Şirzad Əyyubov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şirzad Əyyubov
4 fevral 1996 – 30 noyabr 2005
Seçki dairəsi1995 — 98 nömrəli Şamaxı
2000 — 98 nömrəli Şamaxı-Ağsu
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı
18 noyabr 1992 – 10 noyabr 1993
ƏvvəlkiƏli Məmmədov
SonrakıXudaverdi Lazımov
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1953(1953-01-01) (71 yaş)
Doğum yeri
Partiya
Təhsili

Şirzad Şahbaz oğlu Əyyubov (1 yanvar 1953, Gəgəli, Ağsu rayonu) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı; Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı (1992–1993).

Şirzad Əyyubov 1953-cü il yanvar 1-də Ağsu rayonunun Gəgəli qəsəbəsində anadan olub.[1] M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda ali təhsil alıb.[1] Rus dilini bilir.[1] 1995–2000-ci illərdə Müsavat Partiyasının üzvü və Müsavat Partiyası Şamaxı Rayon Şöbəsinin sədri olub.[1] Ailəlidir, 2 övladı var.[1]

Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 18 noyabr 1992-ci il tarixli 320 nömrəli Fərmanı ilə Şirzad Əyyubov Şamaxı rayonunun icra başçısı vəzifəsinə təyin edilib.[2] Azərbaycan Prezidenti Heydər Əliyevin 10 noyabr 1993-cü il tarixli 20 nömrəli Fərmanı ilə isə Şirzad Əyyubov Şamaxı rayonunun icra başçısı vəzifəsindən azad edilib.[3]

1996-cı il fevralın 4-də baş tutan parlament seçkilərində 98 nömrəli Şamaxı dairəsindən Müsavat Partiyasının namizədi olan Şirzad Əyyubov 1-ci çağırış Milli Məclisin deputatı seçilib. 1996-cı il fevralın 4-dən səlahiyyətlərinin icrasına başlayan Şirzad Əyyubov Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının və Azərbaycan—Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[4][5]

Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan parlament seçkilərində 98 saylı Şamaxı-Ağsu dairəsindən Müsavat Partiyasının namizədi olan Şirzad Əyyubov 2-ci çağırış Milli Məclisin deputatı seçilib. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Şirzad Əyyubov Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının və Azərbaycan—Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[6][7]

2000-ci ildə Müsavat Partiyası İdarə Heyətinin qərarına əsasən Şirzad Əyyubov, Müsavat Partiyasının mövqeyinə zidd olaraq deputat mandatını qəbul elədiyinə görə Müsavat Partiyasının sıralarından xaric edildi.

  1. 1 2 3 4 5 Azərbaycan Milli Məclisinin rəsmi internet səhifəsi. "ƏYYUBOV Şirzad Şahbaz oğlu". www.meclis.gov.az (az.)). 01.01.2022. Archived from the original on 2022-07-07. İstifadə tarixi: 01.01.2022.
  2. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Şirzad Şahbaz oğlu Əyyubovun Şamaxı rayonunun icra başçısı vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 18 noyabr 1992-ci il tarixli 320 nömrəli Fərmanı" (az.)). 18.11.1992. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  3. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Şirzad Şahbaz oğlu Əyyubovun Şamaxı rayonunun icra başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Prezidenti Heydər Əliyevin 10 noyabr 1993-cü il tarixli 20 nömrəli Fərmanı" (az.)). 10.11.1993. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  4. Azərbaycan Milli Məclisinin rəsmi internet səhifəsi. "I çağırış Azərbaycan Milli Məclisinin Elm və təhsil məsələləri Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF) (az.)). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
  5. Normativ hüquqi sənədlərin vahid internet bazası. "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı" (az.)). 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  6. Azərbaycan Milli Məclisinin rəsmi internet səhifəsi. "II çağırış Azərbaycan Milli Məclisinin Elm və təhsil məsələləri Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 30 noyabr 2000-ci il tarixli Qərarı" (PDF) (az.)). 30.11.2000. 24.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24.08.2020.
  7. Normativ hüquqi sənədlərin vahid internet bazası. "II çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 30 noyabr 2000-ci il tarixli 24-IIQR nömrəli Qərarı" (az.)). 30.11.2000. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.