Ağahüseyn Cavadov

Azərbaycan aktyoru

Ağahüseyn Cavadov (22 aprel 1894, Xırdalan, Bakı qəzası19 iyun 1981, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1938).[1][2]

Ağahüseyn Cavadov
Ağahüseyn Xəlil oğlu Cavadov
Doğum tarixi 22 aprel 1894(1894-04-22)
Doğum yeri
Vəfat tarixi 19 iyun 1981(1981-06-19) (87 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1920–1981
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Şərəf nişanı" ordeni
Azərbaycan SSR xalq artisti Azərbaycan SSR əməkdar artisti
IMDb ID2365302

Həyatı

redaktə

Ağahüseyn Xəlil oğlu Cavadov 22 aprel 1894-cü ildə Bakının yaxınlığındakı Xırdalan qəsəbəsində doğulub. Əvvəl mollaxanada təhsil alan[1] Ağahüseyn 1919-cu ildə Səadət məktəbini bitirib, lakin daha sonra Ağahüseyn Cavadov maddi çətinliklər ucbatından təhsilini davam etdirə bilmir və ailəsini dolandırmaq üçün tacir yanında işləyir.[3][4][5]

Yaradıclığı

redaktə

Ağahüseyn Cavadov sənətə Tənqid-Təbliğ Teatrında başlayıb. 1920-ci ildən səhnə fəaliyyətinə başlayan aktyor "Çin tanrısı", "Fırtına", "Ovod", "Anamın kitabı", "Qanlı səhra", "Bəxtsiz cavan", "Paris Noterdam kilsəsi", "Romanovların son günləri", "Namus" tamaşalarında oynayıb.[1][3]

O, 1938-ci ildə yenicə təşkil edilmiş Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunur. Cavadov burada "Ər və arvad", "Əlli yaşında cavan", "Beş manatlıq gəlin", "Arşın mal alan", "Toy kimindir", "Evli ikən subay" tamaşalarında oynayıb.[3] Onun "Bəxtiyar", "O olmasın, bu olsun", "Bir qalanın sirri", "Qızmar günəş altında", "Sehirli xalat", "İstintaq davam edir", "Şərikli çörək", "Əhməd haradadır?" filmlərində yaratdığı rolları kino tarixinin qiymətli obrazlarıdır. Eyni zamanda Ağahüseyn Cavadov bədii əsərlərin bir çoxunun efirdə səsləndirmişdir. O, ömrünün 60 ildən çoxunu səhnəyə vermiş və 200-dən artıq səhnə obrazı yaratmışdır.[1]

Teatr sənətinə tələbəlik illərindən maraq göstərən, bəzi tamaşalarda sözsüz və epizod rollara çıxmış (müxtəlif truppalarda) Ağahüseyn Cavadov 1920-ci ilin iyunundan müəyyən fasilələrlə (arada 1942-ci ilə qədər Bakı Türk İşçi Teatrında və Musiqili Komediya Teatrında aktyorluq edib) Milli Dram Teatrında işləyib.

Ağahüseyn Cavadov Milli Dram Teatrının səhnəsində Məmişov, Cəlal, Soraq kişi ("Məhəbbət", "Həyat" və "Yaxşı adam" — Mirzə İbrahimov), Dəmirçi Musa, Bərbərzadə, Mirzə Salman ("Toy", "Xoşbəxtlər" və "Nişanlı qız", Sabit Rəhman), Ocaqqulu, Xosməmməd, Həmzə, İmamverdi, Oddamdı ("Almaz", "Dönüş", "Solğun çiçəklər", "1905-ci ildə" və "Od gəlini", Cəfər Cabbarlı), Cəlal, Soraq kişi ("Həyat" və "Yaxşı adam", Mirzə İbrahimov), Qənimət ("Cavanşir", Mehdi Hüseyn), Mürsəl ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Usta Murad ("İldırım", Cabbar Məcnunbəyov), Bəbir Bəbiroviç, Qoşqar baba ("Yadigar" və "Yol ayrıcmda", İslam Səfərli), Almurad ("Mənim günahım" — İ. Əfəndiyev),[3] İmran ("Əcəb işə düşdük", Şıxəli Qurbanov), Savalan ("Dağlar qızı", Adil Babayev), Vasin ("Tanya", Aleksey Arbuzov), Kapitan ("Köç", Cavad Fəhmi Başqut), Luka Lukiç ("Müfəttiş", Nikolay Qoqol), Brabansio, Qoca çoban ("Otello" və "Qış nağılı", Vilyam Şekspir), Petruşin ("Canlı meyit", Lev Tolstoy), Sima Popoviç ("Nazirin xanımı", Bratislav Nuşiç), Houkinis ("Şeytanın şagirdi", Bernard Şou), Platon, Məzarçı ("Şeyx Sənan" və "Xəyyam", Hüseyn Cavid), Qoca ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət), Maytreya ("Hind gözəli", Yuri Osnos və Vladimir Vinnikov) rollarında çıxış edib.[4][5]

Ağahüseyn Cavadov "Bəxtiyar" (Rza), "Qızmar günəş altında" (Pirioğlu), "Əhməd haradadır?" (Əhməd), "O olmasın, bu olsun" (Bəy), "Bir qalanın sirri" (Rəmmal), "Sehrli xalat" (Vəzir), "Görüş" (Əbülfəz), "Şərikli çörək" (Xırdavatçı) və digər filmlərə çəkilib.[3][5]

Aktyor 200-dən artıq səhnə obrazı yaratmış, 10-a qədər filmdə komik və ciddi rollar ifa etmişdir.[4]

Ağahüseyn Cavadov 19 iyun 1981-ci ildə Bakıda vəfat edib.[6] İkinci Fəxri Xiyabanda dəfn olunub.

Mükafatları

redaktə

Filmoqrafiya

redaktə

Mənbə

redaktə
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.

İstinadlar

redaktə
  1. 1 2 3 4 Mehdi Mükərrəmoğlu. "Ağahüseyn Cavadov — 105" (Azərbaycan). anl.az. 25 iyun 2010 tarixində arxivləşdirilib.
  2. Ağahüseyn Cavadovun 120 illik yubleyinə həsr olunmuş xatirə gecəsi keçirilib: [Akademik Milli Dram teatrında] //Kaspi.- 2014.- 13 iyun.- S.9.
  3. 1 2 3 4 5 Həmidə Nizamiqızı. "Epizodik rolların baş qəhrəmanı" (Azərbaycan). anl.az. 2022-03-18 tarixində arxivləşdirilib.
  4. 1 2 3 "Xalq artisti Ağahüseyn Cavadovun anadan olmasından 126 il ötür" (Azərbaycan). azertag.az. 20 iyun 2020 tarixində arxivləşdirilib.
  5. 1 2 3 Tahir Abbaslı. "Ağahüseyn Cavadov" (Azərbaycan). medeniyyet.az. 1 may 2017 tarixində arxivləşdirilib.
  6. "А. X. Ҹавадов". № 144 (17778). Коммунист. 20 ијун 1981-ҹи ил: сәһ. 3.