Zərrabi məscidi
Zərrabi məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən XIX əsrə aid məscid və tarix-memarlıq abidəsi.
Zərrabi məscidi | |
---|---|
40°40′14″ şm. e. 46°21′22″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | Həsən bəy Zərdabi küçəsi, 85 |
Aidiyyatı | Gəncə Dövlət Nizami Poeziya Teatrı |
Tikilmə tarixi | XIX əsr |
Üslubu | Arran memarlıq məktəbi |
İstinad nöm. | 3890 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Tarixi
redaktəZərrabi məscidi XIX əsrdə Gəncə şəhərində Zərrabi məhəlləsində tikilib.[1][2] Tədqiqatçı Fərrux Əhmədov bu memarlıq abidəsinin inşası ilə əlaqədar göstərir ki, məscid Zərrabi məhəlləsinin ağsaqqallarından Hacı Qəzənfər Kərbalayi Ağa oğlu, Məşədi Qasım Hacı Əhmədli, Əli bəy Hacıəlibəyov, Kərbalayi Sur Abdulla oğlu və başqalarının yaxından iştirakı ilə məhəllə camaatının hesabına tikilib.[2] Ehtimal edilir ki, Qədim Gəncə ərazisində də Zərrabi məscidi mövcud olub.[3] Lakin ibadətgah 1139-cu ilin zəlzələsindən sonra dağılıb.[4] Məscid iki gümbəzlidir, eyvanlı məscidlər tipində tikilib.[5][6] Binası üç hissəyə ayrılır. Sahəsi 70 kvadratmetr olan böyük ibadət zalı, sahəsi 30 kvadratmetr olan kiçik otaq və uzunluğu 25 metr, eni 3 metr olan eyvan. İbadət otağında yer olmayanda dindarlar eyvandan da istifadə ediblər.[4]
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.[7] Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.[7] Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.[7][8] Zərrabi məscidi də bu dövrdə ibadətə bağlanıb, binasından yaşayış evi kimi istifadə olunub.[4]
Daha sonra yerli mütəxəssislər və sənət xadimləri şəhər rəhbərliyinə müraciət edərək, şəhərdə bərpa olunacaq “Zərrabi” məscidində Poeziya Teatrının yerləşdirilməsinə icazə verilməsini xahiş ediblər.[9] Təklif qəbul olunub və bina təmir olunaraq yaradıcı heyətin ixtiyarına verilib.[9] 1979-cu ildən etibarən binada Nizami poeziya teatrı fəaliyyət göstərməyə başlayıb.[10] Burada Nizami Gəncəvinin “Xəmsə”sinin motivləri əsasında bir sıra tamaşalar səhnələşdirilib.[10] Teatr 1981-ci ilə kimi ictimai əsaslarla fəaliyyət göstərsə də, 1981-ci ildən sonra Gəncə Dövlət Dram Teatrının ştat vahidləri bu teatr üçün verilib.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[11][12] 2008-ci ildən məscidin binasında yerləşən Nizami poeziya teatrı Gəncə Dövlət Dram Teatrına birləşdirilib və hazırda onun açıq hava səhnəsi kimi fəaliyyət göstərir.[13][14][15]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Məmmədov, Mərdan. Gəncə abidələri (az.). Bakı: Azərnəşr. 2021. 47. 2024-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-17.
- ↑ 1 2 Elnur İsmayılbəyli. "Zərrabi məscidi". kepeztv.az. 3 oktyabr 2014. 28 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2020.
- ↑ "Gəncənin Zərrabi məscidi". gencexeber.az (az.). 2022-02-18. İstifadə tarixi: 2024-09-18.
- ↑ 1 2 3 "Gəncə şəhəri Zərrabi məscidi". sirat.az. 2022-03-28. 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-18.
- ↑ Əhmədov, Fərrux. Gəncənin tarix yaddaşı (az.). Bakı: Şirvannəşr. 1998. 150. 2024-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-18.
- ↑ Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 168. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).
- ↑ 1 2 3 Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 140. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ Ələsgərova, Nəsrin. "Ислам в Азербайджане: история и современность | Heinrich Böll Stiftung | Tbilisi - South Caucasus Region". ge.boell.org (rus). 2005-01-15. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-04.
- ↑ 1 2 Nizamiqızı, Həmidə. "Poeziyanın səhnə ünvanı". medeniyyet.az. 2021-05-07. 2024-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-18.
- ↑ 1 2 Rzayev, Fərman. Nizami Gəncəvi və teatr (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 2008. 279. ISBN 5-8066-1711-4. 2024-09-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-09-18.
- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ "Zərrabi məscidi". regex.mct.az. İstifadə tarixi: 2024-09-18.
- ↑ "Nizami Gəncəvinin irsini nümayiş etdirən Gəncə Dövlət Nizami Poeziya Teatrı". gencexeber.az (az.). 2022-11-12. 2022-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-18.
- ↑ "Gəncə Dövlət Nizami Poeziya Teatrının Gəncə Dövlət Dram Teatrına birləşdirilməsi haqqında". e-qanun.az (az.). 2008-09-20. 2024-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-18.
- ↑ Gəncənin maddi mədəniyyət abidələri (az.). Bakı: Nurlan. 2004. 51. 2024-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-19.