Fəzail Ağamalı

Vikipediya, azad ensiklopediya
Burocan (müzakirə | töhfələr) (şablon) tərəfindən edilmiş 09:32, 2 sentyabr 2024 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Fəzail Ağamalı
Vəzifədədir
1995-ci ildən
Seçki dairəsi1995 — 39 saylı Sumqayıt ikinci
2000 — 30 saylı Yevlax
2005 — 60 saylı Salyan-Neftçala
2010 — 60 saylı Salyan-Neftçala
2015 — 60 saylı Salyan-Neftçala
2020 — 60 saylı Salyan-Neftçala
ƏvvəlkiVəzifə təsis edildi. (30 saylı)
Şəfiqə Məmmədova (39 saylı)
Vəzifə təsis edildi. (60 saylı)
SonrakıXıdır Alovlu (30 saylı)
Vəzifə ləğv edildi. (39 saylı)
Vəzifədədir
24 noyabr 1990-cı ildən
ƏvvəlkiVəzifə təsis edildi.
1993 – 1994
PrezidentHeydər Əliyev
1992 – 1993
NazirAkif Kərimov
Şəxsi məlumatlar
Doğum tarixi 26 avqust 1947(1947-08-26) (77 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri "Şöhrət" ordeni — 2017 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
"Sodrujestvo" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəzail Rəhim oğlu Ağamalı (26 avqust 1947, Qızıl Şəfəq, Sisian rayonu, Ermənistan SSR) — Azərbaycanın ictimai-siyasi xadimi, Ana Vətən Partiyasının sədri, Azərbaycan Milli Məclisinin I, II, III, IV, VVI çağırış deputatı,[1] Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinin icraçısı (1993–1994), Azərbaycan Respublikasının Sosial Təminat nazirinin müavini (1992–1993), tarix elmləri doktoru, professor.[2]

Həyatı

Fəzail Ağamalı 1947-ci il avqustun 26-da Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisian rayonunun Şıxlar kəndində anadan olmuşdur. 1965-ci ildə Dəstəgird orta məktəbini bitirmişdir. 1966–1971-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. 1968-ci ildən, ali təhsilinin üçüncü kursundan etibarən Azərbaycana müstəqillik tələb edən "Azərbaycanın azadlığı və bütövlüyü uğrunda" gizli tələbə dərnəyinin fəal iştirakçılarından biri olmuşdur. Buradakı antisovet fəaliyyətinə görə SSRİ təhlükəsizlik orqanları tərəfindən 70-ci illərdə təqibə məruz qalmışdır.[3][4]

1972-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına qəbul olunmuş və 1980-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır.

1971–1972-ci illərdə Naxçıvan şəhər 1 saylı orta məktəbdə müəllim, 1973–1983-cü illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunda müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 1983–1988-ci illərdə Azərbaycan Texnologiya İnstitunda kafedra müdiri vəzifəsində çalışmış, 1988-ci ildə Milli Azadlıq Hərəkatında daha fəal iştirak etmək üçün ailəsilə birlikdə Bakı şəhərinə köçmüşdür. 1988–1990-cı illərdə Dövlət İqtisad İnstitunda dosent vəzifəsində çalışmışdır.[2] 1991-ci ildən Azərbaycan Əmtəəşünaslıq İnstitutunda, 2000-ci ildən Azərbaycan İqtisad Universitetində dosent və professor kimi elmi fəaliyyət göstərmişdir.[1]

Ailəlidir, 3 övladı var.[5]

Siyasi Fəaliyyəti

Erkən fəaliyyəti

1989-cu ilin əvvəllərindən başlayaraq Azərbaycan Xalq Cəbhəsinin yaradılması prosesinə qoşulmuş, onun nizamnamə və proqramının hazırlanmasında, təşkilatın formalaşmasında fəal iştirak etmişdir. AXC-nin 1989-cu ilin iyul ayında keçirilən təsis konfransının təşəbbüs qrupunun üzvü kimi iştirak etmiş və konfransda təşkilatın Səbail rayonu üzrə əlaqələndiricisi və Məclis üzvü seçilmişdir. 1990-cı ilin iyun ayına qədər AXC-də məclis üzvü kimi fəaliyyət göstərmiş, 1990-cı ilin 20 Yanvar hadisələrinə görə AXC rəhbərliyi ilə yaranmış ciddi fikir ayrılığına görə həmin təşkilatdan istefa vermişdir.[6]

1990-cı ilin sentyabrında hərəkatda iştirak edən həmfikirlərilə Ana Vətən Partiyasının təşəbbüs qrupunu yaratmış və 1990-cı ilin noyabr ayının 24-də partiyanın təsis qurultayında sədr seçilmişdir.[6]

1992-ci il martın 9-da AXC-nin qərargahında keçirilən Azərbaycan Demokratik Qüvvələr Birliyinin yığıncağında Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsi haqqında bəyanat vermiş,[7] 1993-cü ildə ölkədəki mürəkkəb situasiyanın fonunda geniş xarakter alan Heydər Əliyev hərəkatında fəal iştirak etmişdir.[8]

Nazirlər kabinetində

1992–1994-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, birinci müavini və nazir əvəzi vəzifələrində çalışmışdır. 1994-cü ilin avqustunda dövrün baş naziri Surət Hüseynovun tutduğu mövqeni sərt tənqid edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri əvəzi vəzifəsindən istefa vermişdir.[9]

Parlamentdə

Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV, V, VI çağırış deputatı seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, İntizam komissiyasının sədr müavini və Azərbaycan – Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur.[1][10]

2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır.[11]

Elmi fəaliyyəti

Fəzail Ağamalı "XIX əsrin əvvəllərində xanlıqların sosial-iqtisadi münasibətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini, ardınca isə professor elmi adını almışdır.[12]

Əsərləri

Fəzail Ağamalının rəhbərliyi və redaktorluğu ilə Heydər Əliyev haqqında bir və ölkə prezidenti İlham Əliyevin 2003-cü ilədək fəaliyyətinin bütün tərəflərini əks etdirən 12 cildlik kitab nəşr olunmuşdur.[13] 2005-ci ildə "Dövlətçiliyimizdə İlham Əliyev mərhələsi" və 2010-cu ildə Sankt-Peterburqda "Prezident-Reformator" monoqrafiyaları çapdan çıxmışdır.[14]

Bütövlükdə, beş kitab, üç monoqrafiya, bir dərslik, beş kitabça və 50-ə qədər elmi və elmi-publisist məqalənin müəllifidir.[15]

Təltifləri

2007-ci ildə MDB Parlamentlərarası Assambleyadakı uzunmüddətli və səmərəli fəaliyyətinə görə Assambleyanın yüksək mükafatı olan "Sodrujestvo" ordeni ilə təltif olunmuşdur.[15]

25 avqust 2017-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.[16]

25 avqust 2022-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.[17]

ABŞ-nin Nebraska ştatınınLinkoln şəhərinin fəxri vətəndaşı idi.[18] Daha sonra bu statuslardan imtina edib.[19]

İstinadlar

  1. 1 2 3 Meclis.gov.az. "Ağamalı Fəzail Rəhim oğlu". 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-01.
  2. 1 2 Modern.az. "Fəzail Ağamalı özünün seçki şüarını elan etdi". 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17.
  3. "FƏZAİL AĞAMALI "YENİ MÜSAVAT"a "KQB İTTİHAMI"ndan YAZIR". musavat.com (az.). 22 January 2013. 24 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 November 2020.
  4. "DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB". ovqat.com (az.). 26 July 2018. 24 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 November 2020.
  5. Modern.az. "Fəzail Ağamalının övladları barədə dedikləri..." 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17.
  6. 1 2 Modern.az. "Fəzail Ağamalı: "Qabil Hüseynli dedi ki, gəl bir partiya yaradaq". 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17.
  7. ""Səs" qəzeti ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi gün - 15 İyun Milli Qurtuluş Günü münasibətilə dəyirmi masa keçirdi". anl.az (az.). Səs qəzeti. 10 iyun 2010. 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2021. Həmin ilin mart ayının 9-da AXC-nin qərargahında demokratik qüvvələr birliyinin yığıncağı keçirildi. Orada mən çıxış edərək, Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət olunması təklifini irəli sürdüm
  8. "Elçibəyi inandırdıq ki, Heydər Əliyevin Bakıya gəlişi..." muxailfet.az (az.). 4 iyun 2019. 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2021.
  9. Modern.az. "Fəzail Ağamalı: "Nazir postundan getməyimdə Sürət Hüseynov çox ciddi rol oynadı"". 7 yanvar 2022 tarixində arxivləşdirilib.
  10. "Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu". 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-01.
  11. "Parlament partiyaları seçkilərdə kimi dəstəkləyəcək?". modern.az (az.). 2023-12-07. 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-09.
  12. ""Siyasilərin elmi fəaliyyəti" – "Elmə vaxtım olmadı" deyən Fəzail Ağamalı". xeberle.com (az.). 20 avqust 2014. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2021.
  13. Sesqazeti.az. "Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində uğurlu fəaliyyəti". 2019-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-18.
  14. Modern.az. "Azərbaycanlı deputatın İlham Əliyevdən yazdığı kitabın Sankt-Peterburqda təqdimatı olacaq". 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-18.
  15. 1 2 Azertag.az. "AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN ÜÇ ÜZVÜ MDB PA-NIN "SODRUJESTVO" ORDENİ İLƏ TƏLTİF OLUNMUŞDUR". 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17.
  16. "F.R.Ağamalının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2018-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17.
  17. "F. R. Ağamalının 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
  18. Xeberlertv.info. "Fəzail Ağamalının:Həyat yolu". 2020-06-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17.
  19. "Milli Məclisin deputatı ABŞ-də ona verilən fəxri vətəndaşlıqdan imtina edib". Report İnformasiya Agentliyi (az.). 2023-11-21. 2023-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-22.