Tomas Alva Edison
Tomas Alva Edison | |
---|---|
ing. Thomas Edison | |
Doğum tarixi | 11 fevral 1847[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 18 oktyabr 1931[3][1][…] (84 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | mühəndis, ixtiraçı, riyaziyyatçı, sahibkar, ssenarist, iş adamı, kinorejissor, fizik |
Fəaliyyət illəri | 1877-ci ildən |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tomas Alva Edison (11 fevral 1847[1][2][…], Maylan[d], Ohayo[4] – 18 oktyabr 1931[3][1][…], Vest-Orinc[d], Nyu-Cersi[3][4]) — amerikalı ixtiraçı və sahibkar.
Amerika Birləşmiş Ştatlarında onun adına 1098, xaricdə isə 3 min patent mövcuddur. O teleqrafı, telefonu, kino aparatını təkmilləşdirmiş, elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil etmişdir. O həmçinin elektrovoz istehsalına başlamış, fonoqraf kəşf etmişdir. Onun təklifi ilə telefon danışığının əvvəlində "alo" deyilməyə başlanmışdır.
Həyatı
[redaktə | mənbəni redaktə et]Tomas Edison orta məktəbdə cəmi 3 ay oxumuşdur. İlk 3 aylıq təlimdə ciddi irəliləyiş göstərə bilmədiyinə görə, müəlliməsi Toması "kütbeyin" adlandırmış və bundan sonra o, evdə anası tərəfindən təhsil almalı olmuşdu. Edison yazırdı: "Anam mənə o qədər inandı, o qədər əmin oldu ki, onun ümidlərini qırmamaq üçün nəsə etməli olduğumu anladım".
Tomas Alva Edison 1876-cı ildə Amerika Birləşmiş Ştatlarında tədqiqat xarakterli ilk laboratoriya açmışdır.
Dünyada sənaye və ictimai məqsədlər üçün işlədiləcək ilk elektrik stansiyası məhz Edisonun rəhbərliyi altında 1882-ci ildə qurulmuşdur.
Heç bir insan həyatında Edison qədər patent almamışdır.
85 yaşında axır saatlarında o öz həyat yoldaşına demişdi: "Əgər ölümdən sonra nəsə varsa, bu yaxşıdır. Yox yoxdursa, bu da yaxşıdır. Mən yaşadığım həyatda mümkün qədər yaxşı işlər görməyə çalışdım…"
Şəxsi keyfiyyətləri
[redaktə | mənbəni redaktə et]Edison zəhmətkeşliyi və məqsədyönlülüyü ilə fərqlənirdi. Elektrik lampası üçün daxili xətti material axtararkən o, 6 min materialı sınaqdan keçirmişdir. Lampanın kömür zəncirinin xarakteristikasını tərtib edərkən o 45 saat laboratoriyada fasiləsiz işləmişdi. Ömrünün axır günlərinə qədər o gündə 15–16 saat işləyirdi.[5]
Nikola Tesla, məşhur Amerika ixtiraçısı onun haqqında deyirdi:
Əgər Edison ot tayasında iynə itirsəydi mütləq iynəni tapana qədər samanları tək-tək götürüb kənara qoyacaqdı[6]
Edisonun məşhur deyimləri
[redaktə | mənbəni redaktə et]- Dahi – bir faiz ilham, 99 faiz isə alın təridir.
- narahatlıq — razı qalmamaqdır. Razı qalmamaq isə tərəqqinin birinci şərtidir. Mənə tam razı qalan adam göstərin və mən isbat edim ki, o uğursuz adamdır.
- Sivilizasiyanın birinci vəzifəsi insanı düşünməyi öyrətməkdir.
- Mən vegeterianam və içki içmirəm, ona görə də ağlımı işlətməyin yolunu tapıram.
- Mən məğlubiyyəti sevmirəm.
Tomas Edisonun İxtiraları
[redaktə | mənbəni redaktə et]- Fonoqraf (1877)
- Akkumulyator
- Telefona müasir görkəm vermişdir
- Elektriklə işləyən ilk qatarları o qurmuşdur.
Mənbə
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Thomas A. Edison // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ 1 2 3 4 Цверава Г. К. Эдисон Томас Алва // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1978. Т. 29 : Чаган — Экс-ле-Бен. С. 566–567.
- ↑ 1 2 3 4 https://www.biography.com/people/thomas-edison-9284349.
- ↑ "Tomas Alva Edison". 2022-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-19.
- ↑ "Tomas Alva Edison, Məşhurların psixologiyası, Vladimor Qakov". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-19.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Edison.me.uk [ölü keçid]
- IdeaFinder.com Biografi Arxivləşdirilib 2008-12-20 at the Wayback Machine
- ThomasEdison.com
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- 11 fevralda doğulanlar
- 1847-ci ildə doğulanlar
- Ohayoda doğulanlar
- 18 oktyabrda vəfat edənlər
- 1931-ci ildə vəfat edənlər
- 84 yaşında vəfat edənlər
- Nyu-Cersidə vəfat edənlər
- İsveç Kral Elmlər Akademiyasının üzvləri
- Amerika Fəlsəfə Cəmiyyətinin üzvləri
- SSRİ Elmlər Akademiyasının üzvləri
- Rusiya Elmlər Akademiyasının üzvləri
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- Vikimənbəyə keçidi olan məqalələr
- İxtiraçılar
- Hollandəsilli amerikalılar
- Şəkərli diabetdən ölənlər