Stepanavan rayonu

Vikipediya, azad ensiklopediya
(Cəlaloğlu rayonu səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Rayon
Stepanavan rayonu
İnzibati mərkəz Cəlaloğlu
Tarixi və coğrafiyası
Yaradılıb 09.09.1930
Ləğv edilib 11 aprel 1995
Sahəsi 635[1] km²
Əhalisi
Əhalisi
  • 17.500 nəf. (1989)
Stepanavan rayonu xəritədə

Stepanavan rayonu[2][3]Ermənistan SSR-də və Ermənistan Respublikasında inzibati-ərazi vahidi.

Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşirdi. Daha sonra Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olmuşdur (1880–1921). Rayon Ermənistan SSR-nın Pəmbək-Loru qəzasınin ləğvi ilə onun bir qismi hesabına 9 sentyabr 1930-cu ildə təşkil edilmişdi.[1] İnzibati mərkəzi Cəlaloğlu şəhəri idi.

7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanununa əsasən ləğv edilən rayonun ərazisi yeni təşkil edilmiş Loru mərzinə qatılmışdır.[4] Təşkil edildiyi 9 sentyabr 1930-cu ildən ləğv edildiyi 7 noyabr 1995-ci il tarixinədək rayon rəsmən Stepanavan rayonu (rus. Степанаванский район, erm. Ստեփանավանի շրջան) adlanırdı.

Stepanavan rayonunun ərazisindən Tona çayı axır. Rayon bir tərəfdən Bazum dağ silsiləsi ilə əhatə olunur.

1 oktyabr 1931-ci il tarixinə rayon 1.365 km² ərazini əhatə edirdi.[5] Bu göstərici ilə o bütün Ermənistan SSR ərazisinin (29.660 km²)[5] 4,60%-ini təşkil edirdi. Rayon 1 oktyabr 1938-ci il tarixinə isə 0.61 min km², 1 yanvar 1941-ci il tarixinə 0.6 min km², 1 yanvar 1948-ci il tarixinə 635[1] km² ərazini əhatə edirdi. 1 yanvar 1948-c il tarixinə rayonda rayon tabeli Stepanavan şəhəri və 20 kənd yerləşirdi.[1]

1 yanvar 1931-ci ildə rayonda mövcud olan 33 kənd sovetliyinə daxil olan 60 yaşayış məntəqəsində 47.012 nəfər əhali yaşayırdı. Onlardan 4.316 nəfəri Stepanavan qəsəbəsində, qalanları isə 59 kənddə məskunlaşmışdı.[5]

1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Gərgər, Nikolayevka, Çubuqlu, Qaraməmməd, Kələkürək və s.

Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixi
Stepanavan Stepanavan 1924-cü il
Qoturbulaq Katnaxpyur 03.01.1935
Qaraməmməd Aleksandrovka
Çubuqlu Pokrovka
Heydərbəy Sverdlov 01.08.1940
Ovandərə Ovanadzor 19.04.1950

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Информационно-Статистический отдел при секретариате президиума верховного совета Армянской ССР. Армянская ССР: Административно-территориальная деление на 1-ое января 1948 года, Издание первое. Армгосиздать, Ереван, 1948, стр. 51
  2. Ермәнистан ССР хәритәси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: ЕлдәҝәзИтабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 96–97.
  3. Степанаван // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: СпутникФронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 34.
  4. Национальное Собрания Республики Армения: Закон Республики Армения "Об административно-территориальном делении Республики Армения". Принят 07.11.1995. Подписан Президентом Республики Армения Л. Тер-Петросяном 04 декабря 1995 года, гор. Ереван С-062–1.-ЗР-18 Arxivləşdirilib.
  5. 1 2 3 Центральный Исполнительный Комитет Союза ССР, Всероссийский центральный исполнительный комитет. Административно-территориальное деление союза ССР (Районы и города СССР). Издательство "Власть Советов" при Президиуме ВЦИК Москва, 1931, страницы 234–237

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]