Maraşlı Xəlil Paşa
Maraşlı Xəlil Paşa | |
---|---|
ماراش العريس خليل باشا | |
17 noyabr 1616 – 18 yanvar 1619 | |
Əvvəlki | Öküz Mehmed Paşa |
Sonrakı | Öküz Mehmed Paşa |
1 dekabr 1626 – 6 aprel 1628 | |
Əvvəlki | Hafiz Əhməd Paşa |
Sonrakı | Qazi Əkrəm Hüsrəv Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1570 |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
Rütbəsi | Admiral |
Maraşlı Xəlil Paşa (1570, Qəhrəmanmaraş – 1629, Konstantinopol) — I Əhməd, I Mustafa, II Osman və IV Murad səltənətlərində 2 dəfə — ümumilikdə 3 il 7 ay 7 gün müddətində sədrəzəm olmuş Osmanlı dövlət adamı.
İlk illəri
[redaktə | mənbəni redaktə et]Qəhrəmanmaraşın Süleymanlı qəsəbəsində yaşayan erməni əsilli bir ailədə dünyaya gəlmişdir.[1][2] Böyük qardaşı III Muradın yavəri Bəylərbəyi Mehmed Paşa idi. Əndərunda təhsil almış, əvvəlcə şahinçibaşı, daha sonra isə çarkaçıbaşı olaraq sarayda xidmət göstərdi.
1607-ci ilin iyul ayında Maryol Hüseyn Paşanın yerinə yeniçəri ağası seçildi və saraydan ayrıldı. Bu vəzifədə ikən Cəlali üsyanlarının yatırılmasında Quyucu Murad Paşaya dəstək vermişdir. Həmin illərdə kaptan-ı dərya olan Hafiz Əhməd Paşa ilə aralarında olan münaqişə səbəbilə Quyucu Murad Paşa bu vəzifədə özünə sadiq bir dövlət adamı axtarırdı. Nəhayət 6 fevral 1609 tarixində Xəlil Paşa Əlcəzair bəylərbəyliyi və kaptan-ı dərya seçildi.[2]
Kaptan-ı dərya olduğu ilk ildə müsəlman gəmilərinə hücum edən maltalı və florensiyalı dəniz quldurlarına qarşı mübarizə apardı. Avropalıların "qırmızı kalyon", türklərin isə "qara cəhənnəm" olaraq adlandırdığı maltalı dəniz qulduru dəstəsinə qarşı başlatdığı 2 günlük dəniz döyüşündə qalib gəldi və 500 əsir, 2000 tüfəng, 160 top ələ keçirdi. Hətta Əlcəzairli dənizçi olan Cəfər ağa İspaniyanın Siciliya hakiminin oğlunu əsir aldı və bu uşaq daha sonralar Əndəruna gətirilərək dəvşirildi.[2] Qazandığı bu müvəffəqiyyyətlərə görə Xəlil Paşaya vəzirlik rütbəsi verildi. Daha sonra 1610 və 1611 tarixlərində Aralıq dənizinə səfərə çıxdı və nəticədə 50-dən çox düşmən gəmisini ələ keçirdi.
Ancaq Xəlil Paşanın hamisi olan Quyucu Murad Paşa 1611-ci ildə vəfat etdi və yerinə Nasuh Paşa sədarətə gətirildi. Bu əsnada müvəffəqiyyətlə fəaliyyət göstərən Öküz Mehmed Paşa paytaxta çağırıldı və I Əhmədin uşaq yaşlarındakı qızı Gövhər Sultanla evləndirilərək saraya kürəkən olaraq alındı. Sədrəzəm Nasuh Paşa isə özünə rəqib saydığı Öküz Mehmed Paşanı paytaxtdan uzaqlaşdırmaq məqsədilə 1612-ci ildə kaptan-ı dərya təyin etdi və Xəlil Paşa vəzirlik rütbəsilə fəaliyyətinə davam etdi.[2]
Ancaq bu çox çəkmədi. 1613-cü ildə Öküz Mehmed Paşanın yerinə ikinci dəfə kaptan-ı dərya seçildi. 1614-cü ilin may ayında 45 parçalıq donanma ilə səfərə çıxdı. Malta adasına əsgər çıxardıb, bir neçə dəfə qala hücumları etdi. Burdan sonra Trablusqərbə keçib mərkəzi hakimiyyətə tabe olmayan Səfər Dayini ələ keçirdib edam etdirdi və İstanbula geri döndü.[2]
İlk sədarəti
[redaktə | mənbəni redaktə et]1617-ci ildə Xəlil Paşa ilk dəfə sədarətə gətirildi. Bu əsnada davam edən Səfəvilərlə müharibə cəbhəsinə sərdar-ı əkrəm olaraq yollandı və onun yerinə paytaxtda sədarət naibi olaraq Sofu Mehmed Paşa seçildi.
Bu əsnada İstanbulda çox önəmli hadisələr baş versə də, sədrəzəm olaraq Xəlil Paşa bütün bu hadisələrin heç birinə təsir göstərə bilmədi. I Əhməd anidən xəstələnib, 22 noyabr 1617 tarixində vəfat etdi. Sofu Mehmed Paşa, Kösəm Sultan və digər dövlət adamlarının dəstəyilə dövlət qanunu dəyişdirildi və taxt sultanın oğluna yox, qardaşı I Mustafaya qaldı. I Mustafa 3 aylıq qısa səltənətinin ardından devrildi və 26 fevral 1618 tarixində I Əhmədin 15 yaşındakı oğlu II Osman taxta çıxdı. Həmin ilin iyul ayında sədarət naibi olan Sofu Mehmed Paşa vəzifədən alındı və yerinə Öküz Mehmed Paşa gətirildi.
1618-ci ildə sədrəzəm və sərdar-ı əkrəm olan Xəlil Paşa Şah Abbasın tərk etdiyi Təbriz şəhərini ələ keçirdi və Ərdəbilə doğru irəlilədi. Ancaq Pul-i Şikəstə bölgəsində Səfəvilərin tərtib etdiyi tələyə düşən Osmanlı ordusu böyük itkilər verdi və Xəlil Paşa Səfəvilərlə Sərab sülhü bağlamağa məcbur oldu. Bütün bu hadisələrin nəticəsində II Osman 18 yanvar 1619 tarixində Xəlil Paşanı vəzifəsindən azad etdi və İstanbula çağırıldı.[2] İstanbula gəldikdən sonra bir müddət Üsküdardakı Əziz Mahmud Hüdayinin dərgahına çəkildi.
1620-ci ildə Xəlil Paşa üçüncü dəfə kaptan-ı dərya seçildi. Bu əsnada II Osmanın qarmaşıq səltənəti və öldürülməsi nəticəsində I Mustafa yenidən taxta çıxdı. I Mustafanın anası Həlimə Sultan Xəlil Paşaya 3 dəfə sədarət təklif etsə də, Xəlil Paşa bu qarmaşıq dövrdə sədrəzəm olmağı qəbul etmədi və həmin ilin sonlarına doğru kaptan-ı dəryalıqdan yenidən alındı. 6 ay sonra 1621-ci ildə dördüncü dəfə kaptan-ı dərya oldu. 1623-cü ildə bu vəzifədən azad edilərək Malkaraya sürgün edildi və yerinə Topal Rəcəb Paşa kaptan-ı dərya seçildi.
İkinci sədarəti
[redaktə | mənbəni redaktə et]8 fevral 1626 tarixində yeni bir sədrəzəm seçilməsi məqsədilə sədarət naibi Topal Rəcəb Paşanın köşkündə məşvərət məclisi çağırıldı. Məclisin sonunda Hafiz Əhməd Paşanın sədarətdən alınması, yerinə Xəlil Paşanın seçilməsi qərarı qəbul edildi və bu təklif IV Murada təqdim olundu. Sultanın qərarı qəbul etməsilə Xəlil Paşa ikinci dəfə sədarətə gətirildi.
Xəlil Paşa qışın soyuq keçməsinə baxmayaraq böyük bir ordu topladı və Üsküdara gedərək Səfəvilər üzərinə səfərə hazırlaşdı. Yolda olarkən Ərzurum hakimi Abaza Mehmed Paşanın üsyan etməsi xəbərini aldı. Bu səbəbdən ilk öncə Ərzuruma gedən Xəlil Paşa şəhəri mühasirəyə aldı. 70 günlük mühasirənin sonunda qələbə qazanılmadı və qışın gəlişi ilə Osmanlı ordusu Tokatdakı ordugaha çəkildi. Bu səbəbdən IV Murad dövlət işlərindəki ilk fəaliyyəti olaraq 6 aprel 1628 tarixində Xəlil Paşanı sədarətdən azad etdi.[2]
Bundan sonra Xəlil Paşaya aylıq maaş bağlandı və İstanbulda yaşamağa icazə verildi. 1629-cu ildə vəfat edən Xəlil Paşa Əziz Mahmud Hüdayi dərgahı yaxınlığındakı türbəsinə dəfn olundu.
Həmçinin baxın
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Bu nedenle Maraşlı Halil Paşa olarak da isimlendirilmektedir. Ama 1931–36 edissonu Birinci İslam Ansiklopedisi tarafından "Kayserili Hali Paşa" olarak anılmaktadır. Houtsma, M. Th (1993). "First encyclopaedia of Islam: 1913–1936" (İngilizce). BRİLL. ss. 185. ISBN 9004097961.
- ↑ 1 2 3 4 5 6 7 Uzunçarşılı, İsmail Hakkı, (1954) Osmanlı Tarihi III. Cilt, 2. Kısım , XVI. Yüzyıl Ortalarından XVII. Yüzyıl Sonuna kadar), Ankara: Türk Tarih Kurumu (Altıncı Baskı 2011 ISBN 978-975-16-0010)