Baş vəzir
Baş vəzir, sədrəzəm və ya vəziri-əzəm (osman. صدر اعظم, وزیر اعظم) — İslam dünyasında əsasən erkən və orta əsrlərdə hökumət başçısının daşımış olduğu tarixi titul.
Osmanlıda
[redaktə | mənbəni redaktə et]Osmanlı dövlətində sultanın adından dövlət işlərini idarə edən ən yüksək dərəcəli şəxsə verilən siyasi rütbədir. Bugünkü baş nazir vəzifəsi ilə eynidir.
Osmanlı dövlətinin quruluş dönəmində sadəcə vəzir ünvanı işlədilmişdir. Orxan Qazi səltənətində 4 vəzir elmiyyə sinfindən seçilmişdir. I Murad səltənətində Çandarlılar qazılıqdan vəzirliyə yüksəlmiş, eyni dönəmdə vəzirlərin sayı artdığından əvvəlcə I vəzir, II vəzir ifadələri, daha sonra vəzir-i əzəm və nəhayət Bab-ı Əlinin qurulması ilə sədrəzəm ünvanı işlədilmişdir. 15. əsrin sonlarına qədər vəzir sayı üçü keçməmişdir. Vəzirlər Divan-ı Hümayun məclisi üçün Topqapı Sarayının Qübbəaltı adlanan hissəsində yığışdıqları üçün adətən onlar qübbə vəziri və ya qübbəaltı vəziri adlanırdılar.
Sədrəzəm hökmdarın mütləq vəkili olduğu üçün həmişə sultanın tuğralı möhürünü gəzdirirdi. Buna görə də sədrəzəmin sözü və yazısı padşahın fərmanı deməkdir. Belə ki, Fateh Qanunnaməsində sədrəzəmin dövlətdəki yeri belə ifadə edilmişdir.
"Bilgil ki vüzerâ (vəzirlər) və ümerânın (əmirlər) vezîr-i âzam; başıdır, cümlenin ulusudur, cümle umûrun vekîl-i mutlâkıdır ve mâlımun vekîl-i defterdârıdır ve ol vezîr-i âzam nâzırıdır ve oturmada ve durmada ve mertebede vezîr-i âzam cümleden mukaddemdir (öncə gəlir)."
Güclü hökmdarlar tərəfindən təyin edilən sədrəzəmlər dövlətə böyük işlər görmüşdür. Ancaq 16. əsrin sonlarından etibarən dövlətin Duraklama (Dayanma) dönəminə girməsi ilə bu işləri sədrəzəmlər yox, Validə Sultanlar, saray işçiləri və ya özbaşına olan yeniçərilər görürdülər. Buna baxmayaraq bu dönəmlərdə də sədarətə Körpülü Mehmed Paşa, Sokullu Mehmed Paşa, Quyucu Murad Paşa, Tarhuncu Əhməd Paşa və digər görkəmli şəxsiyyətlər gətirilmişdir.
Statistika
[redaktə | mənbəni redaktə et]- Osmanlı tarixinin Quruluş dönəmində 11, Yüksəliş dönəmində 24, Durğunluq d��nəmində 54, Geriləmə dönəmində 54 və Dağılma dönəmində 74 olmaqla ümumilikdə 217 sədrəzəmi olmuşdur
- Osmanlı imperiyasının 623 illik hakimiyyətində 36 padşah dəyişmiş, bəziləri bir neçə dəfə taxta çıdığı üçün ümumilikdə 39 padşah dəyişikliyi və 292 sədrəzəm dəyişikliyi olmuşdur.
- Ən uzun müddət sədrəzəmlik edən 1364–1387 tarixləri arasında təxminən 22 il sədarətdə qalan Çandarlı Xəlil Paşa olmuşdur.
- Ən qısa müddət sədrəzəmlik edən 5 mart 1656 tarixində təxminən 4 saat sədarətdə qalan Zurnazən Mustafa Paşa olmuşdur.
- Ən çox sədarətə gətirilən paşa 8 dəfə sədrəzəm seçilən Mehmed Səid Paşadır.
- Ən çox sədrəzəm dəyişən sultan 18 sədrəzəmlə IV Mehmeddir.
- Ən az sədrəzəm dəyişən sultan 1 sədrəzəmlə I Bəyaziddir.