Gəncə

Azərbaycanda respublika tabeli şəhər
(Yelizavetpol səhifəsindən yönləndirilmişdir)

Gəncə (tələffüzü) — Azərbaycan Respublikasının əhalisinin sayına görə ikinci, sənaye məhsulları istehsalına görə BakıSumqayıtdan sonra üçüncü şəhəridir. Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərq tərəfində, Gəncə-Qazax düzənliyində, Gəncəçayın hər iki sahilində yerləşir.[1]

Respublika tabeli şəhər
Gəncə
Gerb
Gerb
40°40′58″ şm. e. 46°21′38″ ş. u.HGYO
Ölkə
Region Gəncə-Daşkəsən iqtisadi rayonu
Başçı Niyazi Bayramov
Tarixi və coğrafiyası
Əsası qoyulub 660
İlk məlumat 836
Əvvəlki adları Gəncə (–1804)
Yelizavetpol (1804–1918)
Gəncə (1918–1935)
Kirovabad (1935–1989)
Gəncə (1989–h. h.)
Sahəsi
  • 298 km²
Mərkəzin hündürlüyü 408 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi 344108(2021) nəfər
Aqlomerasiya Gəncə aqlomerasiyası
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +022
Poçt indeksi AZ2000
Nəqliyyat kodu 20
Digər
ganja-ih.gov.az
Gəncə xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etimologiya

redaktə

Müasir ərəb tarixşünasları "Gəncə" adının ərəb dilindəki farsca kökənli xəzinə anlamlı "Gānj" sözündən gəldiyini irəli sürürlər. Ərəb coğrafiyaşünası İbn Havqəl 977-ci ildə "Gəncə gözəl, varlı və qələbəlik şəhəridir. Buranın çoxsaylı əhalisi səxavətinə, mehribanlığına, elm adamlarına və mühacirlərə hörmətli münasibətlərinə görə fərqlənirlər" yazmışdır.[2]

Fərrux Əhmədov Gəncə şəhərinin adının türk mənşəli olduğunu irəli sürür və ilkin forması hesab etdiyi "Qança" sözünün ilk komponenti "qan", "kan", "kaan", "xan" sözlərini türk dillərində hakim, sərkərdə, başçı, ikinci hissəsi olan –ca şəkilçisini isə məkan, yer, yurd kimi izah edir. Beləliklə, "Gəncə", "Qanca", "Kancə" sözləri "xan yeri", "xan məkanı","xan yurdu", "xanın, xaqanın oturduğu yer" anlamını verir. Müəllif bildirir ki, XX əsrin əvvəlinə kimi "Qanja" və "Xan yurt" adları yerli əhalinin dilində Gəncənin cənub hissəsindəki dağlıq yerlərdə saxlanmışdı".[3]

Müasir İran tarixşünasları "Gəncə" adının fars dilindəki "gənc" (azərb. xəzinə‎) sözündən törədiyini iddia edir.[4]

 
Yelizavetpol quberniyasının gerbi

Gəncə şəhərinin gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur.[5] Qalxanvari gerbin ikiyə bölünmüş yuxarıdan 1-ci qızılı sahəsində zirvəsində Nuhun gəmisini simvolizə edən Ağrı dağı təsvir olunmuşdur.[5] Gerbin yuxarıdan ikinci qızılı sahəsində mavi dalğalı kəmər Qara dənizi simvolizə edir.[5] Bu sahələrin üstündə gümüş fonda əlində nizə süvari təsvir olunmuşdur.[5] Gerbin yuxarı hissəsi Gürcü-İmereti quberniyasının gerbinin təsvirindən götürülmüşdür.[5] Gerbin aşağı hissəsinin fonu qırmızıdır.[5] Onun üzərində xaçvari şəkildə, sındırılmış müsəlman qılıncı və xəncər, rusların qələbəsini simvolizə edən dəfnə çələngi təsvir edilmişdir.[5]

Yelizavetpol quberniyasının gerbi 5 iyul 1878-ci ildə təsdiq olunmuşdur.[5] Qara qalxanda qızıl sütun üzərində xəncər, xəncərin yanında iki gümüş Georgi xaçı təsvir olunmuşdur.[5] Qalxan imperator tacı ilə tamamlanır və şəhər gerblərində işlədilən mavi rəngli Andreyev lenti (Rusiya imperiyasının ilk ordeni olan və Müqəddəs Apostol Andrey Pervozvannı adına təsis edilən ordenin taxıldığı lentin nümunəsi) sarınmış qızılı palıd yarpaqları ilə əhatə olunmuşdur.[5]

Gəncə şəhərinin üçüncü gerbi 2004-cü ildə Cavad xanın hakimiyyəti dövründə Gəncə xanlığının bayrağı olmuş qədim bayrağın simvolları əsasında bərpa olunmuşdur.[6] Cavad xanın bayrağında əks olunmuş simvollar, xanın özünün də mənsub olduğu Ziyadoğlular nəslinin qədim dövrdən daşıdığı bayrağın simvolları idi.[6]

Qədim dövr

redaktə

Gəncənin bir şəhər kimi formalaşması haqqında müxtəlif tarixi fərziyələr mövcuddur. Bəzi alimlər şəhərin yaranmasını e.ə., əksəriyyəti isə orta əsrlərin başlanğıcına aid edirlər.[7]

Orta əsrlər

redaktə
 
Qədim Gəncə yaşayış yerindən aşkarlanmış bürünc tanrı heykəli. Milli Azərbaycan Tarixi Muzeyi.

VII əsrin birinci yarısında Gəncə farslar tərəfindən, ikinci yarısında isə ərəblər tərəfindən dağıdılmışdır.[7] VII əsrin axırlarında isə Gəncə ərəblərlə xəzərlərin döyüş meydanına çevrilmişdir.[7]

X əsrdən, Bərdənin paytaxt statusunu itirdiyi dövrdən etibarən Gəncə şəhəri ölkənin sosial-iqtisadi və mədəni həyatında vacib rol oynamağa başladı.[7] Şəhərin həyatında ticarət və incəsənət vacib faktorlardan birinə çevrildi.[7] Burda incəsənətin inkişafı üçün hər cür şərait mövcud idi. Dəmir, mis, alüminium və digər mədənlər Gəncə şəhərinin ətrafında fəaliyyət göstərir və yerli sənətkarları xammalla təchiz edirdilər.[7] Gəncə paytaxt olaraq xüsusi diqqəti hərbi qüvvəsinin qücləndirilməsinə yönəltmişdi.[7] Həmçinin bu dövrdə qala divarları tikilmiş və onun ətrafında xəndək qazılaraq şəhərin mühafizəsi gücləndirilmişdi. IX–X əsrlərdə Ərəb xilafətinin zəiflədiyi bir dövrdə Azərbaycanda Şirvanşahlar, Şəddadilər, SalarilərRəvvadilər müstəqil feodal dövlətləri yaranmağa başladı.[7] X əsrin ortalarında Gəncə şəhəri Salarilərin hakimiyyəti altında olmuşdur.[7] Daha sonra isə Şəddadilərin paytaxt şəhəri olmuşdur.[7] Fəzl bin Məhəmmədin hökmranlığı dövründə Gəncə ən güclü dövrlərini yaşamışdır.[7]

Şəddadilər dövründə qala, saraylar, körpülər və karvansaraylar inşa edilmiş və burda pul kəsilməyə başlanmışdır.[7] Şəhəri əhatə edən yeni və daha davamlı qala inşa edildi. 1063-cü ildə dəmirçi İbrahim məşhur Gəncə qapılarını tikdi.[7] Gəncənin geniş bir mərkəzə çevrildiyi bir dövrdə onun ərazisi də həmçinin böyüyərək genişləndi.[7] Yeni ticarət və sənaye zonaları tikilməyə başladı.[7] İpək və ipək məmulatları nəinki yerli, həmçinin xarici alıcıların da rəğbətini qazandı.[7] X əsrdə Gəncə həm də dini mərkəz sayıla bilərdi.[7] Belə ki, Alban katolikosu mərkəzi Bərdədən Gəncəyə köçmüşdü.[7] Qətran Təbrizi o dövrləri belə qələmə almışdı: "İndi Gəncə sanki Cənnəti xatırladır".[7] XI əsrin ortalarında Azərbaycan Səlcuqların işğalına məruz qalmışdı. Təbrizi tutduqdan sonra I Toğrul (1038–1068) 1054-cü ildə qoşunlarını Gəncə istiqamətində hərəkət elətdirdi.[7] Gəncə hakimi Əbüləsvar Şavur I Toğrulun vassalı olmağa öz razılığını verdi.[7] Şavur I Toğrula bahalı hədiyyə verərək onun şərəfinə xütbə oxutdurdu.[7]

Səlcuqların aramsız basqınları XI əsrin ortalarında Şəddadi hökmdarı III Fəzl bin Fəzl göstərilən müqavimətin yetərsiz olduğunu görərək gec də olsa təslim olmağa qərar verdi və münasib bir şəraiti gözləyərək yenidən hakimiyyətə gəldi.[7] 1086-cı ildə Səlcuq hökmdarı I Məlikşah (1072–1092) öz ordu başçısını, Bugayı Gəncəyə göndərdi.[7] Yerli camaatın güclü müqavimətinə baxmayaraq Səlcuqlar şəhərin zəbtinə nail oldular.[7] Döyüşdə Gəncə hökmdarı III Fəzl bin Fəzli əsir götürdülər və bununla da 100 ildən artıq hakimiyyətdə olan Şəddadilər sülaləsinin hökmranlığına son verildi.[7] I Məlikşah Gəncə hakimi kimi öz oğlu olan Məhəmməd Təpəri təyin etdi.[7] Məhəmməd Təpər sultan seçildikdən sonra belə Gəncənin Səlcuq hökmdarı olaraq qaldı.[7]

XII əsrin birinci yarısında Gəncə bir neçə dəfə gürcü basqınlarına məruz qalmış, buna cavab olaraq Səlcuq ordusu Gürcüstana güclə soxularaq oraları talan etmişdir. Gəncə Səlcuq türklərinə məğlub olana, yəni XI əsrə qədər Qafqaz Alban xristianlığının mərkəzi olmuşdur.[7] 1139-cu ildə zəlzələ nəticəsində V əsrdə yaranmış orijinal şəhər dağılmış və XII əsrdə əvvəlkindən bir az şərqdə yenidən tikilmişdir.[7]

 
Eldənizlər dövrünə aid vaza, Qədim Gəncə, Azərbaycan Milli İncəsənət Muzeyi.

Atabəylər dövründə öz inkişafının pik nöqtəsinə çatan Gəncə Eldənizlərin paytaxtlarından biri olmuşdur. Bu dövr abidələrinin verdiyi məlumata görə, Gəncə "mühüm şəhər", böyük şəhər və paytaxt yəni "dar əl-mülk" idi. Gəncə YaxınOrta Şərqdə ən mühüm ticarət-sənət mərkəzi idi. Şəhər yaxınlığında dəmir və mis filizlərinin olması dəmirçilik, metal emalı, silahqayırma, qab-qacaq hazırlanması, metalda naxış açma və başqa sənət sahələri inkişaf etmişdilər.[8]

Əsas karvan yollarının üzərində yerləşməsi bu şəhəri vacib ticarət mərkəzlərindən birinə çevirmiş, lakin 1231-ci ildə monqolların Azərbaycana II yürüşündə basqına məruz qalaraq yenidən dağıdılmışdı.[7] Gəncənin Ağkənd ərazisində XIV əsrə aid tarixi karvansara Elxanilər hökmdarı Əbu Səid Bahadur tərəfindən inşa olunub.[9] XV əsrdə Gəncə Qaraqoyunlu dövlətinin tərkibinə daxil edilmişdir.[7]

Qaraqoyunlu hökmdarı Cahanşah ticarətin, sənətkarlığın, elmin və incəsənətin, mədəniyyətin inkişafı naminə böyük işlər görmüş bir hökmdardır. Onun hakimiyyəti illərində Naxçıvan, Gəncə və Təbriz kimi iri şəhərlər çiçəklənib tərəqqi etmişdi.[10] Qaraqoyunlu dövlətinin tərkibində olan Gəncə şəhəri Əmir Qaraman və varisləri tərəfindən idarə edilmişdir. Ağqoyunlular dövründə Gəncə bölgəsi Ziyadoğlu Qacar əmirlərinin idarçiliyində olmuşdur.[11]

Azərbaycan Səfəvi dövləti yarandıqdan sonra da Gəncə Ziyadoğlu Qacar nəslinin irsi idarəsində olmuş və Qarabağ bəylərbəyiliyinin mərkəzinə çevrilmişdir. I Təhmasibin dövründə Gəncə bəylərbəyi Şahverdi Ziyadoğlu Qacar olmuşdu.[12] Don Juan adı ilə Avropada yaşayan tarixi-coğrafi əsərlər müəllifi Oruc bəy Bayat burada 50 min ailənin (yəni 225 min nəfər) yaşadığını qeyd etmişdi.[13]

1606-cı ildən 1804-cü ildə Rusiya imperiyasına birləşdiyi dövrə qədər Gəncə Qacarlar, Əfşarlar, Zəndlər sülaləsinin tərkibində xanlıq mərkəzi olmuşdur.[7]

Gəncə ləğv edildi

redaktə

1747-ci ildə Nadir şah Əfşarın öldürülməsi Azərbaycanda müstəqillik uğrundakı mübarizəni daha da gücləndirdi ki, bunun da nəticəsində Azərbaycan ayrı-ayrı feodal torpaqlarına – xanlıqlara parçalandı. XVIII əsrin ortalarında belə xanlıqlardan biri də Gəncə xanlığı idi. Şahverdi xan Ziyadoğlu-Qacar Gəncənin xanı (1740–1756) oldu. Xanlığın mərkəzi Gəncə şəhəri oldu. XVIII əsrin 80-ci illərində hakimiyyətdə olan Cavad xanın (1785–1804) dövründə Gəncə xanlığı xeyli möhkəmləndi.[14]

2 dekabr 1803-cü ildən blokadada olan [15] Gəncə qalası Nikolay Dubrovinə görə bütün Adərbicanda ən yaxşı hesab edilirdi.[16] Bu zaman şəhər onun Gürcüstan kraliçası Böyük Tamaranın dövründən bəri Gürcüstana aid olması və Gürcüstan hökmdarlarının zəifliyinə görə bu yerlə əlaqəsini kəsdiyini bəhanə edən general-leytenant Sisianovun rəhbərliyi altındakı rus ordusunun hücumlarına məruz qalırdı.[17] Sisianova görə "Gəncə qalasının yerli mövqeyi bütün Adərbican üzərində hökmran" idi. Məhz buna görə də "bu istila Rusiya üçün birinci dərəcəli əhəmiyyətə malik" idi.[18][19]

Sisianov Qacarlar nəslindən olan V Gəncə xanı Cavad xandan təslim olmağı tələb edəndə Cavad xan imtina etdi[20] və Tamaradan bəri Gəncənin Gürcüstana aid olmasını rədd etdi.[21] Gəncəyə yaxınlaşarkən Cavad xan onlarla savaşdı və məğlub oldu. Ancaq 3 yanvar 1804-cü ildə sübhçağı iki dəstəyə bölünmüş Sisianovun ordusu Gəncə üzərinə yürüş etdi.[20] Qanlı həmlə zamanı Cavad xan ortancıl oğlu Hüseynqulu xanla birlikdə öldürüldü.[22]

Gəncənin alınması bu ərazidən hücumlara məruz qalan Gürcüstanın şərq sərhədlərinin təhlükəsizliyini təmin etdi. Digər tərəfdən Qacarlar sülaləsinin hökmranlıq etdiyi İranın himayəsində olan Gəncənin işğalı İranda mənfi qarşılandı və faktiki olaraq Birinci Rusiya-İran müharibəsinin başlanmasına səbəb oldu.[20]

1804-cü il yanvarın 3-də Çar Rusiyasının qoşunları Gəncə xanlığını işğal etdikdən sonra Gəncə şəhəri çar I Aleksandrın arvadı Yelizaveta Alekseyevnanın şərəfinə Yelizavetpol adlandırıldı.[5] Xanlıq üsuli-idarəsi ləğv edilərək Yelizavetpol dairəsi yaradıldı.[5] 1840-cı il 10 aprel islahatı nəticəsində dairə qəzaya çevrildi.[5] Yelizavetpol qəzası Gürcü-İmereti quberniyasının tərkibinə verildi.[5] Qəza Yelizavetpol, Qazax, Şəmşədil və Ayrım məntəqələrinə bölündü. Yelizavetpol qəzasında qəza idarə sistemi təşkil olundu.[5]

1846-cı il 14 dekabr tarixli inzibati-ərazi bölgüsündən sonra Yelizavetpol qəzası yeni yaradılmış Tiflis quberniyasının tərkibinə daxil edildi. Çar II Aleksandrın 1867-ci il 9 dekabr tarixli fərmanı ilə Yelizavetpol quberniyası yaradıldı.[5] Yelizavetpol (Gəncə) şəhəri eyniadlı quberniyanın və qəzanın mərkəzi oldu.[5] Quberniyanın ərazisi keçmiş Gəncə, Qarabağ, Şəki xanlıqlarının və Samux və Şəmşədil mahallarının ərazilərini əhatə edirdi.[5] Quberniyanın tərkibinə Yelizavetpol, Şuşa və Nuxa qəzaları və ləğv edilmiş Ordubad qəzasının bir hissəsi daxil edildi, yeni Qazax və Zəngəzur qəzaları yaradıldı.[5] 1873-cü ildə Yelizavetpol quberniyası tərkibində Ərəş, Cəbrayıl və Cavanşir qəzaları təşkil olundu.[5]

XX əsr

redaktə

1905-ci ilin payızında Bakıda, Gəncədə, Şuşada, Azərbaycanın digər şəhərlərində rejimin özbaşınalıqlarını, milli məhdudiyyətləri ləğv etmək, çar məmurlarını işdən uzaqlaşdırmaq tələbləri ilə zəhmətkeşlərin kütləvi siyasi nümayişləri və mitinqləri baş verirdi.[23]

1910-cu ildə Gəncədə də telefon xətti çəkilmiş, 1911-ci ildə buradakı dəmir yol stansiyasında avtomat telefon aparatı qoyulmuşdu.[24]

1918-ci ilin yayında Azərbaycanda siyasi vəziyyət ölkədə ikihakimiyyətlilik olması ilə səciyyələnirdi. Belə ki, Azərbaycanın şərq hissəsi (Bakı quberniyası) Bakıda fəaliyyət göstərən Xalq Komissarları Sovetinin təsiri, qərb hissəsi isə (Yelizavetpol quberniyası) Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin hakimiyyəti altında idi.[23] Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il iyunun 16-da Gəncəyə köçdü.[23] Lakin burada fəaliyyət göstərmək o qədər də sakit və maneəsiz olmadı.[23] Çünki Azərbaycanın hər yerindən Gəncəyə axışan burjua-mülkədar və klerikal dairələrdən olan nümayəndələrin məhdud dünyagörüşlü mürtəce hissəsi Milli Şura və hökumətin demokratik, inqilabi əhvali ruhiyyəli şəxslərdən təşkil olunmasını istəmirdi.[23] Gəncədə yerləşən Qafqaz İslam Ordusunun bölmələri komandanlığı ilə milli hökumət üzvləri arasındakı münasibətlər də çox gərgin idi.[23]

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra hökumətin 30 iyul 1918-ci il tarixli qərarı ilə Yelizavetpolun tarixi adı – Gəncə bərpa edildi.[5][25] Gəncə şəhəri 1918-ci il iyunun 17-dən sentyabrın 17-dək olan dövrdə dövlətin müvəqqəti paytaxtı oldu.[5] 1920-ci il aprelin 28-də Gəncədə də hakimiyyət İnqilab Komitəsinin əlinə keçdi.[26] 1920-ci il mayın 1-də Gəncədə Sovet hakimiyyəti quruldu.[7]

1920-ci il mayın 25-də Gəncədəki milli qüvvələr Sovet hakimiyyətinə və Qızıl ordu qarnizonuna qarşı fəal silahlı çıxışlara başladılar.[26] Gəncə qarnizonu komandirinin və zabitlərinin Qızıl ordu nümayəndələri ilə əvəz olunması ona gətirib çıxardı ki, 1800 nəfərlik Gəncə qarnizonu mayın 28-dən 29-na keçən gecə üsyan qaldırdı və şəhərin müsəlmanlar yaşayan hissəsini tutdu.[26] Üsyanın yatırıldığı bir neçə gün ərzində minlərlə üsyançı həlak oldu.[26] Qızıl ordunun Gəncədə üsyanı yatırmasında ermənilər də iştirak edirdilər.[26] Gəncə ermənilərinin kömək göstərməsi Qızıl ordu əsgərlərində ermənilərə rəğbət doğururdu.[26]

1924-cü ilin yazında Bakı, Gəncə və Şəki şəhərlərində əsasən ixtisassız fəhlələrdən ibarət 22,6 min nəfər işsiz var idi.[26]

1935-ci ildə Gəncənin adı dəyişdirilərək Sergey Kirovun adı ilə Kirovabad adlandırıldı.[7] 1989-cu ildə Gəncənin tarixi adı bir daha bərpa edildi.[5]

Qarabağ müharibəsi dövründə Gəncə şəhərindən olan 400 nəfərdən çox insan döyüşlərdə şəhid oldu.[27] Cəbhədəki uğursuzluqlar ölkədə siyasi vəziyyəti daha da dərinləşdirdi.[28] Dövlət çevrilişi etməyə hazırlıq məqsədilə korpus komandiri Surət Hüseynov 1992-ci ilin dekabrında qüvvələrini Kəlbəcərin strateji yüksəkliklərindən geri çəkdi.[28] 1993-cü il yanvarın 28-də Ağdərə bölgəsindən hərbi texnikanı çıxarıb Gəncəyə gətirdi.[28] Surət Hüseynovun başçılığı ilə 1993-cü il 4 iyunda hərbi qiyam başlandı.[28] Hökumətə tabe olmaqdan imtina edən bir qrup zabit Surət Hüseynovun başçılığı ilə hələ aprelin 3-də Gəncədə "Hərbi Birlik" adlı hərbi-siyasi təşkilat yaratmışdı.[28] Birlik, onun təsiri altında olan 709 saylı hərbi hissə Ali Baş Komandana və Müdafiə Nazirliyinə tabe olmurdu.[28] Heydər Əliyev genişlənmək təhlükəsi olan vətəndaş müharibəsini dayandırmaq üçün ağıllı, düşünülmüş siyasi tədbirlər həyata keçirdi.[28] O, iyunun 13–14-də Gəncə şəhərində hərbi müxalifətlə danışıqlar apardı, mövcud siyasi böhrandan çıxış yollarını müəyyənləşdirdi.[28] Heydər Əliyev iqtidarında yüksək vəzifələr tutsa da, öz məqsədinə nail ola bilməyəcəyini dərk edən Surət Hüseynov qərargahı Gəncədə yerləşən Səhra Cəbhə İdarəsi yaratdı.[28]

Oktyabrın 4-də Gəncədə Surət Hüseynovun tərəfdarlarından ibarət 300-ə yaxın silahlı adam şəhər İcra Hakimiyyəti binasını və başqa strateji obyektləri ələ keçirdi.[28] Bu zaman paytaxtda iki hərbi hissənin əsgərləri artilleriya qurğularını Prezident sarayı, Ali Sovet və Müdafiə Nazirliyi binalarına tuşlayıb əmrə müntəzir dayanmışdılar.[28] Qiyam və dövlət çevrilişi qəsdində günahkar olan Surət Hüseynov hakimiyyətdən kənarlaşdırıldı, Azərbaycandan Rusiyaya qaçdı.[28] 1996-cı ildə isə Rusiyada həbs olunub respublikaya gətirildi və məhkum edildi.[28]

XXI əsr

redaktə

2018-ci ilin iyul ayında şəhərin meri Elmar Vəliyevə qarşı sui-qəsd törədilmiş, sonrada yaranan qarşıdurmada iki polis zabiti həyatını itirmişdilər.

4 oktyabr 2020-ci ildə Qarabağ döyüşlərində Gəncəyə raket zərbələri endirilmişdir . 11 oktyabrda Qarabağ döyüşlərində atəşkəsin elan olunmasına baxmayaraq saat 02:00-dan etibarən Gəncəyə raket zərbələri endirilmiş, bu zərbələr nəticəsində 40-dan çox adam yaralanmış, 10 nəfər dünyasını dəyişmişdir.

Coğrafiya

redaktə

Relyef və geologiya

redaktə

Dəniz səviyyəsindən 400–450 m yüksəklikdə yerləşən Gəncə şəhəri Azərbaycanın qərbində, paytaxt Bakı şəhərindən 375-km qərbdə, Kiçik Qafqazın şimal-şərq ətəyini Kür-Araz ovalığındakı Gəncə-Qazax düzənliyində yerləşir.[29]

Gəncənin iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Maksimum orta, °C 6,6 6,3 9,8 16,4 22,1 27,3 30,6 29,7 25,6 19,6 13,5 9,7 18,1
Orta temperatur, °C 7 8,2 12,7 18,7 23,4 31,6 31,1 25,6 26,3 19,5 12,9 8,4 19
Minimum orta, °C 1,8 1,8 2,8 4,2 6,6 9,4 11,4 10,9 9,0 6,4 3,7 1,4 5,8
Mütləq minimum, °C 2,1 2,0 4,2 9,4 14,9 19,7 22,2 22,9 19,4 13,5 8,8 4,8 12,0
Yağıntı norması, mm 8 12 24 31 40 32 17 15 15 24 16 7 241
Mənbə: "Climatological Information for Ganja, Azerbaijan"


Əhalisi

redaktə

01.01.2020-ci il tarixli məlumata əsasən Gəncə şəhərinin Əhalisi – 335,6 min nəfərdir. Əhalinin sıxlığı 1 km² 3051 nəfər təşkil edir. Əhalinin ümumi sayının 48,8 faizi kişilərdən (163,8 min nəfər), 51,2 faizi qadınlardan (171,8 min nəfər) ibarətdir.

  • Gəncə şəhərində 20969 nəfər (6240 ailə) məcburi köçkün və 17829 nəfər (3809 ailə) qaçqın məskunlaşmışdır.[30]
  • Müharibə əlillərinin sayı — 940 nəfər[30]
  • Şəhid ailələrinin sayı — 382 nəfər[30]
  • Əlillərin sayı — 23861 nəfər[30]
 
Qazaxlar məscidi

Şəhərdə 6 məscid, 2 kilsə, 4 ziyarətgah, 5 pir, 5 islam və 3 xristian yönümlü dini icma, 51 qeyri-hökumət təşkilatı fəaliyyət göstərir.[7] Gəncə tanınmış ibadət yerlərindən Şah Abbas məscidi, Mollacəlilli məscidi, Hüseyniyyə məscidi, Ozan məscidi, Zərrabi məscidi, Şahsevənlər məscidi, Qazaxlar məscidiMüqəddəs Sərkis kilsəsini qeyd etmək olar.

Dialekti

redaktə

Gəncə və ona yaxın ərazilərdə, Azərbaycan dilinin qərb qrupu dialekt və şivələrinə aid Gəncə dialekti (Gəncə ləhcəsi) mövcüddur.[31]

İnzibati bölgüsü

redaktə

Gəncə şəhərinin 7 qəsəbə inzibati ərazi vahidindən ibarətdir.[32][33] "Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 270-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2012-ci il tarixli, 1991 №-li Sərəncamı ilə 5 yeni-Şıxzamanlı, Məhsəti, Sadıllı, Natəvan və Cavad xan adlı qəsəbələri yaradılmışdır.[33]

Gəncə şəhərinin tarixi məhəllələri

redaktə

Qədim Gəncə şəhərinin 1727-ci ildə 14 məhəlləsi olub:

Gəncə şəhəri, Gəncəçay ilə ikiyə ayrılmıştır, şəhərin dağlıq yerində və dağlara doğru kəndlərdə ermənilər, ova qisminda ovaya uzanan kəndlərdə isə türklər yaşayırdılar. Gəncənin türk məhəllələri arasında Noraşen adında bir erməni məhəlləsi vardı. Gəncənin erməni qismində isə üç türk məhəlləsi vardı: Mollacəlilli, Çaylı, və Hacıməlihli.

  1. Ağalmas məhəlləsi
  2. Allahdad məhəlləsi
  3. Arazbar məhəlləsi
  4. Aşıqlar məhəlləsi
  5. Balçılı məhəlləsi
  6. Bağbanlar məhəlləsi
  7. Bağır məhəlləsi
  8. Bala Bağban / Bala Bağman məhəlləsi
  9. Bayan məhəlləsi
  10. Boyaqçılar məhəlləsi
  11. Böyük Bağban məhəlləsi
  12. Caqarlar məhəlləsi
  13. Carlılar məhəlləsi
  14. Cuhudlar məhəlləsi
  15. Çarıqçılar məhəlləsi
  16. Çayqıraqlılar məhəlləsi
  17. Çaylı məhəlləsi
  18. Çələbiyanlı məhəlləsi
  19. Çilləxana məhəlləsi
  20. Çıraqlı məhəlləsi
  21. Çökək məhəlləsi
  22. Dabbaqlar məhəlləsi
  23. Dalozan məhəlləsi
  24. Daşkörpü məhəlləsi
  25. Dəlləklər məhəlləsi
  26. Dəmirçilər məhəlləsi
  27. Dik küçə
  28. Dinaraş məhəlləsi
  29. Dördyol məhəlləsi
  30. Dulusçular məhəlləsi
  31. Əli Mənsur məhəlləsi
  32. Ərəbli məhəlləsi
  33. Əttarlar məhəlləsi
  34. Əzimbəyli məhəlləsi
  35. Gorqi məhəlləsi
  36. Hacıbağır məhəlləsi
  37. Hacıməlikli məhəlləsi
  38. Haçayeri məhəlləsi
  39. Haqlı / Haxlı məhəlləsi
  40. Həlvəsənli məhəlləsi
  41. Xanlıqlar məhəlləsi
  42. Xarabayeri məhəlləsi
  43. Xassayeri məhəlləsi
  44. Xələni məhəlləsi
  45. Xəlfəli məhəlləsi
  46. Xocalı məhəlləsi
  47. Xodəkli məhəlləsi
  48. İçqala məhəlləsi
  49. İmamlı məhəlləsi
  50. İtli küçə
  51. İyirmidörd məhəlləsi
  52. Kilsəkənd məhəlləsi
  53. Qacarlar məhəlləsi
  54. Qala məhəlləsi
  55. Qapanlı məhəlləsi
  56. Qaraçılar məhəlləsi
  57. Qaramanlı məhəlləsi
  58. Qaraməmmədli məhəlləsi
  59. Qarasobalı məhəlləsi
  60. Qazaxlar məhəlləsi
  61. Qazbinlər məhəlləsi
  62. Q��rbqayalı məhəlləsi
  63. Qıllılar məhəlləsi
  64. Qırıxlı / Qırxlı məhəlləsi
  65. Qırkilimşi məhəlləsi
  66. Qızılhacılı məhəlləsi
  67. Qızılqaya məhəlləsi
  68. Qulacadərəsi / Qulançardərəsi məhəlləsi
  69. Quruqobu məhəlləsi
  70. Quruşabanlı / Qurudəmyə məhəlləsi
  71. Lətifli məhəlləsi
  72. Mahrasabağı məhəlləsi
  73. Mehrablı məhəlləsi
  74. Misgərlər məhəlləsi
  75. Mollacəlilli məhəlləsi
  76. Mollacəmilli məhəlləsi
  77. Molokanlar məhəlləsi
  78. Möhtəsib məhəlləsi
  79. Mülkədarllıar məhəlləsi
  80. Namazalılar məhəlləsi
  81. Noraşen məhəlləsi
  82. Ozan məhəlləsi
  83. Özümbəyli məhəlləsi
  84. Pir Osman məhəlləsi
  85. Sabirabad məhəlləsi
  86. Sadıllı məhəlləsi
  87. Sarvanlar məhəlləsi
  88. Samuxlular məhəlləsi
  89. Seyidli / Seyidlər məhəlləsi
  90. Səbzəvad məhəlləsi
  91. Sədən / Sadan məhəlləsi
  92. Səfərabad məhəlləsi
  93. Sofulu məhəlləsi
  94. Sukonnu məhəlləsi
  95. Sutökülən məhəlləsi
  96. Şabanlı məhəlləsi
  97. Şadılı məhəlləsi
  98. Şahsevənlər məhəlləsi
  99. Şamlı məhəlləsi
  100. Şatırçılar / Fəttahlılar məhəlləsi
  101. Şayırgörən / Şatırgörən məhəlləsi
  102. Şəmbiatlı / Şambayat məhəlləsi
  103. Şərbaflar məhəlləsi
  104. Şərəfxanlı məhəlləsi
  105. Şıxdüzü / Şeyxdüzü məhəlləsi
  106. Şöylübəyli məhəlləsi
  107. Talalı / Talalılar məhəlləsi
  108. Tapqışlaq məhəlləsi
  109. Tatabad məhəlləsi
  110. Tatlar məhəlləsi
  111. Tekstilni / Toxuculuq məhəlləsi
  112. Təbrizli məhəlləsi
  113. Toxanlı / Todanlı məhəlləsi
  114. Toyuqçular / Tuğcu məhəlləsi
  115. Vağzalaltı məhəlləsi
  116. Vağzalyanı məhəlləsi
  117. Üçtəpə məhəlləsi
  118. Yelizavetpol məhəlləsi
  119. Yenirəvan məhəlləsi
  120. Zərrabi məhəlləsi

Yerli hökumət

redaktə

"Şəhər əsasnaməsi" Gəncədə 1894-cü ildə tətbiq edilmişdi.[23] 1917-ci ilə qədər Gəncə dumasında azərbaycanlı qlasnıların sayı üstünlük təşkil etmişdir.[23] Azərbaycanlı deputatlar içərisində ziyalıların nümayəndələri 30 faiz idi.[23] Gəncənin görkəmli ictimai xadimləri Əsgər ağa Gorani, Həsən bəy Ağayev, Adil xan Ziyadxanov, Ələkbər bəy RəfibəyliXudadat bəy Rəfibəyli, Aslan bəy Səfikürdski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Hüseynqulu xan Xoyski, Məmmədbağır Şeyxzamanlı və başqaları olmuşlar.[23]

Bakıdan fərqli olaraq Gəncə Şəhər Dumasına əsasən azərbaycanlı ziyalıların nümayəndələri Əsgər Ağa Adıgözəlov (Gorani), Adil xan Ziyadxanov və Xəlil bəy Xasməmmədov başçılıq etmişlər.[23]

İqtisadiyyat

redaktə

Bank idarələrinin mövcud olduğu Gəncə şəhərində 1905-ci il yanvarın 3-dən Qarşılıqlı Borcvermə Cəmiyyəti, iki ildən sonra isə 1910-cu il yanvarın 1-dən Yelizavetpol Qarşılıqlı Kredit Kommersiya Cəmiyyəti adlandırılan ikinci belə cəmiyyət, həmin il Volqa-Kama Kommersiya Bankı Tiflis şöbəsinin 1913-cü ildən həmin bankın agentliyinə çevrilən komisyonerliyi, 1912-ci il avqustun 16-dan Tiflis kommersiya bankının şöbəsi fəaliyyətə başladı.[23] Gəncədəki bütün bank şöbələri kənd təsərrüfatının müxtəlif sahələrini, əsasən isə şərabaraq istehsalını, pambıqçılığı və ipəkçiliyi kreditlə təmin edirdi.[23] Gəncədə 1914-cü ildə hər birinin illik istehsal həcmi 180 min rubla çatan 8 pambıq emalı zavodu, 3 spirt və konyak zavodu, 37 şərab istehsalı müəssisəsi, meyvə şirəsi, biyan kökü emal edən 23 zavod, 5 gön-dəri müəssisəsi, tütün fabriki, kərpic zavodu və s. müəssisələr var idi.[34]

Gəncə həm də mühüm ticarət mərkəzi idi. 1914-cü ildə burada 1500 ticarət müəssisəsi var idisə, onlardan 56,2 faizini dükanlar, mağazalar, anbarlar təşkil edirdi. Həmin il Gəncədə ticarət dövriyyəsi 14–16 mln rubla çatırdı. Sonra kı illərdə bu rəqəm 2 dəfəyə qədər artmışdı.[35] Şəhərdə 2129 ticarət-sənaye müəssisəsi fəaliyyət göstərirdi249. Doğrudur, onların əksəriyyəti kiçik müəssisələr idi, lakin ticarət və sənaye kapitalının mərkəzləş məsi prosesi gedirdi.[23]

Sənətkarlıq Gəncə iqtisadiyyatının ayrılmaz hissəsi idi. Gəncədən Moskva və Lodza pambıq emalı zavodlarının məhsulu, Rusiyanın mərkəzi şəhərləri və Sibirə təzə meyvə, çaxır ixrac olunurdu.[23] 1904-cü ildə Gəncədən Rusiya fabriklərinə 34 min pud, 1913-cü ildə isə 239,870 min pud mahlıc aparılmışdı.[36] Həmin dövrdə Gəncənin xariclə ticarətində İran mühüm yer tuturdu.[23] İrana əsasən taxıl və heyvandarlıq məhsulları ixrac olunur, oraya yerli məhsullarla yanaşı, Rusiyadan gətirilmiş mallar da yola salınırdı.[23] Gəncə eyni zamanda böyük dəmir yol şəbəkəsi idi.[23] 1883-cü ilə nisbətən 1913-cü ildə Gəncə stansiyasına gətirilən malların miqdarı 15 dəfə, buradan göndərilən malların miqdarı isə 30 dəfə artmışdı.[23]

Gəncə şəhərinin təsərrüfatının əsas hissəsini sənaye, tikinti, nəqliyyat və ticarət təşkil edir.[32][37] Gəncədə yüngül və yeyinti sənayesi inkişaf etmişdir. Şəhərdə həmçinin qara və əlvan metallurgiya xammalının hasilatı, onların ilkin emalı müəssisələri yerləşir.[37] Gəncənin ağır sənayesi əsasən Qarabağ müharibəsindən sonrakı illərdə yaradılmışdır.[37] 1960-cı illərin sonu, 70-ci illərin əvvəlindən başlayaraq şəhərdə yeni istehsal obyektlərinin inşası geniş vüsət almışdır.[37] Bu illər ərzində çini qablar zavodu, qənnadı fabriki, taxıl məhsulları Kombinatı, ət Kombinatı, süd zavodu, əlvan metalların emalı zavodu, 2 saylı şərab zavodu, quşçuluq fabriki, tərəvəz yetişdirilməsi üçün istixana kombinatı, xalça kombinatının ikinci növbəsi və sairə mühüm sənaye obyektləri tikilib istifadəyə verilmişdir.[37] Şəhər ərazisində 529 idarə və müəssisə, o cümlədən 77 iri, orta və kiçik sənaye müəssisəsi, 42 bank filialı və bank olmayan kredit təşkilatı, 8 mehmanxana, 130-dən çox digər ticarət və xidmət obyektləri fəaliyyət göstərir.[32]

1986-cı ildə əsası qoyulmuş Gəncə Avtomobil Zavodu istehsal gücü layihəyə əsasən 30 000 ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanmışdır. Müəssisənin tikintisi layihəyə görə 1989-cu illin sonlarına qədər başa çatdırmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalır. Yalnız 2004-cü ilin dekabırında Gəncə avtomobil zavodu işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb.

2014-ildə Prezident İlham Əliyev oktyabrın 18-də Gəncədə "Stadler" vaqon istehsalı zavodunun təməlqoyma mərasiminə qatılıb.

Turizm və alış-veriş

redaktə
  Əsas məqalə: Azərbaycanda turizm
 
Gəncədə Vego hoteli

Gəncənin populyar turist məkanlarından Nizami məqbərəsi, Gəncə qapıları, Şah Abbas məscidi, İmamzadə türbəsi, Butulkalı ev, Heydər Əliyev Parkı, Göygöl Milli ParkıCavad xan türbəsini qeyd etmək olar.[38]

Şəhərin tanınmış otellərindən Ramada Plaza Gence, Vego Hotel, My Way Boulevard Hotel, Karvansara Hotel, Cinema Boutique hotel, Deluxe Hotel və Ganja Hotel-i qeyd etmək olar.[39]

Gəncədə 5-dən çox ticarət mərkəzi var. Onlardan Ganja Mall, Xəmsə Mall, Tağıyev Mall və Aura Park Alış-Veriş və Əyləncə Mərkəzini qeyd etmək olar.[40]

Memarlıq

redaktə

Azərbaycan Respublikası Nazirlər Sovetinin 1988-ci il 18 aprel tarixli 136 saylı Qərarına əsasən Gəncə şəhəri Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilmişdir.[37] 1988-ci il 20 noyabr tarixli 420 saylı qərara əsasən qoruğun əsasnaməsi təsdiq edilmiş, həmin əsasnamədə qoruq iki hissədən elan edilmişdir.[37] 1482 ha sahəsi olan Qədim Gəncə şəhər xarabalığı (Kəpəz rayon ərazisi), bundan 610 ha Samux rayon ərazisinə düşmüşdür.[37] 2051 ha isə müasir Gəncənin tarixən formalaşmış hissəsidir.[37] Qoruq dördüncü kateqoriya ilə işə başlamış, 1990-cı ildə üçüncü kateqoriya, 1997-ci ildə ikinci və 2001-ci ildə birinci kateqoriyaya aid edilmişdir.[37] Qoruq fəaliyyətə başlayanda Gəncədə 240 abidə qeydə alınmışdır. Qoruğun fəaliyyəti nəticəsində bunun sayı 504-ə çatmışdır.[41] Bunlardan 288-nin dövlət tərəfindən qorunur.[41] Azərbaycanda abidələrin təsnifat bölgüsü ilk dəfə Gəncə abidələrinə qoruq tərəfindən tətbiq edilmişdir.[37]

Parkları və bağları

redaktə

Şəhərdə Göygöl Milli Parkı, Xan bağı, Heydər Əliyev parkı, Qələbə parkı, Dəmiryolçular parkı, Səməni parkı, Füzuli parkı, İstiqlal parkı kimi böyük parklarla yanaşı digər kiçik park və xiyabanlarda mövcuddur.[42]

Gəncənin ən məşhur və böyük parkı — Xan bağıdır.[42] Xan bağı 1700-cü ildə salınmışdır. Ümumi sahəsi 6 hektardır.[42] Xan Bağı Gəncə hökmdarı Ziyad xanın adı ilə bağlıdır.[42] Burada 100-dən artıq ağac növləri və cinsləri vardır.[42]

1979-cu ilin mart ayının 3-də Yeni Gəncə yaşayış massivində, Quru Qobu sahəsində Heydər Əliyev parkı salınmışdır. Parkın ümumi sahəsi 400 hektardan çoxdur. Burada 350 mindən çox ağac və bəzək bitkisi əkilmişdir. Bu ağacların əksəriyyətini Şərq çinarı, şam ağacı, küknar, cökə, meyvə ağacları və müxtəlif bəzək bitkiləri təşkil edir.[42] İkinci dünya müharibəsində alman faşistləri üzərində qələbənin 40 illiyi münasibətilə yaradılmış Qələbə parkı 1 hektara yaxın ərazini əhatə edir.[42] Dəmiryolçular parkı 1910-cu ildə yaradılmışdır və parkın ərazisi 1,5 hektardır.[42] Parkda çinar, şam, küknar, vələs, cökə, akasiya və başqa ağaclar var.[42] Səməni parkı 1994-cü ildə Azərbaycan xalqının milli bayramı olan Novruz bayramının şərəfinə yaradılmışdır.[42] Füzuli Parkı şəhərin Alüminiumçular qəsəbəsində yerləşir.[42] Park vaxtı ilə alüminium zavodunun işçiləri üçün istirahət zonası kimi salınmışdır.[42] İstiqlal bağı Gəncənin Gülüstan qəsəbəsində yerləşir. 1991-ci ilin 28 May günü əhalinin istifadəsinə verilmişdir.[42]

Mədəniyyəti

redaktə

2013-cü il noyabrın 21-də Avropada gənclər təşkilatlarının ən böyük platforması olan Avropa Gənclər Forumunun Baş Assambleyasında nüfuzlu beynəlxalq münsiflər heyətinin qərarı ilə Gəncə şəhəri "2016-cı il Avropa gənclər paytaxtı" elan edilmişdir.[43][44] 2017-ci ildə Gəncə Müstəqil Dövlətlər Birliyinin "Mədəniyyət Paytaxtı" seçilib.[45] Şəhərdə 5 musiqi məktəbi, uşaqlar üçün peşə məktəbi, incəsənət məktəbi, 5 muzey, 3 mədəniyyət evi, 6 musiqi evi və 27 kitabxana fəaliyyət göstərir.[46]

Musiqi səhnəsi

redaktə
 
Gəncə Dövlət Filarmoniyasının Kamera orkestri

Gəncə Dövlət Filarmoniyasının binası 1985-ci ildə tikilmişdir. Filarmoniya Azərbaycan SSR Mədəniyyət Nazirliyinin № 228-k 27 avqust 1990-cı il tarixli qərarı ilə yaradılmışdır. F. Əmirov adına Gəncə Dövlət Filarmoniyası 2017-ci ilin noyabr ayının 10-da inşa edilmiş binada fəaliyyət göstərir. Böyük Vətən Müharibəsi zamanı Fikrət Əmirov döyüşlərdən kantuziya ilə qayıtdığından onu işləmək üçün Gəncə Filarmoniyasına göndərirlər. 1946–1949-cu illərdə filarmoniyaya xalq artisti Məhəmməd Bürcəliyev rəhbərlik etmişdir.[47] 1990-cı ildə Gəncə Dövlət Filarmoniyası yenidən yaradıldı.[47] 1949-cu ildə Gəncə Dövlət Filarmoniyasına xitam verilir.[47]

Gəncə Dövlət Filarmoniyasının təməli 21 yanvar 2012-ci ildə İlham Əliyevin Gəncəyə səfəri zamanı qoyulmuşdur.[48] 15 mart 2014-cü ildə tikintidə ciddi dağıntılar baş verib.[49][50] İlham Əliyevin 10 noyabr 2016-cı ildə imzaladığı sərəncamına əsasən "Gəncə Dövlət Filarmoniyasının tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinə nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat" əlavə pul ayrılıb.[51] 10 noyabr 2017-ci ildə İlham Əliyevin iştirakı ilə filarmoniyanın yeni binasının açılış mərasimi keçirilib.[52] 1997–2016-cı ildə Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsində Azərbaycan Respublikasının xalq artisti Şahnaz Haşımova çalışıb. 15 fevral 2017-ci ildə Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə əvvəllər Gəncə Musiqi Kollecinin direktoru vəzifəsində çalışmış Gülçin Mirzəyeva Gəncə Dövlət Filarmoniyasına direktor təyin edilib.[53] Filarmoniyanın binası Gəncənin Nizami rayonu ərazisində, Cavad xan və Həsən bəy Zərdabi küçələrinin kəsişməsində, əvvəllər Bakı kinoteatrının yerləşdiyi ərazidə inşa edilib.[49] Klassisizm üslubunda inşa edilmiş altı mərtəbəli binada inzibati, məşq, qrim, rejissor, istirahət otaqları və bufet yaradılıb.[54] Burada 1100 nəfərlik konsert, 300 yerlik iclas zalları, 10 loja və 1 vip loja var. Binanın üçüncü mərtəbəsinin eyvanında Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Qara Qarayevin, NiyazininArif Məlikovun heykəlləri qoyulub. Ərazidə açıq havada yaya konsert meydançası, baxış qülləsi, 500 avtomobil yeraltı dayanacaq və ümumi sahəsi 2 min kvadratmetr olan iki korpusdan ibarət ikimərtəbəli qalereya inşa edilib.[54] 23 iyun 2017-ci ildə Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərov filarmoniyaya direktor təyin edilib.[55]

"Göygöl" Dövlət Mahnı və Rəqs ansamblı 1969-cu ildə Fikrət Verdiyev tərəfindən ictimai əsaslarla yaradılıb.[56] Yaranmasından 8 il sonra Heydər Əliyevin tapşırığı ilə ansambla "Göygöl" dövlət mahnı və rəqs ansamblı statusu verilir.[56] Ansamblın ilk solisti Rövşən Behcət olub. Ansamblın fəaliyyəti genişləndikcə solistlər artır.[57] Ansamblın musiqi heyəti 55 nəfərdən ibarətdir. Ansamblın bədii rəhbər vəzifəsində Azərbaycan Respublikasının Xalq artisti Şahnaz Haşımova fəaliyyət göstərmişdir.[58] "Göygöl" dövlət mahnı və rəqs ansamblı dəfələrlə Türkiyə Respublikasında, müxtəlif festivallarda, "Dədə Qorqud" festivalında, Azərbaycan Xalq Rəqsləri festivalında, "Giresun – Aksu" festivalında, "Türksoy Novruz" şənliklərində Azərbaycanı təmsil edilmişdir.[50] 2010-cu ilin mart ayında Türkiyə Respublikasında Novruz şənliklərində iştirak etmişdir.[50]

F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasının nəzdində Xalq Çalğı Alətləri orkestridə fəaliyyət göstərir. Xalq Çalğı Alətləri orkestrinın heyəti 43 nəfərdən ibarətdir. Orkestr tarixi bayramlar və əlamətdar günlərdə, yubileylərdə, şəhər günlərində çıxış edir.[50] Filarmoniyada Kamera orkestri fəaliyyət göstərir. Kamera orkestrinin musiqi heyəti 32 nəfərdən ibarətdir. Repertuarında Azərbaycan bəstəkarları ilə yanaşı xarici bəstəkarlarda yer tutur.[50]

1959-cu ildə bəstəkar Xəlil Cəfərovun rəhbərliyi ilə Gəncədə yeni mahnı və rəqs ansamblı fəaliyyətə başlayır. 1969-cu ildə Şirin Rzayev Gəncədə ilk dəfə simfonik orkestr yaratmış və 1980-ci illərin sonunadək onun baş dirijoru kimi çalışmışdır.[47] Şirin Rzayev Gəncədə 1980–1992-ci illərdə "Şərəfxanlı" el nəğmələri teatrının yaratmış və bədii rəhbəri olmuşdur.[47] 1981-ci ildə Moskvada keçirilmiş "Səni tərəddüd edirəm, Vətən!" adlı ümumittifaq müsabiqəsində "Şərəfxanlı" el nəğmələri teatrı birinci yerə layiq görülmüşdür.[47] Heydər Əliyev Gəncəyə gələrkən Gəncə Musiqi Evi simfonik orkestrinin (1971-ci ildə) və "Şərəfxanlı" el nəğmələri teatrı folklorunun (1980-ci ildə) konsertlərində iştirak etmiş və öz tövsiyələrini bildirmişdir.[47] Qədim Gəncə çalğı alətlərindən qopuz, saz, tar, kamança, zurna, balaban, tütək, tulum, nağara, qoşa nağara, qaval, dəf qeyd etmək olar.[59]

Muzey və qalereyaları

redaktə

Gəncə qalasının hər iki tərəfindəki birinci mərtəbələrdə və yeraltı keçiddə Azərbaycan şairi Nizami Gəncəvinin sələfləri və xələflərindən ibarət qalereya yaradılmışdır. Burada Gəncənin 26 görkəmli şəxsiyyətinin abidəsi qoyulmuşdur. Muzeyin sağ tərəfində ikinci mərtəbədə Gəncənin hərb tarixi muzeyi yaradılmışdır. Qalanın üçüncü mərtəbəsində Gəncə əhalisinin məişəti, mədəniyyəti, həyatı haqqında məlumat verən etnoqrafik muzey yaradılmışdır. Gəncədə olan muzeylərdən Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi, Gəncə Tarix-Diyarşünaslıq Muzeyi, Nizami Gəncəvinin Ev Muzeyi, İsrafil Məmmədovun Ev Muzeyi, Mir Cəlal Paşayevin Ev Muzeyi və digərlərini qeyd etmək olar.[60]

Kino səhnəsi

redaktə

Gəncədə çəkilən kinolardan "Əhməd haradadır?", "Qanun naminə", "Cavad xan", "Bitməyən ömür", "Sağlam olun!", "Teatral həyat", "Torpağımız… Tariximiz… Taleyimiz…", "Çəmənlik və otlaqların yaxşılaşdırılması" qeyd etmək olar. Gəncənin tanınmış kino xadimlərindən Adil İsgəndərov, Məmmədrza Şeyxzamanov, Ələddin Abbasov, Şahmar Ələkbərov, Kübra Əliyeva, Mehriban Ələkbərzadə və digərlərini qeyd etmək olar.

Kitabxanaları

redaktə

Teatrları

redaktə

Gəncədə fəaliyyət göstərən teatrlardan biri Gəncə Dövlət Dram Teatrıdır. Teatrın binası XIX əsrin 80-ci illərində alman sahibkarı Xristofor Förer tərəfindən tikilmişdir. Teatrın binası XIX əsr tarixi-memarlıq abidəsidir. 1921-ci il noyabr ayının 13-də tikilmişdir. 1925-ci ilə kimi "Tənqid-təbliğ" teatr adı ilə fəaliyyət göstərmiş, 1925-ci ildə isə "Bakı-işçi-kəndli" teatrına çevrilmişdir. 1932-ci ildə teatr bütün heyəti ilə birlikdə Gəncəyə köçürülmüş və fəaliyyətini burada davam etdirmişdir. Gəncəyə gələn aktyorlar içərisində İsmayıl Talıblı, Ələsgər Ələkbərov, Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, Mehdi Məmmədov, Kazım Ziya, Fatma Qədri, Əmir Dadaşlı, Rəmziyyə Veysəlova kimi sənətkarlar vardır. Teatr 1990-cı ildən Gəncə Dövlət Dram Teatrı kimi adlandırılmışdır. Dram teatrda gənclərdən ibarət teatr studiyası fəaliyyət göstərir.[61] 2014-cü ildə bina yenidən tikilib. Ərazidə təmizlik, topoqrafiya və geologiya işləri aparılıb. Teatr üçün Gəncəçayın sağ sahilində 2 hektar torpaq sahəsi ayrılıb.[62] Tikiliş üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb.[62]

Dram teatrında XIX əsrin sonlarında 21 oktyabr 1895-ci ildə ilk dəfə olaraq tamaşalar hazırlanıb. Əbdürrəhim bəy Haqverdiyevin 1910-cu ildə yerli həvəskarlardan ibarət təşkil etdiyi teatrda "Ağa Məhəmməd şah Qacar", "Dağılan tifaq" (Ə. B. Haqverdiyev), "Əl Mənsur" (N. Heyne), "Nadanlıq" (N. Nərimanov), "Vətən" (N. Kamal) və başqa bu kimi əsərlər yeni həvəskar truppanın əsas repertuarı kimi böyük maraqla qarşılanıb.[63] 1915-ci ildə ilk dəfə olaraq Gəncədə "Qız məktəb"i tələbələrinin ilk dram truppası da yaradılıb. Müxtəlif illərdə "Qız məktəb"i tələbələrinin ilk dram truppasına rejissor Əsəd Şıxzamanov rəhbərlik edib. Burada Məşədi Cəmil Əmirovun "Seyfülmüllük" operası ilk dəfə 1916-cı ildə tamaşaya qoyulub.[63] Bu illərdə həmkarlar klubu nəzdində dram dərnəyi fəaliyyət göstərib. Dram dərnəyində rejissor Adil İsgəndərov, Barat Şəkinskaya, Mir İbrahim Həmzəyev və digərləri fəaliyyət göstərib.[63]

Digər teatr isə Gəncə Dövlət Kukla teatrıdır. Bina 1885-ci ildə almanlar tərəfindən lüteran kilsəsi kimi inşa edilmişdir. Tikintidə əsasən luf daşından istifadə olunmuşdur. Binanın ümumi sahəsi 650 m2-dir. 1 zal, 1 foye və 15 otaqdan ibarətdir. Teatr Əhməd Cəmil küçəsində yerləşir və xristian dini abidələr sırasına daxil edilmişdir. Gəncə Dövlət Kukla teatrı Azərbaycan SSR Nazirlər Sovetinin 18 sentyabr 1986-cı il tarixli 299 saylı əmrinə əsasən yaradılmışdır. Teatrda 100-ə yaxın tamaşa hazırlanmışdır.[64]

1980-ci ildə ulu öndər, ümumilli lider Heydər Əliyev Gəncədə olarkən tamaşaların birini seyr edərək bildirmişdi ki, siz Nizami Gəncəvi ədəbi irsinin təbliği üçün ən yaxşı üsullardan birini seçmisiniz. Bunu daha da inkişaf etdirmək lazımdır. Həmin andan etibarən tamaşaların göstərilməsi daha da artırılır. Daha böyük əsərlərə müraciət edilir və 1990-cı ildən etibarən Gəncə Dövlət Poeziya teatrı status alır və fəaliyyət göstərir.[65]

2016-cı ildə Gəncədə "Cinemaplus" kinoteatrı fəaliyyətə başlayıb. Kinoteatr, "Xəmsə Park" adlı məkanda istifadəyə verilən Xəmsə Park Ticarət Mərkəzinin 4-cü mərtəbəsində salınıb.[66]

Təhsil

redaktə

1914-cü ildə Gəncə şəhərində Gəncə Müəllimlər Seminariyası açıldı.[67]

Gəncənin tanınmış ali təhsil müəssisələrindən Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti, Gəncə şəhəri təsərrüfat hesablı Məişət Kolleci və Gəncə Kənd Təsərrüfatı Texnikumunu, qeyd etmək olar.

Gəncə Humanitar Kolleci, Gəncə Musiqi Kolleci, 45 orta məktəb və 1 xüsusi məktəb mövcuddur.

Gəncə şəhərini Azərbaycan Premyer Liqasında Kəpəz futbol klubu təmsil edir.[68] Şəhərdə Gəncə şəhər stadionu yerləşir.[69]

"Kəpəz" Peşəkar Futbol KlubuAzərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərini təmsil edən futbol klubu. Kəpəz klubunun əsası 1959-cu ildə qoyulub. Sovet dönəmində də Azərbaycanın ən uğurlu iki futbol klubundan biri olan Kəpəz 1992-ci ildən etibarən 3 dəfə Azərbaycan Premyer Liqasının və 4 dəfə Azərbaycan Kubokunun qalibi olub. "Kəpəz" Azərbaycanda və Qafqazda ən böyük azarkeş ordusuna sahib futbol klubudur. "Gəncəlilər" "Azərbaycan futbolunun "Yenilməz Armada"sı hesab edilir və ölkə futbolundakı əksər rekordların sahibidir bu klub. "Kəpəz PFK" bir növ "Gəncə" şəhərinin simvolu hesab edilir.

 
Kəpəz PFK
 
Gəncə şəhər stadionu

Qızıl oyun, 2004/2005 mövsümünün ikinci dövrəsindən etibarən uğurlu nəticələr əldə edən "Xəzər Lənkəran" yekunda "Neftçi" ilə eyni – 78 xal toplamışdı. Azərbaycan Peşəkar Futbol Liqasının təklifi nəticəsində çempionu müəyyən etmək üçün neytral meydanda əlavə oyun keçirildi. 2005-ci il 10 iyunda Gəncə şəhər stadionunda keçirilən 25 minlik derbi Neftçi 2:1 hesablı qələbəsi ilə yekunlaşır. Oyun Azərbaycan KİV-lərində "Qızıl oyun" kimi qeyd olunub.

Digər idman növləri

redaktə

2017-ci il sentyabrın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Gəncə Marafonu — 2017" keçirilib.[70] Marafon Gəncə şəhərində "Zəfər tağı"ndan start götürərək Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, Gəncəçay bulvarı, Şah İsmayıl Xətai prospekti boyunca davam edib, Heydər Əliyev park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə edib.[70]

Nəqliyyat

redaktə

İctimai nəqliyyat

redaktə

1933-cü ildən 1976-cı ilədək şəhərdə tramvay sistemi fəaliyyət göstərirdi.

1955-ci ildən 2004-cü ilədək trolleybus işləmişdir.[28] Şəhərdə şəhərlərarası nəqliyyat xidməti göstərən avtovağzallar fəaliyyət göstərirlər.[37]

Dəmiryolu nəqliyyatı

redaktə

Gəncə Dəmiryol Stansiyası fəaliyyət göstərməklə yanaşı, Lokomotiv deposu, Vaqon deposu və digər dəmiryolu strukturlarına daxil olan təsərrüfat subyektləri inkişaf etdirilmişdir.[37]

Hava nəqliyyatı

redaktə

Hal-hazırda Gəncə Beynəlxalq Hava Limanı (GNJ) Gəncənin yeganə beynəlxalq hava xidmətidir.[71]

Tanınmış sakinləri

redaktə

Şəhərin tanınmış sakinlərdən şair Nizami Gəncəvi, dövlət xadimi Cavad xan, futbolçu Mahmud Qurbanov, fotoqraf Faiq Rəcəbli, Qafqaz Albaniyası tarixşünası Mxitar Qoş, şairə Məhsəti Gəncəvi, güləşçi Toğrul Əsgərov, müğənni Şahnaz Haşımova, aktrisa Kübra Əliyeva, prokuror İsmət Qayıbov, bəstəkar Fikrət Əmirov, geoloq Mirəli Qaşqay, fotomüxbir İlqar Cəfərov və digərlərini qeyd etmək olar.[72]

Qardaş şəhərləri

redaktə

Qalereya

redaktə

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. "GƏNCƏNİN TARİXİ". gence-teatr.com. 2018-08-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2017.
  2. "Gəncənin yaşı və "Gəncə" sözünün etimologiyası". kur.ia.com. 18 iyun 2011. 2016-05-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2018.
  3. Gəncənin tarix yaddaşı. Bakı: Şirvannəşr. 1998.
  4. Bosuort, S. Edmund. Encyclopedia Iranica,. "Ganja". 23 August 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 November 2014.
  5. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 Gerblər və Emblemlər (PDF). 2021-02-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 oktyabr 2017.
  6. 1 2 "GƏNCƏ ŞƏHƏRİNİN GERBİ". www.gencekitab.az. İstifadə tarixi: 9 oktyabr 2017.[ölü keçid]
  7. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 "Şəhər haqqında". www.ganja-ih.gov.az. 2018-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2017.
  8. Ziya Bünyadov. Azərbaycan Atabəyləri dövləti (1136–1225-ci illər). Bakı, "Şərq-Qərb", 2007.s.167–168.
  9. https://www.yenigence.com/?p=52333
  10. "Arxivlənmiş surət". 2018-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.
  11. "Arxivlənmiş surət". 2017-11-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.
  12. Mustafazadə Tofiq. Qarabağ xanlığı. Bakı, Sabah nəşriyatı, 2009, ISBN 5-86106-016-0. səh.27.
  13. Azərbaycan tarixi (8-ci sinif üçün dərslik), Bakı,"Aspoliqraf", 2005. s.189
  14. "Arxivlənmiş surət". 2017-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-05.
  15. Бобровский, 1893. səh. 209
  16. Дубровин, 1866. səh. 234
  17. Baddeley, 2011. səh. 17
  18. Лапин, 2011. səh. 112
  19. Дубровин, 1866. səh. 235
  20. 1 2 3 Шефов, 2002. səh. 150
  21. Дубровин, 1866. səh. 226
  22. Владыкин, 1885. səh. 261
  23. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 Azərbaycan tarixi. Yeddi cilddə. V cild (1900-1920-ci illər) (PDF). Elm. 2008. 2018-01-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 10 oktyabr 2017.
  24. ARDA, f. 894, siy. 2, iş 102, v. 2.
  25. Азербайджанская Демократическая Республика: 1918-1920: законодательные акты. Bakı: Azərbaycan Nəşriyyatı. 1998. səh. 277. 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-29.
  26. 1 2 3 4 5 6 7 Azərbaycan tarixi. Yeddi cilddə. VI cild (aprel 1920 - iyun 1941) (PDF). Bakı: Elm. 2008. ISBN 978-9952-448-44-03. 2018-01-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 oktyabr 2017.
  27. Süleymanlı, Samirə. "Gəncədə Anatoli Nikolayeviç Davidoviçin anadan olmasının 50 illiyinə həsr olunan yubiley tədbiri keçirilib". http://www.ganjanews.az. Gəncə News. 2019-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2019.
  28. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər) (PDF). Bakı: Elm. 2008. ISBN 978-9952-448-48-1. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 oktyabr 2017.
  29. "Coğrafi mövqeyi". www.ganja-ih.gov.az. 2018-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2017.
  30. 1 2 3 4 "Gəncə şəhər icra hakimiyyəti". 2020-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-01.
  31. "Azərbaycan dilinin ermənilər arasında işləkliyi". www.anl.az. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2017.
  32. 1 2 3 "İqtisadiyyat". www.ganja-ih.gov.az. 2017-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2017.
  33. 1 2 "Gəncə haqqında". www.ganja.az. 2017-10-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2017.
  34. ARDA, f. 970, siy. 1, iş 163, v. 15.
  35. "Азербайджан", 16 мая 1919 г.; ARDSPİHA, f. 276, siy. 9, iş 1.
  36. ARDA, f. 970, siy. 1, iş 90, v. 1 −11; iş 104, v. 1 −3, 5,38; iş 200, v.2.
  37. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Ümumi məlumat". supremecourt.gov.az. İstifadə tarixi: 23 oktyabr 2017.[ölü keçid]
  38. "Gəncənin turizm obyektlərinə turist axını müşahidə olunur". www.ganjanews.az. 2017-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2017.
  39. "Haqqımızda". http://ramadaplazagence.com. 2017-10-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2017.
  40. "Azərbaycanda yeni mall açılır". az.baku.ws. 2017-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2017.
  41. 1 2 "GƏNCƏNİN MADDİ MƏDƏNİYYƏT ABİDƏLƏRİ". www.gencekitab.az. 2017-09-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2017.
  42. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Turizm və istirahət mərkəzləri". www.gencekitab.az. 2012-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2017.
  43. "European Youth Capital 2016 launched in Ganja, Azerbaijan". www.europeanyouthcapital.org. 2017-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2017.
  44. "Gəncə şəhərinin "2016-cı il Avropa gənclər paytaxtı" seçilməsi ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az. 2017-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2017.
  45. "Gəncədə MDB-nin "Mədəniyyət paytaxtı" layihəsinin açılış mərasimi". medeniyyet.az. 2017-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2017.
  46. "Gəncə mədəniyyəti" (az.). haqqinda.az. 2021-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2018.
  47. 1 2 3 4 5 6 7 Bürcəliyev, Anar. "Gəncədə ilk simfonik orkestrin yaradıcısı: Şirin Rzayev - 75" (az.). cebhe.info. 30 avqust 2016. İstifadə tarixi: 21 iyun 2018.[ölü keçid]
  48. "Ölkə rəhbərimiz İlham Əliyev Gəncə şəhərinə növbəti dəfə səfər edib" (az.). gencekitab.az. 2019-04-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2017.
  49. 1 2 "Gəncə Dövlət Filarmoniyasının binası uçub" (az.) (15 Mart 2014). az.trend.az. Trend. 2017-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2018.
  50. 1 2 3 4 5 "Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası" (az.). www.ganja.mctgov.az. 2018-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2018.
  51. "Gəncə Dövlət Filarmoniyasının tikintisinə 5 milyon manat ayrıldı" (az.). az.trend.az. Trend. 10 noyabr 2016. 2017-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2018.
  52. "İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edib" (az.). president.az. 10 noyabr 2017. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2018.
  53. "Gəncədə vəzifəli şəxslər rüşvət alarkən yaxalanıb" (az.). azadliq.az. APA. 18 fevral 2017. 2017-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2018.
  54. 1 2 "İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edib" (az.). president.az. 10 noyabr 2017. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2018.
  55. "Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyin olunub" (az.). anl.az. AzərTac. 23 iyun 2017. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2018.
  56. 1 2 Nərmin. ""Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblı 40 yaşında - FOTO" (az.). teleqraf.com. 17 fevral 2017. 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2018.
  57. ""Göy-göl" Dövlət Mahnı və Rəqs ansamblının tarixçəsi və hazırkı vəziyyəti..." (az.). news.milli.az. 11 aprel 2014. 2017-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2018.
  58. "Gəncə filarmoniyasının xanım direktoru ətrafında qalmaqal" (az.). musavat.com. Müsavat qəzeti. 18 fevral 2017. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2018.
  59. "Milli Musiqi Alətləri" (az.). www.ganja.az. 2020-03-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2018.
  60. "Muzeylər" (az.). www.ganja.az. 2020-03-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2018.
  61. "Gəncə Dövlət Dram Teatrı" (az.). ganja.az. 2019-10-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2018.
  62. 1 2 "Gəncə Dövlət Dram Teatrı üçün yeni bina tikiləcək" (az.). azertag.az. 24 iyun 2017. 2019-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2018.
  63. 1 2 3 Anar Bürcəliyev. "Gəncə Dövlət Dram Teatrı – 123-cü mövsüm" (az.). yenigence.com. 2020-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2018.
  64. "Gəncə Dövlət Kukla Teatrı" (az.). ganja.az. 2020-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2018.
  65. Elnur İsmayılbəyli. "Zərrabi məscidi" (az.). www.kepeztv.az. 3 oktyabr 2014. 2020-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2018.
  66. "Gəncə şəhərində ilk kinoteatr açılır – FOTO" (az.). oxu.az. 1 aprel 2016. 2017-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2018.
  67. Azərbaycan tarixi, 7 cilddə, c. 5, Bakı, 2001.
  68. "Idman". kapaz.ganja-ih.gov.az. 2018-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2017.
  69. "Gəncə şəhər stadionunun son durumu - FOTO". az.trend.az. 2021-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2017.
  70. 1 2 "Gəncə Marafonu - 2017". ganja.marathon.az. 2017-10-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2017.
  71. "Gəncə Beynəlxalq Hava Limanı". www.ganja.az. 2017-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2017.
  72. "Известные бакинцы". www.gapp.az. 2018-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
  73. "АЗЕРБАЙДЖАН В МЕЖДУНАРОДНЫХ КУЛЬТУРНЫХ СВЯЗЯХ (1946-1990 гг.)". www.anl.az. 2010-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2017.
  74. "Гянджа и Оломоуц стали городами-побратимами - ФОТО". www.1news.az. 2019-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2017.
  75. "Gəncə ilə Eskişehir qardaş oldu". azvision.az. 2019-06-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2017.
  76. "Gəncə və Təbriz qardaş şəhərlər olacaq". az.trend.az. 2016-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2017.
  77. "Gəncə və Səmərqənd qardaş şəhərləri oldu". 2023-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-24.

Əlavə oxu

redaktə
  • Həsənbala Sadıqov. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə qəbul etdiyi hüquqi aktlar və onun tarixinin izahlı xronologiyası (1918–1920). Gəncə, 2018. 175 səh. — İJBN 5-8066-1638-4 1
  • Mərdan Məmmədov. Təsviri incəsənətin yaradıcılıq janrları (Gəncə abidələri). Azərbaycan Dövlət Nəşriyyatı. Bakı,2021.231 səh. — ISBN 978-625-8213-15-7

Xarici keçidlər

redaktə