38°44′57″ şm. e. 48°51′04″ ş. u.HGYO

Böyük Bazar məscidi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Böyük Bazar məscidi
Xəritə
38°44′57″ şm. e. 48°51′04″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Lənkəran
Yerləşir Böyük bazar məhəlləsi
Tikilmə tarixi 1864
Vəziyyəti stabil
İstinad nöm.4805
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
Böyük Bazar məscidi (Azərbaycan)
Böyük Bazar məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Böyük Bazar məscidiAzərbaycanın Lənkəran şəhərində yerləşən məscid və tarix-memarlıq abidəsi. Məscid 1864-cü ildə Böyük bazar məhəlləsində tikilib.

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Böyük Bazar məscidi 1864-cü ildə Lənkəran şəhərində Böyük bazar məhəlləsində tikilib.[1][2] Məscid Kərbəlayi Qulu, Kərbəlayi Ağaqulu, Hacı Mirağa və Böyük bazar məhəlləsində yaşayan camaatın topladığı vəsait hesabına tikilib.[3] Adını isə yerləşdiyi məhəllədən alıb. Memarı Usta Hadı olub.[4]

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[5] Böyük Bazar məscidi də bağlanıb, binadan anbar, kitabxana və şəkil qalereyası kimi istifadə olunub.[2] 1929-cu ilədək məscidin həyətində Kərbəlayi Hüseynin, general Hacı Mirabbas xan Talışinskinin, Kərimovların, Hacı Manafin, Hacı Ələsgərin və Hacı Hacıağa Əkbərovun adına olmaqla ümumi 6 təkyəsi olub.[6][7] 1930-cu illərdə Hacıağa Əkbərovun təkyəsi xaric digər təkyələr, 1938-ci ildə isə məscidin azan vermək üçün olan güldəstəsi dağıdılıb.[7] Məscidin binasında 1938-ci ildən 1980-ci ilə qədər çörək zavodu, 1980-ci ildən 1990-cı ilə qədər isə şəkil qalereyası yerləşib.[7][8]

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə isə məscid yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[9] 1995-ci ildə yerli əhalinin təşəbbüsü ilə məscidin yanında 36 m hündürlüyündə minarə tikilib.[7] Məsciddə Dövlət Komitəsindən qeydiyyatdan keçmiş dini icma fəaliyyət göstərir.[10]

Məscidin uzunluğu 31,5 metr, eni 12,7 isə metrdir.[7] İnşasında meşə məmulatlarından və bişmiş kərpicdən istifadə olunub. Üstü isə kirəmitlə örtülüb. Sahəsi 500 kv. metr, tutumu 550 nəfərdir.[11] Tavanı düzbucaqlı formadadır və 6 sütun üzərində dayanır.[12] Məscid əsas və yardımçı binalardan ibarətdir.[13]

  1. Həsənoğlu, Həşim. Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, seyidləri, övliyaları (PDF) (az.). Bakı: Nasir. 2015. 196.
  2. 1 2 Azərbaycanın seçilmiş İslam abidələri (PDF) (az.). Bakı: Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi. 2015. 102. 2024-09-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-01.
  3. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran Ensiklopedik Məlumat (PDF) (az.). Baku: 3 saylı Bakı Mətbəəsi. 2017. 97. 2019-04-06 tarixində arxivləşdirilib (PDF).
  4. ""Məscid (Böyük bazar)"". irs.gov.az. 2023-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.
  5. Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN 9952-8052-0-9. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  6. Mistanlı, Aqşin. Cənub bölgəsinin abidələr ensiklopediyasi (az.). Bakı: Adiloğlu. 2020. 108. ISBN 978-9952-37-379-0.
  7. 1 2 3 4 5 Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran Ensiklopedik Məlumat (PDF) (az.). Baku: 3 saylı Bakı Mətbəəsi. 2017. 98. 2019-04-06 tarixində arxivləşdirilib (PDF).
  8. "150-dən çox yaşı olan Lənkəranın Böyük bazar məscidi". cenublu.az. 2022-05-11. 2023-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.
  9. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  10. "Məscidlər və dini icmalar". irs.gov.az. 2023-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.
  11. Abdullayeva, S. "Azərbaycandakı məscidlər: mənəviyyat və tarixi-memarlıq abidələri". 525.az. 2013-10-01. 2024-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.
  12. Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 174. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).
  13. "Lənkəran şəhəri Böyük Bazar məscidi". sirat.az. 2022-02-21. 2023-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]