Məzmuna keç

Alma-mater

Vikipediya, azad ensiklopediya
Alma mater abidəsi, ABŞ

Alma mater (lat. alma mater, hərfi mənada "südverən, mərhəmətli ana") — teoloji və fəlsəfi təhsil verən təhsil müəssisələrinə, universitetlərə tələbələr tərəfindən verilən qədim qeyri-formal adlandırma. Mənəvi qida verən müəssisə olmaları anlamında işlənirdi.

Orta əsrlər Avropasında "alma mater" həm də "bakirə Məryəm" kimi başa düşülürdü. Müasir leksikada alma mater, haqqında söhbət gedən ��əxsin oxuduğu və ya oxumuş olduğu təhsil müəssisəsi mənasında işlənir.

Alma Mater Studiorum (tərc. "tədqiqatları qidalandıran ana") əsası 1088-ci ildə qoyulmuş, Qərbi Avropanındünyanın fəaliyyətdə olan ilk və ən qədim ali təhsil müəssisəsi sayılan Bolonya Universitetinin şüarı və orijinal adıdır.