaşdığı ərazilər:

  • Xaçmaz rayonu – Yergüc kəndi
  • Xaçmaz rayonu – Sərkərli kəndi
  • Xaçmaz rayonu – Armudpadar kəndi
  • Xaçmaz rayonu – Hacıəlibəy kəndi
  • Xaçmaz rayonu – Uzunoba kəndi
  • Quba rayonu – Davudoba kəndi
  • Xaçmaz, Quba və Bakı şəhərləri, bunlardan başqa Azərbaycanındigər bölgələri.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  1. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629