Osmanlı sultanlığının ləğvi
Osmanlı sultanlığının ləğvi — Türkiyə Böyük Millət Məclisinin 1 noyabr 1922-ci ildə qəbul etdiyi 308 saylı "Türkiyə Böyük Millət Məclisinin hüquqi hakimiyyət və hökmranlığının müməssili həqiqisi olduğuna dair" adlı qərarı qəbul etməsinə verilən ad. Monarxiyanın və ya səltənətin ləğvi ilə Osmanlı imperiyası rəsmən süqut etmişdir.[1]
Proses
[redaktə | mənbəni redaktə et]Səltənətin ləğv edilməsinə yol açan hadisə İstiqlaliyyət müharibəsinin uğurla nəticələnməsindən sonra toplanması düşünülən konfransa Ankara və İstanbul hökumətlərinin birlikdə dəvət edilmələridir.
1922 17 oktyabr tarixli teleqrafda sərdəzəm Tevfiq paşa sülh konfransında ortaq mövqe nümayiş etdirmək üçün Mustafa Kamala müraciət etmişdir. 20 oktyabr tarixli TBMM rəhbərliyinə ünvanlanmış ikinci teleqrafda Tevfiq paşa Babiali ilə TBMM arasında məqsəd baxımından tam birlik olduğunu, Sevr müqaviləsini ləğv etdirmək və işğalın nəticələrini ortadan qaldırmaq üçün bərabər şəkildə mübarizə aparıldığını bildirərək milli birliyin önəmini vurğulamış, vətən uğruna şəxsi ambisiyalardan əl çəkilməsinin lazım olduğunu bildirmişdir.[2]
28 oktyabrda İsveçrənin Lozanna şəhərində keçiriləcək olan konfransa İstanbul və Ankara hökumətləri rəsmən dəvət edilmişdir. Bundan iki gün sonra toplanan TBMM İstanbul hökumətinin ləğvinə dair 82 imzalı qərarı müzakirə etmiş, lakin bir nəticəyə gələ bilməmişdir. 1 noyabrda Mustafa Kamalın müdaxilə etməsindən sonra səltənətin ləğvi barədə qərar qəbul edilmişdir. Eyni gündə alınan bir başqa qərarlarla 1 və 2 noyabr günləri milli bayram elan edilmişdir.
Mustafa Kamalın yazdıqlarına görə millət vəkillərinin bir çoxu səltənətin ləğvinə qarşı çıxmışdılar. Nazirlər kabinetinin rəhbəri Rauf Orbay əvvəldə buna qarşı çıxmış, lakin 20 oktyabrda Mustafa Kamalla görüşdükdən sonra fikrini dəyişdirmişdir. Buna qarşılıq, liberal fikirləri ilə tanınan Mersin nümayəndəsi Səlahəddin Köseoğlu sonuna qədər müxalif qalmışdır. Səsvermə zamanı səs-küylə açıq səsvermə və sayım istəyən millət vəkillərinə baxmayaraq sayım aparılmamış və qərarın səs birliyi ilə alındığı elan edilmişdir.[3] Həm Rauf Orbay, həm də Səlahəddin Köşeoğlu sonradan qələmə aldıqları xatirələrində respublika quruluşuna prinsip baxımından qarşı olmadıqlarını, sadəcə səltənəti şəxsi diktatorluq cəhdlərinə qarşı maneə olaraq gördükləri üçün ləğvinə qarşı olduqlarını yazmışdır.
Xəyanət-i Vətəniyyə qanununda 15 aprel 1923-cü ildə edilmiş olan dəyişikliklə səltənətin ləğvinə dair olan qərarnaməyə qarşı sözlə və ya mətbu orqanlar vasitəsilə müxalif olmaq vətən xainliyi hesab edilmiş və edamla cəzalandırılmışdır.
Qərarın elanından sonra sərdəzəm Tevfiq paşa rəhbərliyində 4 noyabr günü son iclasını edən Osmanlı hökuməti istefasını sultana təqdim etmişdir. 5 noyabrda Ankara hökumətinin İstanbuldakı nümayəndəsi Refet Bele paşa bütün nazirlik nümayəndələrini Divanyoluna toplayaraq hər cür fəaliyyətlərinə son vermələrini tələb etmişdir. 7 noyabrda Babialidəki nazirlik dairəsi rəsmən boşaldılmış və Osmanlı dövlətinin rəsmi qəzeti olan Təqvim-i Vəkayinin nəşrinə son verilmişdir.[4][5]
Nəticə
[redaktə | mənbəni redaktə et]Hüquqi baxımdan Xəlifə ünvanını qoruyan VI Mehmed Vəhdəddin 10 noyabrda son cümə xütbəsinə qatılmış, ancaq azadlığına və həyatına təhlükə olduğunu səbəb göstərərək, 17 noyabrda Boğaziçində olan ingilis zirehli gəmisi ilə Maltaya getmişdi. Bundan sonra 19 noyabrda TBMM vəliəhd Abdülməcid əfəndini Xəlifə elan etmişdir.
Fikirlər
[redaktə | mənbəni redaktə et]Mustafa Kamal monarxiyanın ləğvi müzakirələrində bunları demişdir:
Hakimiyyət və səltənət heç kimsə tərəfindən heç kimsəyə, elmə görədir ki, müzakirə ilə, münəqişə elə verilə bilməz. Hakimiyyət, səltənət qüvvət və zorla alınır. Osman oğulları zor gücü ilə Türk millətinin hakimiyyət və səltənətinə gəlmişlərdi. Bu hakimiyyətlərini 6 əsrdən bəri davam etdirmişlərdir. İndi də, Türk milləti bu təcavüzkarların hədlərini onlara xatırladaraq, hakimiyyət və səltənətini üsyan edərək öz əlinə almışdır. Bu məcburi bir şeydir. Sözü gedən millətə səltənətini, hakimiyyətini buraxacayıq, yoxsa buraxmayacayıq mı məsələsi deyildir. Məsələ zatən məcburi olmuş bir həqiqəti ifadədən ibarətdir. Bu kəsinliklə olacaqdır. Burada toplanan məclis və hər kəs məsələni təbii görərsə, fikrimcə uyğun olar. Əksi təqdirdə, yenə həqiqət üsuli idarəsində ifadə olunacaqdır. Fəqət, ehtimal bəzi başlar kəsiləcəkdir.[6] |
Mustafa Kamal Nutukun bu hadisədən bəhs edən bölümündə səltənətin qaldırılmasının ümumi və fikri səbəblərinə toxunmayıb, lakin bəzi sərt ifadələrlə sultan və sədrəzəmin uzaqlaşdırılmasını haqlı göstərir.
Bütün mənfətlərini iyrənc bir taxtın, çürümüş, çökmüş ayaqlarına sarılmaqda görən...İdrakdan məhrum, vicdandan məhrum, bir qrup insanlar...Axmaqca təkliflər...Səfil...Adi bir məxluq...Alçak...Aciz, adi, hiss və idrakdan məhrum...Padşah və Xəlifə olan Vəhdəttin soysuzlaşmış, özünü və yalnız taxtını qoruya biləcəyini arzuladığı alçaqca önləmlər araşdırmaqda... |
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "ENERGY AND POPULATION IN EUROPE The Medieval Growth (10th-14th Centuries)" (PDF). 2019-11-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-04-12.
- ↑ Son Sadrazamlar. İstanbul: Muteverrih yayınları. 2010. (#first_missing_last)
- ↑ "TBMM Hükümeti dönemi" (PDF) (Türkcə). 1920. 2022-03-03 tarixində arxivləşdirilib (PDF).
- ↑ D. Mehmet Doğan. Türkiye Cumhuriyeti Tarihine Giriş. İstanbul: Yazar Yayınları. 2013. səh. 184.
- ↑ Gözler, Kemal. "1921 Teşkilât-ı Esasîye Kanunu". http://www.anayasa.gen.tr/. Bursa, Ekin Kitabevi Yayınları, 2000 say 44-55'ten alınmıştır. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-12.
- ↑ "Atatürk Diyor Ki!" (Türkcə). TBMM. Archived from the original on 2017-07-26.