41° şm. e. 44° ş. u.HGYO

Şaqarda

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
kənd
Şaqarda
41° şm. e. 44° ş. u.HGYO
Ölkə  Ermənistan
Region [[Loru mahalı]]
Rayon [[Cəlaloğlu rayonu]]
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4
Xəritəni göstər/gizlə
Şaqarda xəritədə
Şaqarda
Şaqarda

Şaqarda — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonu ərazisində kənd.[1][2]

Azərbaycan dilində s~ş səs əvəzlənməsinin qanunauyğun hal olduğunu nəzərə alıb qeyd edə bilərik ki, Şaqarda toponiminin birinci komponenti şaq, saq etnonimini əks etdirir. Saq etnonimi ilə bağlı ilk məlumata Strabonun "Coğrafiya" əsərində rast gəlinir. Saq etnonimi türk tayfasıdır[3][4][5].

Deməli, toponim saq türk etnonimi ilə türk dilində "dağbeli", "arxa tərəf, yayla, dağ, dağ keçidi"[6], "təpə"[7] mənasında işlənən art sözünün birləşməsindən əmələ gəlib "dağ keçidində, yaylada, dağda sakların yaşadığı yer" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. XIX əsrin ikinci yarısında əhalisi qarışıq kənd idi. Kənd ermənicə Tsarqanist adlandırılmışdır. Əsli Şakartı. Şak (Sak) etnonimindən və qədim türkcə art-"dağlıq ərazi", "aşırım" sözündən ibarətdir.[8]

Burada tarixən azərbaycanlılar yaşamışdır. 1828-ci ildə Türkmənçay müqaviləsi bağlanandan sonra, indiki Ermənistanın başqa bölgələri kimi buraya da Türkiyədən ermənilər köçürülüb yerləşdirilmişdir. Burada ermənilərlə yanaşı 1897-ci ildə 5 nəfər, 1916-cı ildə 21 nəfər, 1922-ci ildə 11 nəfər, 1926-cı ildə 67 nəfər, 1931-ci ildə 24 nəfər azərbaycanlı yaşamışdır[9]. SSRİ hökumətinin xüsusi qərarı ilə azərbaycanlılar 1948–1953-cü illərdə tarixi-etnik torpaqlarından çıxarılaraq zorla Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  3. Kirzıoğlu F. Kars tarihi, I cilt, İstanbul, İşil matbası, 1953. s.73, 91–96
  4. Seyidov M.Ə. Azərbaycan xalqının soykökünü düşünərkən, Bakı, "Yazıçı", 1989. s 24–28
  5. Глинка С.Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, "Элм", 1990. s.82–101
  6. Древнетюркский словарь, Л., "Наука", 1969. s.55
  7. Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.56
  8. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Шагарда // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  9. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.80–81, 150–151