41°25′ şm. e. 48°26′ ş. u.HGYO

Qusar rayonu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bu məqalə Qusar rayonu haqqındadır. Qusar şəhəri üçün Qusar səhifəsinə baxın.
Rayon
Qusar rayonu

41°25′ şm. e. 48°26′ ş. u.HGYO


Ölkə
Daxildir Quba-Xaçmaz
İnzibati mərkəz Qusar
İcra başçısı Şair Alxasov
Tarixi və coğrafiyası
Yaradılıb 8 avqust 1930
Sahəsi 1 542[1] km²
Hündürlük
1.284 m
Saat qurşağı
Əhalisi
Əhalisi 101 687[2] nəfər (2023)
Rəqəmsal identifikatorlar
ISO kodu AZ-QUS
Telefon kodu +994 23
Poçt indeksi AZ 3800
Avtomobil nömrəsi 38
Rəsmi sayt
Qusar rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Qusar Rayonu

Qusar rayonuAzərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Qusar şəhəridir. Böyük Qafqaz dağlarının ətəyində yerləşir.

Dünyada Ləzgilərin kompakt yaşadığı ən böyük rayon və eyni zamanda Azərbaycanda sayıca üstünlük təşkil etdiyi yeganə rayon.

Ümumi ərazisi 1 542 km²[1]. Əhalinin ümumi sayı 101 687 nəfər[3]. Kəndlərin sayı 92 .

Bakı şəhərindən məsafəsi 180 km-dir.

Rusiya imperiyası ilə mübarizə

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Quba üsyanı (1837)

1837–1839-cu illərdə Qusarın ərazisində[4][5] İmam Qazi Muhamməd XuluqviAbrek Əli Hilivi rəhbərliyi ilə Rus çarına qarşı üsyanlar baş verdi.[6][7]

Qusar bölgəsinin bütün sixilləri bu üsyanda iştirak elədi, ümumilə 12.000 insan var idi.[4][5]

border=none Əsas məqalə: Quba üsyanı (1920)

1920-ci ildə Qusarın ərazisində, Kuzun kəndində imam Mushab-Əli Kuzunvi rəhbərliyiylə Sovet işğalına qarşı yenidən üsyanlar baş verir. Üsyanın yatırılması zamanı bolşeviklər tərəfdən Kuzun kəndi və Qusarın daha bir neçə kənd yandırılmış və 400–500 kəndli qətlə yetirilmişdir.

Alimlərin apardıqları tədqiqatlar, müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar deməyə əsas verir ki, Qusar rayonu qədim yaşayış məskənidir. Qusar rayonu ərazisində yaşayış məskənlərinin e.ə. II minillikdən movcud olması güman edilir. Burada mövcud olan qədim yaşayış məskənlərindən e.ə. I minilliyə aid Mahmudtəpə (Gədəzeyxur), Minsar təpələri, Gavdişan təpələri (Bədirqala), tunc dövrünə aid Qəflə təpələri, orta əsrlərə aid Qızılgül və Ağaxan təpələri (Aşağı Ləgər), Qalaxür təpələri (Həzrə) və s. göstərmək olar.

Hazırkı Qusar rayonunun ərazisi 1840-cı ildə Quba qəzasının tərkibində Xəzər vilayətinə daxil edilmişdir. 1846-cı ildə onun ərazisi Dərbənd quberniyasının tərkibinə, 1860-cı ildə isə Bakı quberniyasına daxil edilir. 1929-cu ildə Quba qəzası ləğv edilərək rayonlara bölünmüş və mərkəzi Hil kəndi olmaqla indiki Qusar rayonu yaradılmışdır. Qusar rayonu 1930-cu ildə təşkil edilmişdir. 1934-cü ildə rayon mərkəzi Qusara köçürülmüşdür və 1938-ci ildən isə bura şəhər statusu verilmişdir.[8] Qusar rayonu 1930-cu ildə təşkil edilmişdir. 1963–1965-ci illərdə ləğv edilmiş Xaçmaz rayonunun bir hissəsi Qusar rayonunun tərkibinə verilmişdir.[9]

Qusar toponiminin mənşəyi haqqında müxtəlif fikirlər mövcuddur.

İndiki "Qusar" toponimi əvəllər "Ksar" (Ксар), daha sonra isə "Ktsar"(КцIар) formasını alır. Oxford dünya toponimlərin qısa lüğətinə görə bu toponim "kişi" mənasındaki ləzgicədəki "kas" sözündən gəlir.[10]

Digər bir mülahizəyə görə isə Qusar sözü qus/quz (qədim türk tayfası) və ar (adam, kişi, ər) hissələrindən formalaşmış və "quzlardan olan kişi" mənasında işlənmişdir.[8]

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Qusar rayonu coğrafi mövqeyinə görə Azərbaycanın "Şimal qapısı" adlandırılır. Azərbaycanın şimal-şərqində yerləşir. Qusar rayonunun ərazisi 1542 km2 -dir. Rayonun ərazisinin tərkibinə 1 şəhər (Qusar), 1 qəsəbə (Samur), 88 kənd daxildir. Qusar rayonu sərhədlərinin uzunluğu 255 km-dir. Bunun 170 km-i quru, 45 km isə su sərhədi (SamurçayQusarçay) təşkil edir. Rayon şimal-qərbdən Rusiya Federasiyası (Dağıstan) (95 km), şimal-şərqdən Xaçmaz rayonu (65 km), cənub-şərqdən isə Quba rayonu (70 km), cənub-qərbdən isə Qəbələ rayonu (25 km) ilə həmsərhəddir. Mərkəzi Qusar şəhəridir. Cənub-qərb hissəsi dağlıq, mərkəzi maili düzənlik, şimal-şərq kənarı Samur-Dəvəçi ovalığıdır. Rayonun cənub-qərb sərhəddi Baş Qafqaz silsiləsinin suayrıcından keçir. Ərazinin hündürlüyü 100 m-dən 4466 m-ə qədərdir. Respublikada olan müasir buzlaqların çox hissəsi Qusar rayonu ərazisindədir. Samur və Qusarçay çayları Qusar rayonu ərazisindən keçir və qar və buzlaq suları ilə qidalanır. Rayonun Xəzər dənizi ilə sərhədi yoxdur. Xəzərə olan məsafəsi 15 km təşkil edir.

Qusar rayonu Böyük Qafqaz dağlarının ətəklərində, Qusar maili düzənliyində yerləşir. Azərbaycanın ən hündür nöqtələri olan Bazardüzü (4466 m) və Şahdağ (4242 m) zirvələri, eləcə də məşhur Şahnabad yaylağı Qusar rayonunun ərazisindədir. Samur-Abşeron kanalı, Qusarçay, Samur çayı, eləcə də Rusiyaya gedən başlıca avtomobil magistralı rayonun ərazisindən keçir.

Rayonun şimal inzibati sərhəddi Samur çayından, şimal-qərb, qərb və cənub-qərb inzibati sərhədləri Böyük Qafqaz silsilələrindən, cənub inzibati sərhədləri isə Qusarçay vadisindən keçir. Şərq tərəfdən inzibati sərdəhlər Qusar maili düzənliyi ilə Şollar düzünün kəsişdiyi əraziyə qədər uzanır.

Azərbaycanda mövcud olan 9 iqlim tipindən 4-nə Qusar rayonu ərazisində rast gəlinir. İqlimi düzənlik və dağətəyi hissədə mülayim isti, yüksək dağlıqda soyuq və rütubətlidir. Orta temperatur yanvarda düzənlikdə 1 °C, yüksək dağlarda −14 °C, iyulda müvafiq olaraq 24 və 2 °C-dir. İllik yağıntıların miqdarı 350–1500 mm-dir.

Təbii ehtiyatlar – gil yataqları, palıd, fıstıq, vələs və s. meşələr

Rayon[11][12]
2010 2015 2016 2017 2018 2019 2020 2021 2022
Əhali 89,3 95,1 96,2 97,2 98,1 99,8 100,4 100,9 101,7
Artım 972 1128 1031 910 784 835 601 378 745
Təbii artım
Doğum 1706 1808 1644 1583 1391 1465 1380 1182 1319
Ölüm 734 680 613 673 607 630 779 804 574
Həmçinin
Evlilik 887 622 655 599 594 525 331 519 509
Boşanma 112 112 121 144 138 156 145 121 136

Bu statistikadan Qusar rayonunda başqa rayonlarla muqayisədə nisbətən az uşaq doğulduğunu görmək olar. Məsələn, 2015-ci ildən 2019-cu ilədək Qusarda cəmi 7 891 uşaq doğulub, amma eyni müddətdə Xaçmazda təqribən 2 dəfə çox (14 558) uşaq, Cəlilabadda isə təxminən 3 dəfə çox (21 726) uşaq doğulub.

Rayonun əsas problemi; uşaqların az doğulması və gənc əhalinin rayondan başqa yerlərə köçməsi, əsasən Bakı və Rusiyanın şəhərlərinə. Bu da Qusar rayonun inkişafı üçün ciddi bir problem yaradır və rayon əhalisinin azalmağına gətirib çıxardır.[13]

Qusar rayonu əhalisinin milli tərkibi
Etnik qrup 1999[14] 2009[15] 2019[16]
Ləzgi 77 278 (94,67%) 81 629 (94,63 %) 86 021 (86,45%)
Azərbaycanlı 5 162 (5,86 %) 4 956 (6,06 %) 13 105 (13,17%)
Rus 189 (0,23 %) 87 (0,10 %) 101 (0,10%)
Türk 82 (0,10 %) 102 (0,12 %) 70 (0,07%)
başqa 63 (0,07 %) 37 (0,01 %) 211 (0,22%)
hamsı 80 816 (100 %) 87 857 (100 %) 99 508 (100,0%)

Rayon ərazisi Ləzgilərin kompakt yaşadığı ərazi olmasına baxmayaraq, son illərdə yeni nəsil arasında Ləzgicə bilənlərin sayı azalıb, bununla bağlı UNESCO Ləzgi dilinin yox olma təhlükəsinin olduğunu bildirib.[17]

Ləzgi uşağların arasında Ləzgi dilini sərbəst danışanların faizi (3–5 yaş arası)
2000 2005 2010 2015 2020
98,72 % 87,26 % 48,25 % 39,22 % 28,79 %

Son 10 ildə (2009–2019) Ləzgicəni öz ana dili hesab edənlər 15% azalıb, eyni zamanda rusca danışanlar 15,2% faiz çoxalıb.

Ana dili və sərbəst danışdığı dil (2009)[18][19][20][21][22][23]
Etnik qrup Ləzgi dili

ana dili saymayan[q 1]

Ləzgi dili

sərbəst danışan[q 2]

Azərbaycan dili

sərbəst danışan[q 3]

Rus dili

sərbəst danışan[q 4]

ləzgi 9.10% 91.70% 96.30% 23.70%
Ana dili və sərbəst danışdığı dil (2019)[18][19][20][21][22][23]
Etnik qrup Ləzgi dili

ana dili saymayan[q 1]

Ləzgi dili

sərbəst danışan[q 2]

Azərbaycan dili

sərbəst danışan[q 3]

Rus dili

sərbəst danışan[q 4]

ləzgi 24.90% 85.20% 96.10% 38.90%

Bələdiyyələr

[redaktə | mənbəni redaktə et]
# Bələdiyyənin adı Bələdiyyəyə daxil olan ərazi Əhalinin sayı
1 Aşağı Ləgər bələdiyyəsi Aşağı Ləgər 1725
2 Avaran bələdiyyəsi Avaran 1341
Xürəl 1061
3 Bala Qusar bələdiyyəsi Bala Qusar 1446
Bədirqala 765
Həsənqala 1200
Köhnə Xudat qazmalar 663
4 Düztahir bələdiyyəsi Düztahir 1635
Gican 1618
5 Əcəxur bələdiyyəsi Böyük Muruq 564
Əcəxur 786
Əcəxuroba 221
6 Əniq bələdiyyəsi Əniq (��nüğ) 2129
7 Gədəzeyxur bələdiyyəsi Gədəzeyxur 2225
8 Gilahoba bələdiyyəsi Gilahoba 504
Haçatala 271
Nəcəfkəndoba 109
9 Gündüzqala bələdiyyəsi Bədişqala 1071
Gündüzqala 976
10 Həzrə bələdiyyəsi Girik 1196
Həzrə(Yargun) 1356
Həzrəoba(Yargunoba) 15
Ləcət 650
11 Hil bələdiyyəsi Hil 5022
12 Xuluq bələdiyyəsi Aşağı Qələnxur 94
Gilah 98
Xuluq 369
Nəcəfkənd 341
13 Xuray bələdiyyəsi Xuray 676
Suvacal 670
Yuxarı Ləgər 533
14 İmamqulukənd bələdiyyəsi Aşağı İmamqulukənd (Maqudoba) 498
İmamqulukənd (Maqudxür) 2798
Mucuqoba 331
Suduroba 308
15 Köhnə Xudat bələdiyyəsi Əvəcük (Əvəcuq) 863
Köhnə Xudat 1766
16 Kuzun bələdiyyəsi Caqar 417
Çətgün 149
Kuzun 847
Laza 318
Zindanmuruq 705
17 Kuzunqışlaq bələdiyyəsi Atlıxan 664
Avaranqışlaq 490
Caqarqışlaq 641
Kuzunqışlaq 1052
Zindanmuruqqışlaq 434
18 Qalacıq bələdiyyəsi Qalacıq 1313
Langi 347
Minaxür 242
Yeni Həyat(Mugrağ) 711
19 Quxuroba bələdiyyəsi Quxuroba 1980
Yasaboba 488
Gicanoba 142
Əniqoba(Ünüğoba) 737
Hiloba 460
Xuluqoba 109
Ləgərqışlaq(Lakar) 536
Çubuqlu 459
20 Qusar bələdiyyəsi Qusar 21 341
Qayakənd 460
21 Mucuq bələdiyyəsi Mucuq 1243
Ukur 611
22 Piral bələdiyyəsi Piral 1944
Cibir 1091
23 Samur bələdiyyəsi Samur 2388
Yeni Tahircal 483
24 Sudur bələdiyyəsi Sudur 568
Əlix 86
Kənarçay(Genervaç) 357
Quxur 52
Arçan 101
Quturğan 757
Yerği kek 75
25 Şirvanlı bələdiyyəsi Kufoba 413
Qaratoba 637
Qullar (Lukar) 303
Salahoba 261
Şirvanlı(Şirvanovka) 1210
Torpaqkörpü 247
Üzdənoba 614
Zuxuloba 121
26 Urva bələdiyyəsi Urva (Vurvar) 2472
Çiləgir 928
Urvaoba (Vurvar oba) 278
27 Yasab bələdiyyəsi Yasab 1838
28 Yuxarı Qələnxur bələdiyyəsi Yuxarı Qələnxur 531
Yuxarı Tahircal 486
Zuxul 372
29 Yuxarı Zeyxur bələdiyyəsi Yuxarı Zeyxur 1020
Cəmi 101 687

İqtisadi xarakteristikası

[redaktə | mənbəni redaktə et]

2009-cu ildən Qusar rayonu ərazisində Şahdağ Qış-Yay Turizm Kompleksinin tikintisinə başlanmışdır. Kompleks bir dəfəyə 5 min nəfər turist qəbul edə biləcək. 2006-cı ildə elan edilən tenderdə Türkiyənin DİA Holdinq şirkəti qalib gəlmişdir.[24]

Tanınmış şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]

Tarixi şəxsiyyətlər

Hərbiçilər

Alimlər

  • Kamil Aydazadə — Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, əməkdar müəllim

Şairlər

İdmançılar

  • Nazim Hüseynov — cüdoçu, qızıl medalla Azərbaycanın ilk Olimpiya çempionu, "Şöhrət" ordeni təltifçisi

Digər

Mədəniyyət və təhsil müəssisələri

[redaktə | mənbəni redaktə et]

Özunə məxsus çalarları və cazibədar məlahətlə daima seçilən Azərbaycan musiqisi özunün dinamik inkşaf sürətinə regionlardada musiqi mədəniyyətinin formalaşıb genişlənməsinə münbit şərait yatarmışdır.

Bu baxımdan Qusarda da yaşam üçün ruhi qida sayılan musiqinin elmi əsaslar üzərində öyrənilməsinin və yerli kadrların hazırlanmasının təməli ötən əsrin 60-cı illərindən qurulmuşdur.

Musiqi insanları yaşamları boyunca daima müşayiət etməkdədir. Bu baxımdan Qusar rayonunda musiqi ocağı yaradılanadək həvəskar musiqiçilər mənəvi xidməti istedad ve bacarıq çərçivəsi daxilində yerinə yetirmiş mədəniyyətin belə vacib qolunu yaşatmışdır.

Qusar şəhərində 7 illik musiqi məktəbi Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 596 nömrəli 3 avqust 1960-cı il tarixli əmrilə yaradılmışdır. Həmin əmrlə Oqtay Məmməd oğlu Allahverdiyev məktəbin ilk direktoru həm də Tar ixtisası üzrə müəllim təyin olunmuşdur. Nazirliyin 03.09.1960-cı il tarixli 714 nömrəli əmri ilə "Fortepiano" ixtisasının tədrisi Boçkova Lidiya İvanovnaya həvalə edilmişdir. Beləliklə əsasında "Tar" və "Fortepiano" ixtisasları üzrə musiqi məktəbi yaradılmışdır. İlk illərdə məktəb ücün indiki Fəxrəddin Musayev küçəsində bir vaxtlar mədəniyyət evi olaraq fəaliyyət göstərmiş bir mərtəbəli, ağac tirlərdən tikilmiş binada iki otaq ayrılmişdır. Sonralar sənət ocagı Heydər Əliyev prospektində indi yaşayış mənzili kimi istifadə edilən və əvəllərin şəhər mehmanxanası olmuş binaya köçürülmüşdür.

Musiqi məktəbinin ilk illərində onun fəaliyyətini xüsusilə xarakterizə edən cəhət yerli kadrların yoxluğu, kənardan gələnlərin isə daimi olmaması ilə səciyyələnirdi. Ona görədə 1967-ci ildən etibarən tədris ocağının rəhbərliyi ilk məzun kadrlarından yararlanmaği qarşiya məqsəd qoydu və Liza Akimova, Abdulkərim Seyidov, Bəxtiyar Babayev, Tanya Sırıseva, Xanlar Vəlimətov və Vidadi Məmmədov "Fortepiano" və "Tar" ixtisasları üzrə bir il müddətinə tədris məşğələlərinə cəlb olundular. Musiqi təhsililə yanaşı orta məktəbidə bitirən şagirdlərin əksəriyyəti qeyri-musiqi istiqaməti üzrə ali ve orta ixtisas məktəblərində oxumağı üstün tuturdular. Bununla yanaşı ömürlərini yalnız musiqiyə bağlayan kadrlar da az olmadı.

Musiqini öyrənməyə meyilli kontingentin artması bu sənət ocağı ücün ayrıca binanın inşasını gündəmə gətirdi. Mədəniyyət nazirliyi və rayon rəhbərliyinin bilavasitə dəstəyi sayəsində layihə tipli musiqi məktəbinin tikilməsi üçün Məhəmməd Əmin Rəsulzadə küçəsində 6300 km² ərazi ayrılaraq iki mərtəbəli binanın bünövrəsi qoyuldu.

Yeni bina və gücləndirilmiş maddi-texniki baza musiqi məktəbində "Qarmon", Nağara, Klarnet, Kamança, Balaban kimi ixtisasları tədris etmək və şagird kontingentini artırmaq üçün şərait yaratdı. Eyni zamanda müəllim kadrlarını ixtisas hazırlıq səviyyəsini də gündəmə gətirmişdir. Buna görədə müəllimlər üçün qiyabi təhsil almaq zərurətə çevrilmişdir. Musiqi məktəbinin müəllimləri və məzunları Sumqayıt, Dərbənd orta ixtisas məktəblərində qiyabi və əyani təhsil alirdılar.

Bakıda müntəzəm olaraq keçirilən musiqi məktəbləri şagirdlərinin Respublika baxışında Qusar musiqi məktəbinin müəllim və şagird heyətidə uğurla çixiş edirdi. Musiqi fənlərilə yanaşı tədris dairəsinin incəsənətin digər ixtisasları (xoreoqrafiya, rəssamlıq) hesabına genişlənməsi sayəsində 1984-cü ilin sentyabrından etibarən bu sənət ocağı "İncəsənət məktəbi" adlanmışdır.

Musiqiyə həvəs göstərən şagirdlərin mövcudluğu, valideynlərin xahiş ərizələri alınaraq Respublika Mədəniyyət Nazirliyinin göstərişi ilə 1988-ci ilin sentyabrında Quxur oba kəndində Qusar İncəsənət məktəbinin filialının axşam şöbəsi açılmışdır.

Sonrakı illərdə məktəbdə tədris olunan fənlərin sayı artmiş, yeni şöbələr yaranmışdır. 1998-ci ildə məktəbdə tədris edilən ixtisasların siyahısına "Skripka" sinfi əlavə edilmiş, 2008-ci ildə isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə "Xanəndəlik" şöbəsi açılmışdır.

Hazırda Qusar rayon uşaq İncəsənət məktəbində 10 ixtisas üzrə 373 nəfər şagird təhsil alır və onlara 95 nəfər orta və ali ixtisas təhsilli müəllim dərs keçir.

Musiqi həyatımızın ayrılmaz və tərkib hissəsi olub, insanların mənəvi ehtiyaclarını ödəməklə özünün tarixi missiyasını yerinə yetirməkdədir. Qusar İncəsənət məktəbidə belə şərəfli yolun yolcusudur.

Maddi-mədəni irsi

[redaktə | mənbəni redaktə et]

Rayon ərazisində bir sıra tarixi abidələr mövcuddur. Rayonun Əniğ kəndində XIII əsrə aid qala divarlarının qalıqları, Həzrə kəndindəki 1460-cı ildə Şirvanşah I Xəlilullahın qoşunları ilə vuruşmada həlak olaraq burada dəfn olunmuş Ərdəbil şeyxi Şeyx Cüneydin qəbri üzərində 1544-cü ildə tikilmiş türbə, XVIII əsrə aid Köhnə Xudat, Xuray, XIX əsrə aid Hil, Gündüzqala və Həsənqala kənd məsçidləri bu günədək mühafizə edilən qədim tarixi abidələrdəndir.

  1. 1 2 Ümumi məlumat. — Azərbaycan Respublikasının inzibati–ərazi vahidləri. — İnzibati kənd rayonları (1. yanvar 2006), səhifə 12. // Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. Məsul katib akademik T. M. Nağıyev. "Azərbaycan" cildi. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2007, 884 səhifə. ISBN 9789952441017
  2. "Arxivlənmiş surət". 2018-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-28.
  3. "Arxivlənmiş surət". 2018-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-28.
  4. 1 2 Сумбатзаде, 1961
  5. 1 2 АСЭ, 1979
  6. "Куба: апрель-май 1918 г. мусульманские погромы в документах — Солмаз Рустамова-Тогиди — Google Книги". 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-28.
  7. "Arxivlənmiş surət". 2020-02-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-28.
  8. 1 2 "Arxivlənmiş surət". 2017-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-15.
  9. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsi: Qusar Rayonu [ölü keçid]
  10. Everett-Heath, John. Gusar(i) // The Concise Dictionary of World Place-Names (6). Oxford University Press. 2020. ISBN 978-0191905636. 2021-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-01.
  11. Sitat səhvi: Yanlış <ref> teqi; автоссылка1 adlı istinad üçün mətn göstərilməyib
  12. Samadov (www.anarsamadov.net), Anar. "Azərbaycanın regionları". Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (az.). 2018-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-01.
  13. Ведомости Верховного Совета СССР. № 50 (982), 1959 г.
  14. "Кусарский район (1999 г.)". 2012-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-28.
  15. "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi:Qusar rayonu". 2020-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-28.
  16. Samadov (www.anarsamadov.net), Anar. "Azərbaycanın regionları". Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (az.). 2018-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-01.
  17. "Arxivlənmiş surət". 2017-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-16.
  18. 1 2 The State Statistical Committee of the Republic of Azerbaijan :Population by ethnic groups (by population census) Arxivləşdirilib 2012-11-30 at the Wayback Machine---İn this and following table — everybody defermined nationality themself. Information on children are obtained from.
  19. 1 2 Population statistics of Eastern Europe (pop-stat.mashke.org) :Ethnic composition of Azerbaijan 2009 Arxivləşdirilib 2012-02-07 at the Wayback Machine
  20. 1 2 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: 1.12. Əhalinin milli tərkibi 1926–2009 (əhalinin siyahıyaalınmalarının məlumatlarına əsasən) + 1.13. Əhalinin ana dili və sərbəst danışdığı dillərə görə bölgüsü (2009-cu il əhalinin siyahıyaalınmasının məlumatlarına əsasən) Arxivləşdirilib 2012-05-12 at the Wayback Machine---Siyahıyaalınmalar zamanı sorğu olunan hər bir şəxs milliyyətini özü müəyyən edir. Uşaqların milliyyəti valideynlərin dediklərinə əsasən yazılır. + Əhalinin sərbəst danışdığı dillər üzrə məlumatlar müvafiq millətlər üzrə 3 və yuxarı yaşlı əhaliyə nisbətən faizlə verilmişdir.
  21. 1 2 Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması, 2009-cu il. XIX cild:Əhalinin milli mənsubiyyətinə, yaşına, ana dili və sərbəst danışdığı digər dillərə görə bölgüsü. — 2011
  22. 1 2 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Statistik Göstəriciləri 2012: Demoqrafik göstəricilər [ölü keçid]
  23. 1 2 United Nations Statistics Division, Demographic Statistics: Population by national and/or ethnic group, sex and urban/rural residence Arxivləşdirilib 2018-11-01 at the Wayback Machine
  24. Qusar Rayon İcra Hakimiyyəti: Xəbərlər: İlham Əliyev Qusarda Şahdağ qış-yay turizm kompleksinin tikintisi ilə tanış olmuşdur Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine---yayınlanma tarixi: 2011–09–23

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]


Sitat səhvi: " q " adlı qrup üçün <ref> teqləri mövcuddur, lakin müvafiq <references group="q"/> teq tapılmadı