Uillis Lemb

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Uillis Yucin Lemb
ing. Willis Eugene Lamb
Lemb 1955-ci ildə
Lemb 1955-ci ildə
Doğum tarixi 12 iyul 1913(1913-07-12)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 15 may 2008(2008-05-15)[2][3][…] (95 yaşında)
Vəfat yeri
Milliyyəti amerikalı
Elm sahələri fizika, lazer[1], optika[1], hidrogen[1]
İş yerləri
Alma-mater Berkli Kaliforniya Universiteti
Təhsili
Elmi rəhbəri Robert Oppenheymer
Tanınmış yetirməsi Teodor Mayman
Tanınır Lemb sürüşməsi
Lazer
Kvant optikası
Üzvlüyü
Mükafatları Fizika üzrə Nobel mükafatı
ABŞ Milli Elmlər medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uillis Yucin Lemb (12 iyul 1913[2][3][…], Los-Anceles, Kaliforniya[6]15 may 2008[2][3][…], Tuson, Arizona) — 1955-ci ildə "hidrogen spektrinin incə quruluşu ilə bağlı kəşflərinə görə" fizika üzrə Nobel mükafatını qazanan amerikalı fizik.

Həmin il Nobel Komitəsinin təqdim etdiyi mükafatı Lemb, "elektronun maqnit momentini dəqiq təyin etdiyinə görə" Polikarp Kuşla bölüşür. Lemb bir hidrogen atomunda elektron enerjilərində təəccüblü bir yerdəyişməni dəqiq müəyyən edə bilmişdi (bax Lemb sürüşməsi). Lemb Arizona Universitetinin Optik Elmlər Kollecinin professoru idi.

Lemb ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində anadan olub və Los Anceles Liseyində təhsil alıb. 1934-cü ildə Berkli Kaliforniya Universitetində kimya üzrə bakalavr dərəcəsini tamamlayır. C. Robert Oppenheymerin rəhbərliyi altında neytronların kristal tərəfindən səpilməsinə dair nəzəri işə görə o,1938-ci ildə fizika üzrə fəlsəfə doktoru dərəcəsini qazanır.[7] O, nüvə nəzəriyyəsi, lazer fizikası və kvant mexanikasının yoxlanılması üzərində işləmişdir.[8]

Lemb 1951-1956-cı illərdə Stenford Universitetində fizika professoru olaraq çalışıb.[9] Lemb 1956-1962-ci illərdə Oksford Universitetində fizika üzrə professor olub, həmçinin Yel, Kolumbiya və Arizona Universitetlərində dərs deyib. 1963-cü ildə Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü seçilmişdir.[10]

D.Kayzer Lembi "nadir nəzəriyyəçiyə çevrilmiş eksperimentalist" kimi vurğulayıb.[11]

Kvant fizikası

[redaktə | mənbəni redaktə et]

Lemb sürüşməsi vasitəsilə kvant elektrodinamikasına mühüm və məşhur töhfəsinə əlavə olaraq, karyerasının son illərində o, kvant ölçmələri sahəsinə olan diqqətini daha da artırdı.[12][13][14] Lemb yazılarının birində "Kvant mexanikasından istifadə edən insanların çoxunun mövzunun təfsiri haqqında çox şey bilməyə ehtiyacı yoxdur." deyə qeyd edirdi.[14] Lemb həmçinin kvant mexanikasına dair bir çox təfsir tendensiyalarını açıq şəkildə tənqid edirdi.[15]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

1939-cu ildə Lemb Latın Amerikasının tanınmış tarixçisi olan (və onun soyadını daşıyan) ilk həyat yoldaşı, alman tələbəsi Ursula Şeferlə evlənir.[16][17] 1996-cı ildə Ursulanın vəfatından sonra o, fizik Bruria Kaufman ilə evlənsə də, sonradan onlar ayrılırlar. 2008-ci ildə o, Elsi Vattsonla evlənir.

Lemb 2008-ci il mayın 15-də 94 yaşında öd daşı xəstəliyinin ağırlaşması səbəbi ilə vəfat edir.

  1. 1 2 3 4 5 6 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 3 4 Willis Eugene Lamb, Jr. // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 4 Willis E. Lamb Jr. // Solomon Quqqenhaym muzeyi. 1937.
  4. 1 2 Willis E. Lamb, Biographical. nobelprize.org.
  5. 1 2 NNDB (ing.). 2002.
  6. 1 2 Лэмб Уиллис Юджин // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  7. Stiles, Lori. "Willis E. Lamb Jr., 1955 Nobel Laureate in Physics, Dies at 94". The University of Arizona News. May 16, 2008. February 12, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 27, 2012.
  8. Holley, Joe. "Willis E. Lamb Jr., 94; Nobel Prize-Winning Physicist". The Washington Post. May 19, 2008. October 18, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 27, 2012.
  9. "Stanford Report, "Other Nobel connections to the Farm," Oct. 3, 2001". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-05.
  10. "Book of Members, 1780-2010: Chapter L" (PDF). American Academy of Arts and Sciences. 18 June 2006 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22 April 2011.
  11. D. Kaiser, Drawing Theories Apart: The Dispersion of Feynman Diagrams (University of Chicago, Chicago, 2005).
  12. Lamb, Jr, W. E.; Retherford, R. C. "Fine Structure of the Hydrogen Atom by a Microwave Method". Physical Review. 72 (3). 1947: 241–243. Bibcode:1947PhRv...72..241R. doi:10.1103/PhysRev.72.241.
  13. W. E. Lamb, Quantum theory of measurement, Annals of the New York Academy of Sciences 480, 407-416 (1986).
  14. 1 2 W. E. Lamb, Quantum theory of measurement, in Noise and Chaos in Nonlinear Dynamical Systems (Cambridge University, Cambridge, 1990) pp. 1-14.
  15. W. E. Lamb, Super classical quantum mechanics: the best interpretation of nonrelativistic quantum mechanics, Am. J. Phys. 69, 413-421 (2001).
  16. Andreas Daum, Hartmut Lehmann, James Sheehan (eds.), The Second Generation: Émigrés from Nazi Germany as Historians. With a Biobibliographic Guide. New York: Berghahn Books, 2016, ISBN 978-1-78238-985-9, 12, 34, 36, 398‒99.
  17. "Ursula Lamb, UA historian, dies at 82". 2015-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-22. accessed 5 July 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]