Atuc
Görünüş
Atuc | |
---|---|
41°06′41″ şm. e. 48°36′50″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Atuc — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Toponimikası
[redaktə | vikimətni redaktə et]Toponimik tədqiqatlarda bu oykonim belə izah olunur: Atuc mənbələrdə və bəzi müasir türk dillərində rast gəlinən "iki arx arası əkin sahəsi", "suvarma üçün ayrılan lək və ya şum sahəsi" mənalı "atız" sözünün "c" dialekt variantını əks etdirir. Yaşayış məntəqəsi XIX əsrdə Qonaqkənddən gəlmiş ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır.[1]
Coğrafiyası və iqlimi
[redaktə | vikimətni redaktə et]Kənd Baş Qafqaz silsiləsinin yamacında yerləşir.
Əhalisi
[redaktə | vikimətni redaktə et]2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 19 nəfər əhali yaşayır. Əhalisi tatlardır.[2]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Atuc // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax
[redaktə | vikimətni redaktə et] Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |