Laza (Qusar)
Laza | |
---|---|
![]() | |
41°17′42″ şm. e. 48°06′22″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Rayon | Qusar rayonu |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 1832 |
Mərkəzin hündürlüyü | 1.660 m[1] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
![]() |
Laza və ya Lazar (ləzg. Лацар) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Coğrafiyası və iqlimi
[redaktə | vikimətni redaktə et]
Laza kəndi Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin "Şah yaylaq" dağının ətəyində yerləşir. Laza kəndi Baş Qafqaz sıra dağlarından keçən Böyük Qafqazın cənub-qərbinə və şimal-qərbinə gedən karvan yolu üzərində (Kurve pereval) dəniz səviyyəsindən 1300m yüksəklikdə olan dağ çökəkliyində yerləşir. Kəndin gözəl mənzərə əhatə edir, qayalıqlardan çoxlu şəlalələr axır.
Toponimikası
[redaktə | vikimətni redaktə et]- Laza oyk., sadə.
- Qəbələ rayonunun eyniadlı i.ə.v.-də kənd. Dəmiraparan çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Əsl adı Lazalıdır;
- Qusar r-nunun Zindan-muruq i.ə.v.-də kənd. Qusarçayçayın sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi Dağıstanın Laza kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonimlər gürcülərin etnoqrafik qrupu olan lazların adı ilə bağlıdır.[2]
Əhalisi
[redaktə | vikimətni redaktə et]
Kəndin 130 nəfər əhalisi 26 evdə yaşayır. Kəndin sakinləri ləzgilər, adi dağ həyatı yaşayırlar. Əhali ev təsərrüfatı ilə, quşçuluq, iri və xırda buynuzlu heyvandarlıqla məşğul olurlar. Yayda sürülərini "Şah Yaylaq" və "Şah Nabat" kimi yüksək dağ otlaqlarına sürürlər.
Təhsilin vəziyyəti
[redaktə | vikimətni redaktə et]- 4 illik ibtidai təhsil məktəbi var.
Mədəniyyəti
[redaktə | vikimətni redaktə et]Əhali öz aralarında doğma ləzgi dillərində danışırlar. Ləzgi dili Dağıstan qrupunun qafqaz dillərinə daxildir, və bunun üçün xalqın yüksək mənəvi mədəniyyəti formalaşmışdır. Qonaqlarla sərbəst azərbaycan dilində danışırlar. Orta yaşlı nəslin nümayəndələri (kişilər) müəyyən qədər rus dilində danışa bilirlər. Son zamanlar Şahdağ, Qızıl qaya, Tufan, Bazardüzü və yüksək dağ yaylalarına çıxmaq üçün gələn xarici turistlərin sayı artdığından məktəblilər ingilis dili öyrənir.
İnfrastruktur
[redaktə | vikimətni redaktə et]2013-cü ildə kənd ərazisində Şahdağ milli parkının nəzarət-buraxılış məntəqəsi inşa edilmişdir[3].
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ http://www.google.com/search?hs=uOq&q=%22K-39-097%22&btnG=Поиск&lr=&aq=f&oq=.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Şahdağ milli parkının inzibati bina kompleksinə baxış keçiriləcək. Arxivləşdirilib 2014-03-29 at the Wayback Machine (az.)
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et] Qusar rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |