Qızılhacılı məscidi
Qızıl Hacılı məscidi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | Təbriz küçəsi |
Tikilmə tarixi | 1877-ci il |
Üslubu | Arran memarlıq məktəbi |
İstinad nöm. | 3987 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qızılhacılı məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən 1877-ci ildə tikilmiş məscid və tarix-memarlıq abidəsi.
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında
[redaktə | mənbəni redaktə et]Tarixi
[redaktə | mənbəni redaktə et]Qızılhacılı məscidi 1877-ci ildə Gəncənin Qızılhacılı məhəlləsində yerli sakinlərin maddi vəsaiti hesabına tikilib.[1][2] Məscidə şəhər sakinləri "Şabanlı məscidi" də deyirlər.[3][4] Ehtimal edilir ki bu məhəllədə yerləşən tayfa və ya tayfa başçısının adı ilə bağlıdır.[4] Bundan başqa həmin adın bu binanı tikən və yaxud tikilməsinə təşəbbüs göstərən bir nəfərin adı ilə bağlı olduğunu da güman etmək mümkündür.[3][4]
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.[5] Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.[6] Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.[6][7] Qızılhacılı məscidi də bu dövrdə fəaliyyətini dayandırıb.[8] Binada müxtəlif vaxtlarda ateizm klubu və anbar yerləşib.[8][4]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[9]
Binada bir müddət Uşaq stomatoloji poliklinikası fəaliyyət göstərib.[1] Hazırda məscidin binasında Gəncə şəhəri 22 saylı kitabxananın filialı fəaliyyət göstərir.[10]
Memarlığı
[redaktə | mənbəni redaktə et]Məscid Gəncə üçün ənənəvi olan qırmızı kərpicdən tikilib.[1][11] Binası günbəzlidir, günbəzin üzərini örtən dəmirlər üç künc formadadır, üzərindəki kuzə və aypara qoyulub.[8] Qapının yan tərəfindən divarda ikitağlı oyuq, üstündə də həmin oyuqların formasını təkrar edən pəncərə var.[8] Qapıdan kiçik dəhlizə, sonra isə kvadrat şəkilli ibadət salonuna girmək mümkündür. Məscidin içərisi gəclə suvanıb. İçərisində heç bir yazı və məscidin mehrabı yoxdur. Ehtimal olunur ki, məscidin mehrabı burada ateizm klubu fəaliyyət göstərərkən dağıdılıb.[4][10]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Gəncənin maddi mədəniyyət abidələri (az.). Bakı: Nurlan. 2004. 73. 2024-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-19.
- ↑ Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 172. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).
- ↑ 1 2 Əhmədov, Fərrux. Gəncənin tarix yaddaşı (az.). Bakı: Şirvannəşr. 1998. 167. 2024-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-18.
- ↑ 1 2 3 4 5 "Gəncə şəhər Qızıl Hacılı məscidi". sirat.az. 2022-04-05. 2023-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-28.
- ↑ Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 140. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ 1 2 Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 141. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ Ələsgərova, Nəsrin. "Ислам в Азербайджане: история и современность | Heinrich Böll Stiftung | Tbilisi - South Caucasus Region". ge.boell.org (rus). 2005-01-15. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-04.
- ↑ 1 2 3 4 "Gəncədə Borçalı köçkünlərinin tikdiyi Qızılhacılı məscidi". gencexeber.az (az.). 2021-10-20. 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-28.
- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ 1 2 "Gəncə məscidlərinin acınacaqlı taleyi". sirat.az. 2022-04-18. 2023-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-19.
- ↑ Məmmədov, Mərdan. Gəncə abidələri (az.). Bakı: Azərnəşr. 2021. 94. 2024-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-17.