Səyyad Aran

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Səyyad Aran
Səyyad Aran 2012-ci ildə
Səyyad Aran 2012-ci ildə
Vəzifədədir
23 sentyabr 2024-cü ildən
Seçki dairəsiVII çağırış — 82 saylı İmişli–Saatlı
24 noyabr 1995 – 2 dekabr 2005
Seçki dairəsiI çağırış — 67 saylı Zərdab–İmişli–Ucar
II çağırış — 67 saylı Zərdab–İmişli
16 noyabr 2012 – 15 iyul 2024
Əvvəlkivəzifə təsis olunub
bayraq
Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi
bayraq2
14 dekabr 2006 – 3 may 2010
Əvvəlkiİbrahim Yaqubov
SonrakıHəsən Zeynalov
bayraq
Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu
bayraq2
9 oktyabr 2006 – 3 may 2010
Əvvəlkiİbrahim Yaqubov
SonrakıHəsən Zeynalov
Şəxsi məlumatlar
Doğum tarixi 15 yanvar 1952(1952-01-15) (72 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti yazıçı
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • filologiya elmləri namizədi[d]

Təltifləri "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2015
"Şöhrət" ordeni — 2022 "Tərəqqi" medalı — 2005 "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səyyad Aran və ya Səyyad Salahlı (tam adı: Səyyad Adil oğlu Salahlı; 15 yanvar 1952, İmişli) — Azərbaycan ictimai-siyasi xadimi, filologiya elmləri namizədi (2005), Yeni Azərbaycan Partiyasının qurucularından biri, yazıçı-publisist, Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi,[1] 1995–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin I[2], II çağırış[3]VII çağırış deputatı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin keçmiş birinci müavini (16 noyabr 2012[4]-15 iyul 2024[5]). Azərbaycan Respublikasının əməkdar jurnalisti (2015).[6]

Səyyad Adil oğlu Salahov 15 yanvar 1952-ci ildə İmişli rayonunun Qaradonlu kəndində müəllim ailəsində[7] dünyaya gəlmişdir. Ailələrində 10 uşaq olublar; o, ailənin ilk övladıdır.[8] 1958–1968-ci ilərdə İmişli şəhər 1 saylı orta məktəbdə oxumuşdur. 1968-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuş və 1972-ci ildə həmin fakültəni bitirmişdir. İkinci ali təhsilini Bakı Dövlət Universitetində almış və 2001-ci ildə BDU-nun Hüquq fakültəsini bitirmişdir.

1972–1973-cü illərdə ali məktəbi bitirdikdən sonra təyinatla göndərildiyi İmişli rayonu Əzizbəyov (indiki Aşağı Qaralar) kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir. 1973–1974-cü illərdə Naxçıvanda, Qıvraq kəndində yerləşən Sovet Ordusunun 69626 nömrəli hərbi hissəsində hərbi qulluqda olmuşdur.[8] Ehtiyatda olan kapitandır.

1974-cü ildən 1989-cu il dekabrın sonuna qədər 1 saylı İmişli şəhər orta məktəbində əvvəlcə dil-ədəbiyyat müəllimi, ibtidai hissə üzrə müavin, sonra ilk partiya təşkilat katibi, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini vəzifələrində çalışmışdır.[8] 1990-cı ildə İmişli Rayon Xalq Təhsil şöbəsinin müdiri təyin olunmuşdur.[8]

2 yanvar 1991-ci ildə İmişlidən Bakıya gəlir, əvvəlcə "Elm" qəzetində Azərbaycan şöbəsinin müdiri işləyir.

2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda "1960–1980-ci illər Azərbaycan nəsrində psixologizm (Mövlud Süleymanlının yaradıcılığı üzrə)" mövzusunda "Azərbaycan ədəbiyyatı" ixtisasından (ixtisas şifri: 10.01.01)[9] dissertasiya müdafiə edərək filologiya elmləri namizədi olmuşdur.

2001–2006-cı illlərdə Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsinin dekanı işləmişdir.

2011–2012-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Aparat rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin Dövlət reyestri sektorunun aparıcı məsləhətçisi vəzifəsində işləmişdir.[10]

Ailəlidir, üç oğlu, yeddi nəvəsi var.[8]

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
İctimai TV-yə müsahibə verərkən.

1992–1995-ci illərdə "Səs" qəzetinin baş redaktorunun birinci müavini olmuşdur.

Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir. Belə ki, o, 1992-ci ildə YAP-ın təsis konfransının təşəbbüskarlarından və təsisçilərindən biri olmuşdur. YAP-ın I, II, III qurultaylarının nümayəndəsi olmuş; 21 noyabr 1992-ci ildən — YAP-ın təsis konfrasında seçilmiş ilk 50 nəfərlik YAP Siyasi Şurasının üzvlərindəndir.[11] 1995–1999-cu illərdə YAP ideologiya şöbəsinin müdiri, daha sonra isə YAP Partiyalararası Əlaqələr şöbəsinin müdiri olmuşdur. 2006-cı ilin oktyabrında İstanbula diplomatik xidmətə göndərilərkən "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, YAP üzvlüyündən və YAP Siyasi Şurasından çıxmışdır. 2012-ci ilin may ayında YAP sıralarına yenidən qəbul edilmişdir.[12]

Səyyad Aran 1995-ci ildə 67 saylı Zərdab-İmişli-Ucar seçki dairəsindən,[2] 2000-ci ildə isə 67 saylı Zərdab-İmişli seçki dairəsindən[3] Azərbaycan Respublikası Milli Məclisinə majoritar seçki sistemi əsasında deputat seçilmişdir.

Səyyad Aran Azərbaycan Respublikası Milli Məclisinə I çağırış seçkilərində Yeni Azərbaycan Partiyasını təmsil etmiş və bu seçkidə Salahov soyadı ilə iştirak etmişdir. Seçkidə majoritar seçki sistemi əsasında iştirak edərək 67 saylı Zərdab-İmişli-Ucar seçki dairəsindən deputatlığa namizəd olmuş və 12 noyabr 1995-ci ildə keçirilmiş seçkilərdə deputat seçilmişdir.[2] I çağırış dövründə 7 mart 1997-ci ildən Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibində fəaliyyət göstərmişdir.[13]

Səyyad Aran Azərbaycan Respublikası Milli Məclisinə II çağırış seçkilərindəYeni Azərbaycan Partiyasını təmsil etmiş, lakin bu dəfə əvvəlki seçkidən fərqli olaraq soyad sonluğunu dəyişmiş və seçkidə Salahlı soyadı ilə iştirak etmişdir. Seçkidə yenə majoritar seçki sistemi əsasında iştirak edərək yenidən təşkil olunan 67 saylı Zərdab-İmişli seçki dairəsindən deputatlığa namizəd olmuş və 5 noyabr 2000-ci ildə keçirilmiş seçkilərdə deputat seçilmişdir[3]. II çağırış dövründə 5 dekabr 2000-ci ildən Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuş, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibində fəaliyyət göstərmişdir[14].

Səyyad Salahlı, DQİDK sədrinin birinci müavini vəzifəsində (13 dekabr 2012)

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 16 noyabr 2012-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir[4]. Səyyad Aran Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin ilk birinci müavinidir. Çünki bu təyinata qədər həmin Dövlət Komitəsində sədrin birinci müavini ştatı olmamış və təyinatla eyni gündə Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərman ilə "Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də dəyişikliklər edilərək, Dövlət Komitəsinin strukturunda yeni ştat vahidi açılmışdır[15].

Səyyad Aran 2 dəfə (02 may-21 iyul 2014 və 16 fevral-08 aprel 2024) Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədri vəzifəsini icra etmişdir.[16]

Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli nümayəndəlikləri — bölgələr üzrə şöbələr Dövlət Komitəsi sədrinin birinci müavininin — Səyyad Aranın kurasiyasındadır. 2013-cü ilin yanvar ayından həmin komitənin təsis etdiyi "Cəmiyyət və Din" qəzetinin Redaksiya şurasına daxil edilmiş[17] və ilk olaraq qəzetin 10 – 16 yanvar 2013-cü il tarixli 187-ci sayı onun baş redaktorluğu ilə işıq üzü görmüşdür.[18][19] Qəzetin həmin sayında Səyyad Aran müəllif yazısı ilə də çıxış etmişdir.[20] Bu günə qədər həmin qəzetin baş redaktorudur.

2 – 17 sentyabr 2016-cı il tarixlərində Həcc ziyarətində olmuşdur.

Din haqqında düşüncələri 2017-ci ildə çapdan çıxan "Açılan sabahlara şükür" və 2020-ci ildə çapdan çıxan "Dini tolerantlıq – dövlət siyasətinin tərkib hissəsidir" kitablarında ifadə edilmişdir.

16 fevral 2024-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Səyyad Salahlıya həvalə edilib.[21]

Diplomatik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Ona 9 oktyabr 2006-cı ildə Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi diplomatik rütbəsi verilmişdir.[1] 9 oktyabr 2006-cı ildən[22] 3 may 2010-cu ilə qədər[23] Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu və 14 dekabr 2006-cı ildən[24] 3 may 2010-cu ilə qədər[22] Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrində işləmişdir.

Diplomatik fəaliyyəti dövründə Azərbaycan-Türkiyə respublikası arasındakı dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsindəki xidmətlərinə görə, 2009-cu ilin iyununda ona Türkiyədə nəşr olunan "First Business" jurnalının "Zirvədəkilər-2008" mükafatının "İlin diplomatı" nominasiyası üzrə mükafatı verilmişdir[25].

2019-cu ildə Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin Sərəncamı ilə "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif edilmişdir.

Yazıçı fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2002-ci ildən Zaqafqaziya Müsəlmanları İdarəsindəki "Füzuli" irfan məclisinin, 2003-cü ildən Beynəlxalq Rusdilli Jurnalistlər Assosiasiyasının üzvüdür. 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətində təmsil olunur.

Tələbəlik illərində — 1968–1972-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda nəşr olunan "Gənc müəllim" qəzetində Səyyad Sadiq imzası ilə mütəmadi olaraq yazıları dərc olunmuşdur[8]. 1975-ci ildən bədii və publisistik yazılarıyla Respublika mətbuatında çıxış etmişdir.

Yaradıcılığa şeirlə başlamışdır. İlk yaradıcılıq nümunələri İmişlidə nəşr edilən "Qızıl Ulduz" qəzetində nəşr edilmişdir. Pedoqoji İnstitutda oxuyarkən məşhur şair Zahid Xəlilin dərnəyində iştirak edərək "Gənc müəllim" qəzetində şeirləri dərc olunmuşdur. O zaman Lenin adına kitabxanada xalq şairi Nəriman Həsənzadənin rəhbərlik etdiyi dərnəkdə şairin sözləri ilə, onun "müavinliyini" həyata keçirmişdir. Şeirlərinə Niyaməddin Musayev, Cabbar Musayev, Şakir Quliyev kimi bəstakərlar mahnı bəstələmişdir. Nəsrdə debütü 1978-ci ildə olmuşdur. İlk əsəri 1978-ci ildə Bakıda, "Ulduz" jurnalının 11-ci nömrəsində nəşr olunmuş "İbiş dayı" hekayəsidir[26]. Sonralar əsərləri "Azərbaycan", "Literaturnıy Azerbaydjan", "Qrakan Aderbecan", "Gənclik", "Azərbaycan qadını", "Pioner" jurnallarında, "Ədəbiyyat və incəsənət", "Səs"[27], "525-ci qəzet", "Yol", "Dədə Qorqud" və s. qəzetlərdə dərc edilib[28]. İlk kitabı isə 1983-cü ildə Bakıda, "Gənclik" nəşriyyatında işıq üzü görmüş "Körpü" kitabıdır. Azərbaycan Yazıçılar Birliyinin 1985-ci ilin yekunlarına həsr olunmuş illik konfransında filologiya elmləri doktoru, professor Akif Hüseynov "Körpü" hekayəsini ilin ən uğurlu hekayələrindən biri kimi təqdim etmişdir[28].

1996-cı ildə "Soyuq günəş" adlı ikinci hekayələr və povestlər kitabı dərc edilmişdir.

2012-ci il noyabr ayının 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Səyyad Aranın 60 illik yubiley tədbiri keçirilmişdir. Yubiley mərasimində çıxış edən Azərbaycanın Xalq yazıçısı Mövlud Süleymanlı onun fəaliyyətini belə qiymətləndirmişdir:

"Səyyad Aran bütün olanlara-olacaqlara — yəni bizi əhatə edən hadisələrə yaxın olan yazıçıdır. Heç nəyi — ən xırda detalları belə uzaqdan-uzağa yazmır. Özündən keçirməsə, yaxınlığı yaratmasa qələmə almır. Yaratdıqlarının da belə canlı, sağlam olması ona görədir."

Azərbaycan Yazıçılar Birliyinin Səyyad Aranın 60 illiyi ilə bağlı keçirdiyi yubiley tədbirinin press-relizi[29].

Əsərləri rus, fars, türk, serb, alman, ingilis, Ukrayna dillərinə tərcümə edilmişdir.

Onun Heydər Əliyevdən bəhs edən yüzlərlə məqaləsi dövri mətbuatda dərc edilmiş, bu haqda bir sıra kitabları çap olunmuşdur.

  • "Körpü" (hekayələr). Bakı: "Gənclik", 1983. (az.)
  • "Soyuq Günəş" (povest və hekayələr). Bakı: "Təbriz", 1996. (az.)
  • "Xaosdan sabitliyə" (1992–1997-ci illərdə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkədə baş verən hadisələri, ictimai-siyasi prosesləri əks etdirən siyasi-publisistik kitab). Bakı: 1999. (az.)
  • "Üfüqdə Nobel sülh mükafatı görünür" (siyasi-publisistik məqalələr). Bakı: 2003. (az.)
  • "1960–80-ci illərdə Azərbaycan nəsrində psixologizm" (Mövlud Süleymanlının yaradıcılığı üzrə monoqrafiya). Bakı: 2004. (az.)
  • "Haydar Aliyev ve Azerbaycanın devlet petrol stratejisi" (azərb. "Heydər Əliyev və Azərbaycanın dövlət neft strategiyası"‎). İstanbul: 2009. (türk.)
  • "Aklanma kağıdı" (azərb. "Təmizlik kağızı"‎). (hekayə və povestlər). İstanbul: "Milenyum", 2010. (türk.)
  • "Sandıqda qalan muştuluq" (hekayələr[30]). Bakı: "Qanun", 2012. (az.)
  • "Sazaq" (povestlər kitabı). Bakı: "Vektor" nəşrlər evi, 2016. (az.)
  • "Açılan sabahlara şükür" (milli-mənəvi dəyərlərimiz mövzusunda məqalələr və müsahibələr toplusu). Bakı: "Tuna" nəşriyyatı, 2017 (az.)
  • "Başdaşı" (roman). Bakı, "Elm və təhsil" nəşriyyatı, 2020 (az.)
  • "Zaloq" (hekayələr). Belqrad, Serbiya: CZQR "Jovan" nəşriyyatı, 2020 (serb.)
  • "Mezar taşı" (roman). İstanbul: "Zengin yayıncılık" nəşriyyatı, 2020 (türk.)
  • "Oyanma" (hekayələr). Təbriz: "Azər-Turan" nəşriyyatı,2021 (az.) (fars.)
  • "Доход Гейбуллы" ("Qeybullanın qazancı"), (hekayələr) Moskva: Ridera nəşriyyatı, 2021 (rus.)
  • "İrəvana gedən yollar" roman, Elm və təhsil Nəşriyyatı, 2021
  • "Tacın qaytarılması", roman, Elm və təhsil Nəşriyyatı, 2022
  1. 1 2 Crocusoft. "S. A. Salahlıya Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi diplomatik rütbəsi verilməsi haqqında". e-qanun.az (ingilis). 2018-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-06.
  2. 1 2 3 "Milli Meclis". www.meclis.gov.az. 2023-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-06.
  3. 1 2 3 "Milli Meclis". www.meclis.gov.az. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-06.
  4. 1 2 Crocusoft. "S.A.Salahlının Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini təyin edilməsi haqqında". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-09-06.
  5. "Səyyad Aran və Siyavuş Heydərov vəzifədən azad edildi". 2024-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-17.
  6. 1 2 "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2015-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-06.
  7. Səyyad Aranın doğum günü… hafta-ichi.com [ölü keçid] (az.)
  8. 1 2 3 4 5 6 "Səyyad Aran: "Yol boyu ağladım…" — FOTOLENT". 2011-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-16.
  9. Birillik Azərbaycan Kitabiyyatı (2005-ci il) Arxivləşdirilib 2022-03-08 at the Wayback Machine. Bakı: 2007, səh. 322. (az.)
  10. Anar Bayramoğlu. "İdrak Qarayevlə ilk dəfə işə çıxan günü tanış olmuşam" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. Şərq qəzeti. 14 oktyabr 2011. (az.)
  11. Səyyad Aran. "Bir şəklin tarixçəsi". "Cəmiyyət və Din" qəzeti. 4 – 10 aprel 2013, № 12 (198). səh. 3 Arxivləşdirilib 2021-01-28 at the Wayback Machine(az.)
  12. Əli Nağıyev və Səyyad Aran YAP-a qayıtdı. Arxivləşdirilib 2012-07-22 at the Wayback Machine (az.)
  13. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-IQR nömrəli Qərarı. e-qanun.az Arxivləşdirilib 2023-01-31 at the Wayback Machine (az.)
  14. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 5 dekabr 2000-ci il tarixli, 24-IIQR nömrəli Qərarı. e-qanun.az Arxivləşdirilib 2022-10-23 at the Wayback Machine (az.)
  15. "Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2012-ci il tarixli 750 nömrəli Fərmanı Arxivləşdirilib 2020-07-30 at the Wayback Machine (az.)
  16. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sədri vəzifəsini müvəqqədi əvəz edəcək Səyyad Salahlı kimdir?. 18.02.2024.
  17. "Cəmiyyət və Din" qəzeti. 10 – 16 yanvar 2013, № 01 (187). səh. 16 Arxivləşdirilib 2021-01-28 at the Wayback Machine(az.)
  18. Səyyad Aran baş redaktor vəzifəsinə təyin edilib. [ölü keçid] Gün. Az. (az.)
  19. Səyyad Arana daha bir vəzifə verildi. Arxivləşdirilib 2013-01-18 at the Wayback Machine Milli. Az. (az.)
  20. "Cəmiyyət və Din" qəzeti. 10 – 16 yanvar 2013, № 01 (187). səh. 1 Arxivləşdirilib 2021-01-28 at the Wayback Machine(az.)
  21. "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsi Səyyad Salahlıya həvalə olunub". Report İnformasiya Agentliyi (az.). 2024-02-16. 2024-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-16.
  22. 1 2 Crocusoft. "S. A. Salahlının Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu təyin edilməsi haqqında". e-qanun.az (ingilis). 2018-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-06.
  23. Crocusoft. "S.A. Salahlının Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-09-06.
  24. Crocusoft. "Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu S.A.Salahlının eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında Daimi nümayəndəsi təyin edilməsi haqqında". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-09-06.
  25. 1 2 "Səyyad Aran "ilin diplomatı" oldu". anl.az. 2018-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-06.
  26. "Ulduz" jurnalı, № 11, 1978.
  27. Azərbaycanın müstəqilliyi ilə yaşıd olan "Səs" qəzeti yaranmasından keçən 20 ildə yalnız xalqa və dövlətçiliyə xidmət edib. Arxivləşdirilib 2019-09-13 at the Wayback Machine "Səs" qəzeti. 11 yanvar 2011, s. 12–13. (az.)
  28. 1 2 Səyyad Aranın "Sandıqda qalan muştuluğ"u [ölü keçid]
  29. SƏYYAD ARAN – 60. azyb.net Arxivləşdirilib 2013-10-21 at the Wayback Machine (az.)
  30. "Səyyad Aran — "Sandıqda qalan muştuluq"". 2018-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-19.
  31. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi; anl-ƏQ adlı istinad üçün mətn göstərilməyib
  32. Crocusoft. "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında". e-qanun.az (ingilis). 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-06.
  33. "S.A.Salahlının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2024-09-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Şablon:Azərbaycan Milli Məclisinin II çağırış deputatları