Əli Əkbər Haşimi Rəfsəncani

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əli Əkbər Haşimi Rəfsəncani
fars. علي اکبر هاشمی رفسنجانی
Doğum tarixi 25 avqust 1934(1934-08-25)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 8 yanvar 2017(2017-01-08)[3][1][…] (82 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Həyat yoldaşı
Təhsili
Fəaliyyəti siyasətçi, yazıçı, sahibkar, axund
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ayatollah Əkbər Haşemi Bəhremani Rəfsəncani (25 avqust 1934[1][2][…], Nuq[d], Kirman ostanı və ya Bəhreman, Kirman ostanı8 yanvar 2017[3][1][…], Tehran və ya Təcriş[d]) — İran siyasətçisi, yazıçısı. Ekspertlər Assambleyasının sədri olmuşdur. AMEA-nın fəxri üzvüdür.

Rəfsəncani 1934-ci ildə İranın Kirman vilayətinin Rəfsəncan Behreman kəndində kəndli ailəsində dünyaya gəlmişdir. Ailəsi əkinçilik edir, fıstıq bağlarına sahib idi.

İranın dördüncü prezidenti vəzifəsində çalışıb.

Məktəbi oxuyan zaman 16 yaşında – 1948-ci ildə müsəlmanların müqəddəs şəhəri Qum şəhərinə dini təhsil almağa getdi. Burada o, dini təhsillə bərabər, siyasi dünyagörüşünü artırdı. Savadı və bacarığı ilə irəliləməyi bacardı və 1958-ci ildə Iranın birinci dini lideri Ruhulla Xomeyninin müridi oldu. Bunun nəticəsində şiyələrdə ayetullah'lıqdan sonra en yüksək ikinci dərəcə olan hüccetülislam mərtəbəsinə yüksəldi. Ustadı Xomeyni kimi o da mühafizəkar mövqe tutdu və Rza Şah Pəhləvinin müasirlik siyasətinə qarşı çıxdı. Xomeyni 1964-cü ildə ölkədən qovuldu. Islam inqilabına qədər Rəfsancani 15 il içində 5 dəfə həbs edildi.

1979-cu ildə inqilab nəticəsində şah çevrildi və Xomeyni ölkəyə qayıtdı. Rəfsəncani onun ən yaxın adamlarından biri oldu və siyasi karyerasında yüksəliş başladı. Islam Partiyasının qurulmasında yaxından iştirak etdi. Hətta 1979–1980cı illərdə daxili işlər naziri oldu. 1980-ci ildə ona qarşı olan sui-qəsd uğursuzluqla nəticələndi. Xomeyninin sağ əlinə çevrilən Rəfsəncani 1980–1989-cu illərdə İslam məşvərət şurasıda Məclis spikerliyi vəzifəsini tutdu. 1980–1988-ci il İraq-Iran müharibəsində sülh əldə edilməsində böyük rol oynadı.

1989-cu il iyun ayında Xomeyninin ölümündən sonra Əli Xamneyinin prezidentliyindən (1980–1989) sonra İranın dövlət başçısı oldu. Xamneyi isə ali dini lider postuna əyləşdi. 1997-ci il Almaniya məhkəməsi onun 1992-ci il İran Kürdlərinin liderinin öldürüldüyü Mikonos sui-qəsdinin sifarişçilərindən biri olduğunu bəyan etdi.[4][5] Rəfsəncani mühafizəkar və praqmatik siyasət yürütdü, qonşularla, keçmiş SSRİ və ərəb ölkələri ilə normal münasibətlər qurdu. Ancaq ABŞ ilə heç münasibət qurulmadı və bir neçə Qərb ölkəsi ilə məhdud münasibətlər yaradıldı. 1993-ci ildə yenidən dövlət başçısı seçildi. 1997-ci ildə seçkiyə qatılmadı.

2005-də İrandakı prezident seçkilərində Mahmud Əhmədinecəd səs çoxluğu ilə onu qabaqladı.

O, praqmatik konservativ siyasətçi kimi tanınırdı və azad bazar pozisiyasını dəstəkləyirdi. Rəfsəncani İran liberallarının lideri hesab olunurdu və radikal mühafizəkarlara qarşı çıxırdı.

1993-cü ilin oktyabrında Bakıda rəsmi dövlət səfərində olub. AMEA-nın fəxri üzvü idi.[6]

Rəfsəncani ürək problemi ilə xəstəxanaya yerləşdirilmiş, ancaq 8 yanvar 2017-ci ildə 82 yaşında ürək tutmasından vəfat etmişdir.[7]

10 yanvarda İranın paytaxtı Tehran şəhərində yerləşən Behişti-Zəhrada, Ruhullah Xomeyninin məzarı yanında dəfn edilib.[8]

Rəfsəncani evli və 5 övladı – 3 oğlu və 2 qızı var idi. Qızı Məclis üzvüdür.

  1. 1 2 3 4 Hashemi Rafsanjani // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Ali Akbar Hashemi Rafsandjani // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Iran's ex-President Rafsanjani dies at 82.
  4. "Former Iranian President Akbar Hashemi Rafsanjani Dies Causing Anxiety for the Reformists". 8 yan 2017. 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  5. Hakakian, Roya. "Looking Back at the Mykonos Trial: The End of the Dispensable Iranian". 10 apr 2007. 23 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2022 – www.spiegel.de vasitəsilə.
  6. "Rəfsəncanı Əli Əkbər Haşimi (1934–2017)" (az.). science.gov.az. 2017. 2017-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-20.
  7. "Ayətullah Rəfsəncani dünyasını dəyişdi" (az.)). 2017-01-08. 2017-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-10.
  8. "Ayətullah Rəfsəncani dəfn edildi – FOTOLAR" (az.)). islamazeri.az. 2017-01-10. 2017-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]