Pirvahid
Pirvahid | |
---|---|
41°19′44″ şm. e. 48°40′28″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 333 m |
Saat qurşağı | |
Pirvahid — Azərbaycan Respublikasının Quba rayonunun inzibati İkinci Nügədi bələdiyyəsinin tərkibindədir[1].
Abidələri
[redaktə | mənbəni redaktə et]66 Övliyya
[redaktə | mənbəni redaktə et]Pirvahid kəndinin "66 Övliyya" adlanan ziyarətgahı Quba rayonunun maraqlı epiqrafik abidələrindən biridir. Buradakı yazılar həm pirin, həm də kəndin tarixini müəyyən etməyə imkan verən yeganə tarixi sənədlərdir. Pirdə yan-yana iki başdaşı qoyulmuşdur. Başdaşılardan birinin üz tərəfində Qurandan 2-ci surənin 256-cı ayəsi yazılmışdır. Tarix və dəfn olunanın adı yoxdur. İkinci başdaşında həm tarix, həm də dəfn olunan şəxsin adı yazılmışdır. Abidənin lap yuxarı hissəsində yazılmış ərəbcə kitabədə deyilir:
"Dünya bir saatlıqdır, ona görə də itaətlə məşğul olun." Daha sonra Qurandan 2-ci surənin 256-cı ayəsini yazılmışdır. "Allah əbədi və ölməzdir, onu mürgü və yuxu tutmaz, yer və göylərdə olan nə varsa onun üçündür. Onun icazəsi olmadan yanında vasitəçilik edən yoxdur. O, gələcəkdən, keçmişdən və onu əhatə edən nə varsa hamısından xəbərdardır. Onun istəyi və biliyindən kənarda heç bir şey qala bilməz, kürsüsü göylər və yerlərdə yerləşmişdir. "Şeyx Səfi bin Şeyx Məhəmməd bin Pir Vahid 1054-cü il (1644–1645) Başdaşının yanlarında azərbaycanca aşağıdakı məzmunda kitabə yazılmışdır.
"Bir cavani-nazəninin məskənidir bu məzar Eyləmiş nazik tənin xakilə yeksan ruzigar Arzuyi mən budur duaye-xeyr qılmış ola hər kəs bura etsə güzar" Qeyd etmək lazımdır ki, azərbaycanca kitabələrə orta əsr epiqrafikasında çox az təsadüf olunur. Məhz bu cəhətdən Pir Vahid abidəsi böyük əhəmiyyət kəsb edir. Kitabənin birinci beytində Zəngəzurun Urud abidələrində, qoç heykəlli və sənluqə formalı XVI əsr abidələrində, Kəlbəcər rayonunun Zəylik kəndindəki bir at heykəlli məzarüstü abidədə (XIX əsr) də təsadüf olunmuşdur. Daha sonra kitabədə maraqlı məsələ mərhum Şeyx Səfinin atası Məhəmmədin Şeyx titulu ilə qeyd olunması, babası Şeyx Pir Vahidin adının göstərilməsidir. Demək Şeyx Səfinin üç arxa alim-şeyx nəslindən olması kitabədə qeyd olunmuşdur. Bu alimlər nəslinin məzarlarının xalq tərəfindən əsrlərdən bəri ziyarətgaha çevrilməsi əbəs deyil. Bu bir daha Pir Vahidin və onun övladlarının Azərbaycanda görkəmli alim və ictimai xadim olmaqla xalq arasında böyük nüfuza malik olduqlarını göstərir. Fikrimizi, kəndin yüz illər keçməsinə baxmayaraq, bu gün belə, Pir Vahid adını əbədiləşdirib saxlaması bir daha sübut edir. Qədirbilən xalq nəyə qadir deyil? Bu gün elm aləmi, bütün Azərbaycan xalqı, fəaliyyətləri haqqında məlumatlar olmasa da, üç Azərbaycan aliminin, ictimai xadiminin Şeyx Pir Vahidin, oğlu Şeyx Məhəmmədin, nənəsi Şeyx Səfinin adlarını bizə qoruyub saxlamış o daşı, əsrlərin daş yaddaşını müqəddəsləşdirib zəmanəmizə saxlayan qubalılara, pirvahidlilərə minnətdarıq.
Toponimikası
[redaktə | mənbəni redaktə et]Pirvahid oyk., sadə. Quba r-nıınun İkinci Nügədi i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. XIX əsrə aid mənbələrə görə, burada mənşəcə ərəblərlə bağlı şeyxlər yaşamışlar. Kəndin ərazisindəki Qırx övliya qəbiristanı da həmin şeyxlərə aiddir. Oykonim bu qəbristanda Vahid adlı bir şəxsə məxsus türbənin olması ilə bağlı yaranmışdır və "Vahidin piri" mənasındadır.[2]
Əhalisi
[redaktə | mənbəni redaktə et]- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1393 nəfər əhali yaşayır.[3] Milli tərkibi:azərbaycan türkləri.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
- azerbaijanphoto.com saytındakı şəkilləri [ölü keçid]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Quba rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |