İnternet2

Vikipediya, azad ensiklopediya
(Internet2 səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
İnternet2
UCAID
Loqonun şəkli
Yaranma tarixi 1996
Mərkəzi
internet2.edu

İnternet2 (ing. Internet2) — araşdırma və təhsil icmaları, sənaye və hökumət tərəfindən idarə olunan qeyri-kommersiya məqsədli ABŞ kompüter şəbəkəsi konsorsiumudur.[1] İnternet2 konsorsiumunun baş ofisi Miçiqanın Ann-Arbor şəhərində yerləşir. VaşinqtonKaliforniyanın Emerivill şəhərlərində isə ofisləri mövcuddur.[2]

2013-cü ilin noyabr ayından etibarən "İnternet2"-nin 500-dən çox üzvü var.[3] Bunlara 251 ali təhsil müəssisəsi,[4] müxtəlif sektorlardan 9 tərəfdaş ilə 76 sənaye,[5] 100-dən çox tədqiqat və təhsil şəbəkəsi və ya əlaqələndirici təşkilat,[6][7] həmçinin 67 əlavə üzv daxildir.

"İnternet2" layihəsi "Internet2 Network" şəbəkəsini idarə edir. Bu tədqiqat və təhsil üçün şəbəkə xidmətləri təqdim edən fiber-optikdən istifadə edən internet protokolu şəbəkəsidir. Bu layihə həmçinin təhlükəsiz şəbəkə testi və tədqiqat mühiti təmin edir. 2007-ci ilin sonunda "İnternet2" özünün ən yeni dinamik sxem şəbəkəsi olan "Internet2 DCN"-i işə salmışdır. Bu, fiber-optik şəbəkə üzərindən istifadəçi əsaslı məlumat sxemlərinin bölüşdürülməsinə imkan verən qabaqcıl texnologiyadır.

"İnternet2" şəbəkəsi regional şəbəkə və üzvləri vasitəsilə ABŞ-ın 60.000-dən çox təhsil, tədqiqat, hökumət və ictimai mərkəz müəssisələrini birləşdirir. Bu müəssisələr ibtidai və orta məktəblərdən dövlət kollec və universitetlərinə, ictimai kitabxanalar və muzeylərdən səhiyyə təşkilatlarına qədər olan təhsil, tədqiqat, hökumət və ictimaiyyətə xidmət göstərən müəssisələrdən ibarətdir.[8]

"İnternet2" icması internetin gələcəyi üçün şəbəkə texnologiyalarını inkişaf etdirir və tətbiqinə fokuslanır. Bu texnologiyalara genişmiqyaslı şəbəkə performansının ölçülməsi və idarəetmə vasitələri,[9] təhlükəsiz identifikasiya və girişin idarə edilməsi alətləri[10] ilə yüksək ötürmə qabiliyyəti və yüksək performanslı sxemlərin planlaşdırılması kimi imkanlar daxildir.[11]

"İnternet2" üzvləri bir neçə məsləhət şurasında fəaliyyət göstərir,[12] müxtəlif işçi və xüsusi maraq daşıyan qruplarla əməkdaşlıq edir.[13] Üzvlər yaz və payız mövsümlərində görüşür,[14] strateji planlaşdırma prosesində fikir mübadiləsi aparırlar.[15]

İnternet daha da populyarlaşdıqca, universitetlər ötürmə genişliyi məhdudiyyətləri ilə üzləşən ilk qurumlardan biri oldu. Bunun səbəbi akademik tədqiqatçıların bir-biri ilə əməkdaşlıq etmələri və o dövrdə internetin imkanlarını aşmış böyük həcmdə məlumat ötürmələri idi. Bəzi universitetlər data mining, tibbi görüntüləmə və hissəciklər fizikası kimi yüksək performanslı tətbiqləri dəstəkləmək istəyirdilər. Bu, 1995-ci ildə Milli Elm FonduMCI Communications tərəfindən təhsil müəssisələrində superkompüterlər üçün hazırlanmış çox yüksək məhsullu Əsas Şəbəkə Xidmətinin (Backbone Network Service) və ya vBNS-nin yaradılması ilə nəticələndi. NSF müqaviləsinin müddəti başa çatdıqdan sonra vBNS əsasən ABŞ hökumətinə xidmət göstərməyə başladı. Buna görə də, tədqiqat və təhsil icması şəbəkə ehtiyaclarını qarşılamaq üçün İnternet2-ni təsis etdi.

"İnternet2" layihəsi ilk olaraq 1996-cı ildə 34 universitet tədqiqatçısı tərəfindən EDUCOM-un (sonradan EDUCAUSE) himayəsi altında yaradılıb və rəsmi olaraq 1997-ci ildə Qabaqcıl İnternet İnkişafı üzrə Universitet Korporasiyası (University Corporation for Advanced Internet Development) qeyri-kommersiya təşkilatı kimi təşkil edilib. Daha sonra layihənin adı dəyişdirilərək "İnternet2" edilib. "İnternet2" qeydə alınmış əmtəə nişanıdır.[16]

"İnternet2" icması Qwest ilə əməkdaşlıq edərək 1998-ci ildə Abilene adlı ilk "İnternet2 Şəbəkəsi"ni qurdu və National LambdaRail (NLR) layihəsinin əsas investoru idi.[17] 2004–2006-cı illərdə "İnternet2" və NLR mümkün birləşmə ilə bağlı geniş müzakirələr apardılar.[18] Bu danışıqlar 2006-cı ilin yazında dayandırılsa da, 2007-ci ilin martında bərpa edildi. Lakin danışıqlar həll edilməmiş fikir ayrılıqları səbəbiylə 2007-ci ilin payızında[19] yenidən dayandırıldı.

2006-cı ildə "İnternet2" tutumunu 10 Gbit/s-dən 100 Gbit/s-ə qədər artırmağa qərar verdi və bu məqsədlə Level 3 Communications ilə tərəfdaşlıq etdi.[20] Bu əməkdaşlıq çərçivəsində tamamilə yeni milli şəbəkəni fəaliyyətə keçirmək məqsədilə addımlar atıldı. 2007-ci ilin oktyabrında "İnternet2" rəsmi olaraq "Abilene" layihəsinin fəaliyyətini dayandırdı və daha yüksək tutumlu şəbəkəsi üçün "İnternet2" adını qəbul etdi.

"İnternet2" 2010-cu ildə ARRA (Amerikan Bərpa və Yenidən İnvestisiya Aktı) fondundan 62.5 milyon dollar dəyərində qrant aldı.[21] Bu da İnternet2-nin uzunmüddətli fiber-optik xətt üçün IRU qurmağa və öz DWDM optik şəbəkə sistemi ilə şəbəkəni təkmilləşdirməsinə imkan verdi. Daha sonra Ciena elan etdi ki, bu, milli 100G optik şəbəkədir.[22] Yeni optik sistemin təkmilləşdirməsi 2012-ci ilin dekabrında başa çatdı.[23]

  • AARNet (Avstraliyanın Akademik və Tədqiqat Şəbəkəsi)
  • CANARIE (Kanada Tədqiqat, Sənaye və Təhsilin İnkişafı Şəbəkəsi)
  • CERNET (Çin Təhsil və Araşdırma Şəbəkəsi)
  • CLARA (Qabaqcıl Şəbəkələrin Latın Amerikası Əməkdaşlığı)
  • DFN (Alman tədqiqat şəbəkəsi)
  • DREN, ABŞ Müdafiə Departamentinin Tədqiqat və Mühəndislik Şəbəkəsi
  • ESnet (Enerji Elmləri Şəbəkəsi)
  • GÉANT, pan-Avropa tədqiqat şəbəkəsi
  • HEAnet, İrlandiya ali təhsil şəbəkəsi
  • JANET, Britaniya akademik şəbəkəsi
  • Kennisnet, Hollandiya ictimai internet təşkilatı
  • LEARN (Lanka Təhsil və Araşdırma Şəbəkəsi)
  • Merit Network, Miçiqan ştatı Triad Şəbəkəsi
  • NLR (National LambdaRail), ABŞ tədqiqat və təhsil şəbəkəsi
  • NASK, Polşa akademik və tədqiqat şəbəkəsi
  • NORDUnet (Tədqiqat və Təhsil üçün Nordic İnfrastruktur)
  • Renater, Fransız tədqiqat şəbəkəsi
  • SURFnet, Hollandiya tədqiqat şəbəkəsi
  • TERENA, ləğv edilmiş Avropa Milli Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyası
  1. "About Internet2" Arxivləşdirilib 2013-10-06 at the Wayback Machine, Retrieved on 2009–06-26
  2. "Contact Us - Internet2". Internet2. 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-14.
  3. "Internet2 Affiliate Members List"[ölü keçid], Retrieved on 2013–11-14
  4. "Internet2 University Members List" Arxivləşdirilib 2009-01-29 at the Wayback Machine, Retrieved on 2013–11-14
  5. "Internet2 Corporate Members"[ölü keçid], Retrieved on 2013–11-14
  6. "Internet2 members: Research & Education Networks" Arxiv surəti 3 noyabr 2013 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2013-11-03 at the Wayback Machine, Retrieved on 2013–11-14
  7. "Internet2 members: Communities & Groups", Retrieved on 2013–11-14
  8. "Internet2 K20 Connectivity Data" Arxivləşdirilib 2009-11-08 at the Wayback Machine, Retrieved on 2009–06-26
  9. "Internet2 Performance Initiative", Retrieved on 2009–06-26
  10. "Internet2 Security Directory and Related Links", Retrieved on 2009–06-26
  11. "Internet2 Dynamic Circuit Network" Arxiv surəti 24 fevral 2010 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2010-02-24 at the Wayback Machine, Retrieved on 2009–06-26
  12. "Internet2 Advisory Councils" Arxiv surəti 12 mart 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2009-03-12 at the Wayback Machine, Retrieved on 2009–06-26
  13. "Internet2 Working Groups, SIGs, and Advisory Groups" Arxiv surəti 6 fevral 2010 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2010-02-06 at the Wayback Machine, Retrieved on 2009–06-26
  14. "Internet2 Member Meetings" Arxiv surəti 13 avqust 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2009-08-13 at the Wayback Machine, Retrieved on 2009–06-26
  15. "Internet2 Strategic Planning" Arxiv surəti 12 mart 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2009-03-12 at the Wayback Machine, Retrieved on 2009–06-26
  16. "Internet2 - Terms of Use" Arxiv surəti 20 oktyabr 2006 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2006-10-20 at the Wayback Machine, Internet2.
  17. "Optical networking: The next generation - CNET News.com, By Marguerite Reardon (Staff Writer), Published October 11, 2004 4:00 AM PDT
  18. "Internet2, National Lambda Rail, In Merger Talks (July 18, 2005)"
  19. Internate archive of now defunct www.internet2-nlr.org site)
  20. "Speedy Internet2 gets 10x boost - USAToday.com, By Anick Jesdanun (AP Internet Writer), Published October 11, 2007 8:16 AM", Retrieved on 2009-06-26
  21. "University Corporation for Advanced Internet Development | BTOP / SBI Archived Grant Program".
  22. "Internet2: Building America's First National 100G Network - Ciena".
  23. "Internet2 Community's New Owned Optical Infrastructure Fully Deployed | Internet2 Blogs". 2020-08-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-22.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Barnes, Christopher, and Terresa E. Jackson . INTERNET2: The Backbone of the Future. Brooks Air Force Base, Tex.: Air Force Research Laboratory, 2002. http://handle.dtic.mil/100.2/ADA406627[daimi ölü keçid] (9 February 2007).
  • Grush, Mary, "Internet2: Extending Identity and Access Around the Globe with InCommon." CampusTechnology, December 13, 2021
  • Matlis, Jan. "Internet2." Computerworld, 28 August 2006, 30.
  • Moschovitis, Christos, Hilary Poole, Tami Schuyler, and Theresa M. Senft. History of the Internet: A Chronology, 1843 to the Present. Santa Barbara, Cal.: ABC-CLIO, 1999.
  • Van Houweling, Douglas and Ted Hanss, "Internet2: The Promise of Truly Advanced Broadband," in The Broadband Explosion, R. Austin and S. Bradley, Editors, Harvard Business School Press, 2005.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]