Siyəzən rayonu
Bu məqalə Siyəzən rayonu haqqındadır. Şəhər üçün Siyəzən səhifəsinə baxın. |
Rayon | |
Siyəzən | |
---|---|
40°59′ şm. e. 49°11′ ş. u.HGYO |
|
Ölkə | |
Daxildir | Quba-Xaçmaz |
İnzibati mərkəz | Siyəzən |
İcra başçısı | Novruz Novruzov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 11 fevral 1940 |
Sahəsi | 738.4[1] km² |
Hündürlük | 183 m |
Əhalisi | |
Əhalisi | 43 604 [2] (2023) nəfər |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-SIY |
Telefon kodu | +994 23 |
Poçt indeksi | AZ 5300 |
Avtomobil nömrəsi | 53 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Siyəzən rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Siyəzən şəhəridir.
Tarixi
[redaktə | mənbəni redaktə et]"Siyəzən" sözünün etimalogiyası dəqiq müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçıların fikrincə bu söz İran qrupu dillərində "qara torpaq" digərlərinə görə isə hələ qədimdən buradan cıxan neftlə əlaqədar "quru su" deməkdir.[3]
Siyəzən rayonu 11 fevral 1940-cı ildə yaradılıb. 1959-cu ildə ləğv edilərək Dəvəçi rayonunun (indiki Şabran) tərkibinə verilmişdir. 1992-ci ildə Siyəzən yenidən ayrı rayon olmuşdur. Dəvəçi rayonundan ayrıldıqdan sonra Siyəzənin qədim kəndləri Ağbaş və Qalaalti sanatoriyasi Şabran rayonuna qalmışdir Rayonun ümumi sahəsi 0,738 min kv. km-dir.
Coğrafi mövqeyi
[redaktə | mənbəni redaktə et]Siyəzən rayonu Azərbaycanın şimalında, Böyük Qafqaz dağları ilə Xəzər sahilində olan Samur-Dəvəçi ovalığında yerləşir. Ovalığın cənub-şərqində yarımsəhra landşaftı, dağətəyi hissələrdə isə boz-çəmən, şabalıdı-qəhvəyi, qismən qara torpaqlar yerləşməklə, meşə-çəmən landşaftı xarakterikdir. Ərazisi əsasən neft və təbii qaz, həmçinin əhəng daşı, çınqıl, gil və s. təbii ehtiyatlarla zəngindir. Siyəzən rayonunun ərazisindən respublika əhəmiyyətli avtomobil və dəmir yolları keçir. Bakı-Quba magistral avtomobil yolunun 40 kilometri, Bakı-Mahaçqala dəmir yolunun isə 47 kilometri rayon ərazisinə düşür. Rayon ərazisində 4 dəmir yolu stansiyası fəaliyyət göstərir. Bunlar Qızıl-Burun, Zarat, Siyəzən, Gil-gilçay dəmir yolu stansiyalarıdır.
İqlimi
[redaktə | mənbəni redaktə et]Rayonda ovalıq və dağətəyi zonalarda yarımsəhra və quru çöl iqlimi, alçaq dağlıq sahələrdə yayı quraq keçən mülayim isti iqlim hakimdir. Havanınorta temperaturu yanvarda 1,5 °C, iyulda 23–25 °C-dir. Yay isti və quraq keçir. Yağıntıların illik miqdarı 200–400 mm arasında dəyişir. Rayon ərazisindən axan Gilgil və Ata çayları Xəzər dənizinə tökülür.
Geoloji quruluşu
[redaktə | mənbəni redaktə et]Rayon ərazisinin geoloji quruluşu Paleogen-Neogen və onun üzərində olan-Üst təbaşir çöküntülərindən ibarətdir.
Çayları və su hövzələri
[redaktə | mənbəni redaktə et]Gilgilçay və Ataçay çayları bu ərazidən axır. Gilgilçay başlanğıcını Gülümdostu dağının (2713 m) yamacından 1980 m yüksəklikdən alır.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Siyəzən rayonunun əhalisi 43,8 min[4] nəfərdir (3mart 2023). Əhalinin orta sıxlığı hər kv. km-ə 58[4] nəfər (1 yanvar, 2020) düşür. Rayonun kənd əhalisi (33,39%) şəhər əhalisinə (65,61%) nisbətən azdır (13–22 aprel, 2009 s.a. əsasən).[4] Ümumi əhalinin isə 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir. Əhali əsasən azərbaycanlılardan ibarətdir, həmçinin rayonda ləzgilər, ruslar, türklər, tatar, ukraynalılar və digər millətlərin nümayəndələri də yaşayır.[4]
Görkəmli şəxsləri
[redaktə | mənbəni redaktə et]- Hacızadə Elşən — iqtisad elmləri doktoru, professor. Beynəlxalq Elmlər Akademiyasının akademiki, Beynəlxalq Nəqliyyat Akademiyasının akademiki, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü.
- Füzuli Hacıyev — Siyəzən və Lerik rayonlarının keçmiş icra başçısı, tarix elmləri namizədi.
- Bəybala Xutkar oğlu Abbasov — tibb elmləri doktoru, professor.
- PRoMete — Pərviz Ramiz oğlu İsaqov (15 iyun 1986, Siyəzən, Azərbaycan), PRoMete ləqəbilə tanınan Azərbaycanlı reper və prodüser.
İqtisadi xarakteristikası
[redaktə | mənbəni redaktə et]Siyəzən rayonunun iqtisadiyyatının əsasını neft və qazçıxarma sənayesi təşkil edir. Rayonun ümumi məhsul buraxılışı 2005-ci ildə 39,3 mln manat olmuşdur. Rayonda pərakəndə əmtəə dövriyyəsi isə 12.7 mln manatdır. Həmçinin rayonda 2005-ci ildə 11,7 mln manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur. Kənd təsərrüfatında isə taxılçılıq, heyvandarlıq və tərəvəzçilik mühüm yer tutur. 2005-ci ildə 21,6 mln manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, onun da çox hissəsi heyvandarlığın (92,7%) payına düşür. Son illər rayonda quşçuluq daha yaxşı inkişaf etmiş sahələrdən hesab olunur. Hazırda rayon ərazisində "Siyəzən-Broyler" ATSC fəaliyyət göstərir.
Maddi-mədəni irsi
[redaktə | mənbəni redaktə et]Dünya əhəmiyyətli abidələr:
- Beşbarmaq paralel müdafiə səddi (IV–VII əsrlər) — Bu istehkam Beşbarmaq dağının ətəklərindən Xəzər dənizinə qədər uzanırdı. Hazırda dövrümüzə qədər səddin bir hissəsi gəlib çatmışdır. Dağın ətəyində daşlardan, düzənlikdə iri çiy kərpicdən sədd bir-birindən 200 m. aralı iki divardan ibarət idi.
- Gilgilçay müdafiə istehkamlar kompleksi (V əsr) — Abidə Siyəzən rayonunun Yenikənd, Kolanı, Eynibulaq, Daşlı Calğan, Qala-altı kəndlərindən keçərək Çıraq qala ilə birləşir.
Ölkə və yerli əhəmiyyətli abidələr:
- Pir Xəlil türbəsi (XVIII əsr) — Gil-Gilçay qəsəbəsində yerləşir. Hazırkı dövrə qədər salamat qalmışdır.
- Qala qalıqları – Dindar qalası (orta əsrlər) — Sədan kəndindən təxminən 3 km qərbdə dağın zirvəsində yerləşir. Bu qalanın bürclərindən birinin yalnız qalıqları qalmışdır.
- Şeyx Heydər türbəsi (XV əsr) — qədim Şıxlar kəndinin qalıqlarından qərbdə kənd qəbiristanlığının içərisindədir. Türbə uçulub dağılmışdır.
- Karvansara qalıqları (XV–XVII əsrlər) — Bakı-Dəvəçi şose yolunun 87 km. sağ tərəfində yerləşir.
- Şəhərgah (orta əsrlər) — Siyəzən şəhərinin şimal hissəsində yerləşir.
- Su ovdanı (1906) — Zarat kəndinin yaxınlığında yerləşir.
- Daş mağara — Dib kəndində yerləşir.
- Dəmiryol vağzalı (1898) — Gil-Gilçay stansiyası.
- Dəmiryol vağzalı (1913) — Zarat stansiyası.
- Su kəməri (1906) — Siyəzən şəhərinin yaxınlığında yerləşir.
- Dəmiryol vağzalı (1913) — Qızılburun stansiyası.
- Su anbarı (1913) — Qızılburun stansiyasının yaxınlığında yerləşir.
Xatirə abidələri:
- Cəfər Cabbarlının heykəli.
- Mikayıl Müşfiqin heykəli.
- "1941–1945" abidə kompleksi.
- "20 Yanvar" abidə kompleksi.
- "Neftçi şəhidlər" abidə kompleksi.
- Heyder Eliyev heykeli
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikasının inzibati–ərazi vahidləri. — Kənd rayonları, səhifə 870–871. // Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. Məsul katib akademik T. M. Nağıyev. "Azərbaycan" cildi. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2007, 884 səhifə. ISBN 9789952441017
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Ümumi məlumat. — Azərbaycan Respublikasının inzibati–ərazi vahidləri. — İnzibati kənd rayonları (01.01.2006), səhifə 12. // Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. Məsul katib akademik T. M. Nağıyev. "Azərbaycan" cildi. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2007, 884 səhifə. ISBN 9789952441017
- ↑ "Arxivlənmiş surət". 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-02.
- ↑ "Siyəzən rayonun tarixi haqqında ümumi məlumat". 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
- ↑ 1 2 3 4 Azərbaycan Dövlət Statistika Komitəsi :Siyəzən rayonu Arxivləşdirilib 2018-12-25 at the Wayback Machine
Siyəzən rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |