Tamam Cəfərova
Tamam Cəfərova | |
---|---|
Vəzifədədir | |
10 mart 2020-ci ildən | |
7 fevral 2006 – 12 aprel 2016 | |
Təmsil etdiyi | Demokratik İslahatlar Partiyası (2006-2016) Böyük Quruluş Partiyası (2006-2011) Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (2006-2011) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 aprel 1959 (65 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Tamam Cəfərova (azərb. Tamam Şaməmməd qızı Cəfərova; 5 aprel 1959, Bakı) — Tarix elmləri namizədi, dosent, VII çağırış Milli Məclisin Şamaxıdan seçilən deputatıdır.
Həyatı
[redaktə | mənbəni redaktə et]Tamam Şaməmməd qızı Cəfərova 1959-cu il aprelin 5-də Bakı şəhərində anadan olub. 1976-cı ildə Bakı şəhəri, 180 saylı orta məktəbi qızıl medalla bitirib. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən gənclərin Azərbaycandan kənarda təhsili proqramı çərçivəsində 1976-cı ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Tarix fakültəsinə daxil olub. 1981-ci ildə Moskva Dövlət Universitetini bitirdikdən sonra M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) müəllim kimi əmək fəaliyyətinə başlayıb.
1987–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) aspiranturasında əyani təhsil alıb. 1991-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, tarix elmləri namizədi elmi adına layiq görülüb. 1996-cı ildən dosent vəzifəsində çalışır.
2007-ci ilə qədər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Siyasi Tarix" kafedrasında, 2007-ci ildən 2019-cu ilin fevral ayına qədər Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər və iqtisadiyyat" fakültəsinin "Diplomatiya və müasir inteqrasiya prosesləri" kafedrasında dosent vəzifəsində çalışıb. Hazırda Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektordur.
Tamam Cəfərova Gender problemləri və konfliktologiya üzrə ekspert və regional statuslu təlimçidir. 2004-cü ildə ABŞ-nin Konsensus Quruculuğu İnstitutunun "Konfliktologiya və danışıqaparma bacarıqları" adlı 6 aylıq kursunu bitirib. Çoxsaylı yerli və beynəlxalq konfransların iştirakçısı olub.
Siyasi-ictimai fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Tamam Cəfərova 2006–2016-cı illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzv olub. İlk dəfə 7 fevral 2006-cı il tarixində namizədliyi Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası tərəfindən irəli sürülmüş, Böyük Quruluş Partiyası və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən dəstəklənmişdir. Parlament iclasında ümumi namizədlər siyahısının səsə qoyulması nəticəsində iştirak edən 91 deputatın 87-nin lehinə səs verməsi ilə Mərkəzi Seçki Komissiyasının üvü seçilmişdir.[1] 2011-ci ilin fevral ayının 22-də yenidən Demokratik İslahatlar Partiyası tərəfindən namizədliyi sürülmüş və MSK üzvü seçilmişdir.[2]
Tamam Cəfərova pedaqoji və elmi fəaliyyətlə yanaşı, Azərbaycanın ictimai-siyasi həyatında, vətəndaş cəmiyyətinin və qadın hərəkatının formalaşmasında və inkişafında fəal iştirak edib:
- 2000–2005-ci illərdə Milli Qeyri-hökumət Təşkilatları Forumunun vitse-prezidenti olmuşdur.
- 2000-ci ildən "Universitet Təhsilli Qadınlar" cəmiyyətinin təsisçisi və sədridir.
- 2002-ci ildən BMT Qadın İnkişaf Fondunun (UNIFEM) Azərbaycandakı Qadın Koalisiyasının (Koalisiya 1325) həmtəsisçisi və üzvü, Cənubi Qafqaz Qadın Koalisiyasının üzvüdür.
- 2003-cü ildə keçirilən prezident seçkilərində ümummilli liderimiz Heydər Əliyevin namizədliyini dəstəkləyən "Yeni Azərbaycan Naminə" ictimai hərəkatının həmtəsisçisi olmuşdur.
- 2005-ci ildə yaradılan, fəxri prezidenti ölkənin birinci xanımı Mehriban Əliyeva olan Azərbaycan Qadınlarının Milli Konfederasiyasının həmtəsisçisi və 3 həmsədrindən biri olmuşdur.
- 2024-cü il oktyabrın 8-də Azərbaycan - Venesuela parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[3]
Təltif və mükafatları
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Tamam Cəfərova Azərbaycan Respublikasının təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilib[4].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2021-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-28.
- ↑ "Arxivlənmiş surət". 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-28.
- ↑ "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). İstifadə tarixi: 2024-10-22.
- ↑ "Azərbaycan Respublikasının təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (Azərbaycan dili). president.az. Archived from the original on 2020-01-15.
- 5 apreldə doğulanlar
- 1959-cu ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilənlər
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan Milli Məclisinin VI çağırış deputatları
- Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvləri