40°57′30″ şm. e. 44°24′32″ ş. u.HGYO

Rus Gərgəri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kənd
Gərgər
40°57′30″ şm. e. 44°24′32″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Loru mahalı
Rayon Cəlaloğlu rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.450 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 339 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Gərgər xəritədə
Gərgər
Gərgər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gərgər, Rus Gərgəri, PuşkinoTiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd.[2][3]

Rayon mərkəzindən 16 km məsafədə yerləşir. Kəndin adı erməni mənbələrində Rus Gərgəri (Gərgər rus) formasında qeyd edilir[4]. XIX əsrin əvvəllərində ruslar bura köçürüləndən sonra toponimə rus sözü (etnonim) əlavə edilərək rəsmi sənədlərdə Rus Gərgəri kimi öz əksini tapmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 14.11.1937-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək rus şairi A. S. Puşkinin şərəfinə Puşkino qoyulmuşdur. 1937-ci ildə Puşkino adlandırılmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Bezabdal dağından axan çay da Gərgərçay adlanır. Əsli: Qarqar. Azərbaycan xalqının etnik tarixində mühüm rol oynamış qarqar tayfasının adını əks etdirir. Orta əsr mənbələrində bu toponimlərin hamısı "Qarqar" formasında əksini tapmışdır.[5]

Kənddə ruslarla yanaşı 1897-ci ildə 6 nəfər, 1926-cı ildə 7 nəfər, 1931-ci ildə 16 nəfər azərbaycanlı yaşamışdır[6]. 1940-cı illərdə azərbaycanlılar kənddən köçürülmüşdür. 1988-ci ildən sonra kənddə yaşayan ruslar da ermənilərin təzyiqi nəticəsində sıxışdırılıb çıxarılmışdır. İndi kənddə əsasən ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. Пагирев Д. Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  3. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  4. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.78
  5. Ерицов А. Д. Экономической быт гос. крестьян Борчалинского уезда Тифлисской губернии. "Материалы для изучения экономического быт. гос. крестьян Закавказского края" том. III. Тифлис, 1887.
  6. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.78–79, 148–149