Cavad bəy Şıxlinski
Cavad bəy Şıxlinski | |
---|---|
Cavad bəy Məmməd ağa oğlu Şıxlinski | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 yanvar 1874 |
Doğum yeri | |
Vəfat tarixi | 1959 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
Rusiya imperiyası AXC İran |
Qoşun növü | artilleriya[d] |
Rütbəsi | general-mayor |
Döyüşlər |
Birinci Dünya Müharibəsi Gəncə Üsyanı |
Təltifləri |
Cavad bəy Şıxlinski (mühacirətdə: Cavad Şıxlı, Cavad Şeyxli (fars. جواد شیخلی); 3 yanvar 1874, Aşağı Salahlı, Qazax qəzası – 1959, Tehran) — Çar ordusunun zabiti, Azərbaycan Cümhuriyyəti Ordusunun general-mayoru, Qacar ordusunda Ərdəbil qarnizonunun komandiri.
Birinci Dünya müharibəsində iştirak edib. "Müqəddəs Anna", "Müqəddəs Stanislav", "Müqəddəs Vladimir" ordenlərinin müxtəlif dərəcələri ilə təltif olunub.
Azərbaycan Cümhuriyyəti dövründə Qafqaz İslam Ordusunun tərkibində döyüşlərdə iştirak edib, Birinci piyada diviziyasının komandiri olub. Zəngəzur ekspedisiyasına rəhbərlik edib, Gəncə üsyanının təşkilatçılarından biri olub.
Həyatı və döyüş yolu
[redaktə | vikimətni redaktə et]Çar Rusiyasında
[redaktə | vikimətni redaktə et]Şıxlinski Cavad bəy Məmməd ağa oğlu 1874-cü il yanvarın 3-də Qazax qəzasının Aşağı Salahlı kəndində anadan olub.[1][2] Tiflis Kadet Korpusundakı təhsilini bitirdikdən sonra 1892-ci il avqustun 28-də Sankt-Peterburqda yerləşən Konstantinovsk Artilleriya Məktəbinə daxil olub.[3] Buranı birinci dərəcə ilə bitirdikdən sonra 1894-cü il avqustun 8-də 39-cu artilleriya briqadasında tədris işləri üzrə müəllim vəzifəsinə təyin olunub.[2] 1895-ci il avqustun 18-də briqadaya at seçmək üçün Qazax qəzasına göndərilib. 1897-ci ilin noyabr ayından 3-cü batareyanın baş zabiti olub. Qars və Aleksandropolda xidmət edib.[2] 1898-ci il iyulun 1-də poruçik, 1901-ci il avqustun 19-da ştabs-kapitan, 1909-cu il yanvarın 1-də isə kapitan rütbəsinə yüksəlib.[4] 1904-cü il martın 28-də Qarsda yerləşən 5-ci batareyanın komandiri təyin olunub. Nümunəvi xidmətlərinə görə 1908-ci il martın 16-da III dərəcəli "Müqəddəs Anna" ordeni,[5] 1911-ci il martında II dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif olunub.[2] 1912-ci ildə kapitan rütbəsində 39-cu artilleriya briqadasının 1-ci rotasının komandiri olub.[6][7] 1913-cü il fevralın 21-də Romanovlar sülaləsinin 300 illiyi münasibətilə xatirə medalı və podpolkovnik rütbəsi alıb. 1913-cü ildə 23-cü iri çaplı artilleriya diviziyonunun komandiri təyin olunub. Birinci Dünya müharibəsində iştirak edib.[8][9] Bu dövrdə iki dəfə Ali Baş komandanlığın mükafatı ilə təltif olunub.[10][11] 1914-cü il fevralın 15-də II dərəcəli "Müqəddəs Anna", 1915-ci il yanvarın 31-də IV dərəcəli "Müqəddəs Vladimir", 1915-ci il sentyabrın 29-da IV dərəcəli "Müqəddəs Vladimir" (qılınc və bantla birgə) ordenləri ilə təltif olunub.[5] 1916-cı il fevralın 10-da isə 45-ci artilleriya briqasında dördüncü batareyanın komandiri təyin olunub. 1916-cı il oktyabrın 21-də II dərəcəli "Müqəddəs Anna" (qılıncla birgə), 1916-cı il dekabrın 2-də II dərəcəli "Müqəddəs Stanislav" (qılıncla birgə) ordeni ilə təltif olunub.[5] 1917-ci ildə 45-ci artilleriya briqadasının 1-ci divizionuna komandir təyin olunub. 1917-ci il aprelin 22-də polkovnik rütbəsi alıb.[12] 1917-ci il oktyabrın 3-də III dərəcəli "Müqəddəs Vladimir" ordenləri ilə təltif olunub.[13][8]
Azərbaycan Cümhuriyyətində
[redaktə | vikimətni redaktə et]1918-ci ilin yayında Azərbaycana gəlib. Əlahiddə Azərbaycan Korpusunda 2-ci piyada alayının komandiri təyin olunub.[14] Qafqaz İslam Ordusunun tərkibində döyüşlərdə iştirak edib.[9] 1918-ci il sentyabrın 3-də döyüşlərdə göstərdiyi şücaətə görə Nuru paşa tərəfindən medalla təltif olunub.[15][16] O, Nuru Paşanın əmri ilə 19 sentyabr 1918-ci ildə Gəncə şəhərinin komendantı təyin olunmuşdur. Hərbi nazirin 31 dekabr 1918-ci il tarixli 39 №-li əmri ilə "polkovnik" hərbi rütbəsində 27 dekabr 1918-ci il tarixdən Artilleriya idarəsi rəisinin artilleriya qoşunlarının təftişi üzrə müavini vəzifəsinə təyin olunub.[17] 1919-cu ilin fevralın 17-də hərbi nazirin əmri ilə Gəncə qarnizonunun rəisi vəzifəsinə təyin olunub.[18] 1919-cu il fevralın 22-də Birinci piyada diviziyasının komandiri təyin təyin olunub.[3][17] Diviziyanın formalaşmasında və möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Nazirlər Şurasının 1919-cu il 25 iyun tarixli qərarı ilə Cavad bəy Şıxlinskiyə general-mayor rütbəsi verilib.[17][19] 1919-cu il iyunun 27-də hərbi nazirin verdiyi əmrlə iyulun 1-dən Gəncə şəhər qarnizonunun komandiri təyin olunub.[20]
Cavad bəy 1919-cu ildə Azərbaycan Cümhuriyyəti hökumətinin qərarı ilə daşnakların Zəngəzur mahalında həyata keçirdiyi müsəlman qətliamlarının qarşısını almaq üçün yaradılmış Zəngəzur ekspedisiyasına komandir təyin olunur.[21][22] Zəngəzur ekspedisiyası iki kolondan ibarət idi. Birinci kolona general-mayor Davud bəy Yadigarov, ikinci kolona isə polkovnik Vladimir Levestam başçılıq edirdi.[23] Cavad bəy burada Qarabağla, Zəngəzuru birləşdirən yolları ələ keçirmək niyyəti ilə hərəkətə başlayır. Müxtəlif istiqamətlərdən irəliləyən həm birinci kolon, həm də ikinci kolon Dığ yaşayış məntəqəsinə doğru irəliləyirlər. Daha sonra isə ekspedisiyaya Sultan bəy Sultanovun partizan dəstələri də qoşulur.[24] Döyüşlərdən sonra noyabrın 23-də Azərbaycan–Ermənistan sazişi imzalanıb.[25]
1920-ci il aprelin 10-da Gəncə bölgəsində müdafiənin gücləndirilməsi üçün müdafiə naziri Səməd bəy Mehmandarovun əmri ilə Birinci piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinski Gəncə möhkəmləndirilmiş rayonunun rəisi təyin olunub.[17][26][27]
Gəncə üsyanı
[redaktə | vikimətni redaktə et]Aprel işğalından sonra may ayında Cavd bəy Şıxlinski, Cahangir bəy Kazımbəyli və Gəncə komendantı Məhəmməd Mirzə Qacar tutduqları vəzifələrindən azad olunurlar.[28] Azərbaycanın bolşeviklər tərəfindən işğalına etiraz olaraq Gəncə şəhərində yerləşən Azərbaycan hərbi hissələri və əhali üsyana başlayırlar. Gəncə üsyanın təşkilatçılarından biri də Cavad bəy Şıxlinski olur.[29] O, bu üsyanda dağıdılmış artilleriya qurğularının bərpası və artilleriya işinin təşkilində məsul olur.[30][31]
1920-ci il iyunun 3-də Xalq Daxili İşlər Komissarlığının Bakıya göndərdiyi raportda yazılırdı:
18 mayda fövqəladə komissar Həmid Sultanov 6 təlimatçı ilə birgə Gəncəyə gəlib. 25 may, gecə saat 3-də bir artilleriya atəşindən sonra üsyan başlanıb. Səhər saat 5-də İnqilab Komitəsinin təlimatçıları və dövlət işçiləri küçəyə çıxdıqda tutulub həbsxanaya doldurulmuşlar. Həmin vaxt şəhərdə şiddətli mübarizə gedirmiş. Üsyançıların ön sıralarında general Şıxlinski, polkovnik Kazımbəyov, Şahzadə Məmməd Mirzə Qacar, Xoyski qardaşları, tanınmış Qəmbər və Ələkbər və III Gəncə alayının əsgərləri dururdular[32]. |
Üsyanın məğlub olmasından bir neçə saat əvvəl Cavad bəy artilleriya atəşindən ağır yaralanıb.[3][33] Daha sonra isə onu mühasirədən çıxarıb Aşağı Salahlı kəndinə aparırlar. Orada qalmaq təhlükəli olduğu üçün qohumu Mədət bəy Alqanov tərəfindən əvvəlcə Qarayazı meşəsinə daha sonra isə Tiflisə aparılıb.[8]
Mühacir həyatı
[redaktə | vikimətni redaktə et]Tiflisi tərk etdikdən sonra İrana gedib.[3] Peşəkar hərbçi olduğun üçün Ərdəbil qarnizonunun komandanı vəzifəsinə təyin olunub.[9] Lakin orada yaşadığı dövrdə bolşeviklər tərəfindən təqib olunduğu üçün Türkiyəyə mühacirət etməli olur.[9][34]
Türkiyədə bir müddət qaldıqdan sonra Cavad bəy Şıxlinski yenidən İrana gedib. Bir neçə il öncə İrana mühacirət etmiş və artıq orada ordunun polkovniki olan əmisi oğlu Məhəmməd Şıxlinskinin köməyi ilə İran ordusuna qoşulub. Cavad bəy İranda polkovnik-leytenant rütbəsi alıb, sonradan isə polkovnik rütbəsinə yüksəlib. O, fars dilini öyrənib və əvvəlcə İranın Məşhəd şəhərində artilleriya komandiri və Şərq Ordusu komandirinin müavini vəzifəsinə təyin edilib. Bir neçə il Məşhəddə qaldıqdan sonra Tehrana geri çağırılıb və İran ordusunda Zabitlər klubunun rəhbəri vəzifəsinə təyin edilib.[35]
Cavad bəy Şıxlinski (Cavad Ağa Şeyxli) 1959-cu ildə Tehranda dünyasını dəyişib. Onun məzarı Tehran yaxınlığındakı Rey şəhərində, İmamzadə Abdullah qəbiristanlığının köhnə hissəsində yerləşir.[35][36]
Ailəsi
[redaktə | vikimətni redaktə et]Cavad bəy Şıxlinski Hüseyn Əfəndi Qayıbovun nəvəsi, Əliağa Şıxlinskinin qardaşı oğlu[3], Cahangir bəy Şıxlinskinin[36] və Rüstəm Şıxlinskinin qardaşı[37], yazıçı İsmayıl Şıxlının isə dayısıdır.[8]
Cavad bəy Şıxlinski İranda Zari xanım Əsədzadə adlı iranlı xanımla ailə həyatı qurub və onların üç övladı olub: Çingiz, Nazir (və ya Məhəmməd) adlı oğulları, Göhvər adlı qızı.[8][35]
Böyük oğlu Çingiz Şeyxli (fars. چنگیز شیخلی) mağaraçı və alpinistdir. Ömürümün 70 ilini mağaralara həsr etmiş, İran ərazisində 500-dən çox mağara kəşf edib. İranda bu sahənin əsasını qoyanlardandır. 1946-cı ildə İranda ilk Mağaraçıqlıq Dərnəyini həmtəsisçilərindəndir.[38][36]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Mənbə
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Şahbazov, Atamalı. Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabit və hərbi məmurları (az.). Bakı: Maarif nəşriyyatı. 2020. 542. ISBN 978-9952-37-141-3. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-27.
- ↑ 1 2 3 4 Nəzirli, Şəmistan. 1920-ci ildə Qarabağ döyüşləri (PDF) (az.). Bakı. 2009. 88. 2023-04-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-13.
- ↑ 1 2 3 4 5 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF) (az.). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 382. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
- ↑ Общий список офицерским чинам Русской Императорской Армии. Составлен на 1-е января 1909 г. (PDF) (rus). Sankt Peterburq: Военная типография. 1909. 663. 2023-11-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-14.
- ↑ 1 2 3 "Шихлинский Джавад Бек". ria1914.info. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.
- ↑ Кавказский календарь на 1912 год (rus). Tiflis: Гл. упр. Кавказ. наместника. 1912. 489. 2018-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-16.
- ↑ Nəzirli, Şəmistan. 1920-ci ildə Qarabağ döyüşləri (PDF) (az.). Bakı. 2009. 82. 2023-04-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-13.
- ↑ 1 2 3 4 5 Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə Quberniyasından olan dövlət xadimləri (PDF) (az.). Gəncə: Elm nəşriyyatı. 2018. 310. 2022-12-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-29.
- ↑ 1 2 3 4 Rıhtım, Mehmet; Süleymanov, Mehman. Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu (az.). Bakı: Qafqaz Araşdırmaları İnstitutu. 2008. səh. 338. ISBN 9952-426-23–2. 2023-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-24.
- ↑ "Шихлинский Джавад-Бек (Джавад-Бек Мамед-Ага оглы)". grwar.ru. 2012. 2023-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.
- ↑ "Высочайшие приказы". ria1914.info. 2023-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.
- ↑ Nəzirli, Şəmistan. 1920-ci ildə Qarabağ döyüşləri (PDF) (az.). Bakı. 2009. 89. 2023-04-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-13.
- ↑ "Приказ Армии и Флоту о чинах военных от 3 октября 1917 г." 1917-10-03. 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.
- ↑ Ağayev, Yusif; Əhmədov, Səbuhi. İstiqlal yürüşü - 1918 (az.). Bakı: Altun kitab. 2009. 93. ISBN 978-9952-24-041-2. 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-25.
- ↑ Süleymanov, Mehman. Azərbaycan Ordusunun tarixi: I cild: 1917-1918 (az.). I. Bakı: Maarif nəşriyyatı. 2018. 330. ISBN 978-9952-37-138-3. 2024-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-13.
- ↑ Ağayev, Yusif; Əhmədov, Səbuhi. İstiqlal yürüşü - 1918 (az.). Bakı: Altun kitab. 2009. 148. ISBN 978-9952-24-041-2. 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-25.
- ↑ 1 2 3 4 Şahbazov, Atamalı. Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabit və hərbi məmurları (az.). Bakı: Maarif nəşriyyatı. 2020. 543. ISBN 978-9952-37-141-3. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-27.
- ↑ Адрес-календарь Азербайджанской Республики на 1920-й год. Баку, 1920 (PDF) (rus). Bakı: Nağıl evi. 2011. 303. ISBN 978995221073-6. 2021-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-14.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF) (az.). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 282. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
- ↑ Сборник приказов по военному ведомству Азербайджанской Демократической Республики: Май - декабрь 1919 (rus). II. Bakı: Maarif nəşriyyatı. 2018. 76. ISBN 978-9952-445-20-13.
- ↑ Nəzirli, Şəmistan. 1920-ci ildə Qarabağ döyüşləri (PDF) (az.). Bakı. 2009. 19. 2023-04-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-13.
- ↑ Süleymanov, Mehman. Azərbaycan Ordusunun tarixi: II cild: noyabr 1918-aprel 1920 (az.). II. Bakı: Maarif nəşriyyatı. 2018. 551. ISBN 978-9952-37-139-0. 2024-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-13.
- ↑ Süleymanov, Mehman. Azərbaycan Ordusunun tarixi: II cild: noyabr 1918-aprel 1920 (az.). II. Bakı: Maarif nəşriyyatı. 2018. 552. ISBN 978-9952-37-139-0. 2024-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-13.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF) (az.). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 459. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
- ↑ Charlotte, Hille. State Building and Conflict Resolution in the Caucasus (ingilis). Leiden: Brill. 2010. 167. ISBN 978-90-474-4136-6. 2024-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
- ↑ Süleymanov, Mehman. Azərbaycan Ordusunun tarixi: II cild: noyabr 1918-aprel 1920 (az.). II. Bakı: Maarif nəşriyyatı. 2018. 609. ISBN 978-9952-37-139-0. 2024-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-13.
- ↑ Сборник приказов по военному ведомству Азербайджанской Демократической Республики: Т. 3: Январь - апрель 1920 (rus). III. Bakı: Maarif nəşriyyatı. 2018. 334. ISBN 978-9952-445-20-14. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.
- ↑ İbrahimli, Xaləddin. Azərbaycan mühacirət tarixi (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2012. 45. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
- ↑ Nəzirli, Şəmistan. Topoqraf - general İbrahim ağa Vəkilov (az.). Bakı: Zaman. 2002. 97. 2023-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-27.
- ↑ Quliyev, Vilayət. Из наследия политической эмиграции Азербайджана в Польше: 30-ые годы XX века (rus). Torun: Изд-во Адама Маршалека. 2010. 299. ISBN 978-83-7611-754-6. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-27.
- ↑ Turan, Anar. Gəncə üsyanının təşkilatçısı və ideoloqu (PDF) (az.). Bakı: Xalq qəzeti. 2017-07-13. 2019-11-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-29.
- ↑ X. Bayramov, “Gəncə üsyanı”, Bakı, 2010, s.93;
- ↑ İbrahimli, Xaləddin. Azərbaycan mühacirət tarixi (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2012. 47. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
- ↑ Nəzirli, Şəmistan. General Əliağa Şixlinski ömrü (PDF) (az.). Bakı: Uğur nəşriyyatı. 2005. 112. 2022-07-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-14.
- ↑ 1 2 3 Əhmədov, Hafiz. "Xalq Cümhuriyyəti Ordusunun generalının məzarı tapıldı (Ekskluziv müsahibə, tarixi fotolar)". hafiztimes.com. 2024-07-02. 2024-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-04.
- ↑ 1 2 3 Əhmədov, Hafiz. ""Bu, atamın arzusu idi" – Cavad bəy Şıxlinskinin 97 yaşlı oğlu ilə tarixi müsahibə". hafiztimes.com. 2024-09-03. 2024-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-05.
- ↑ Şahbazov, Atamalı. Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabit və hərbi məmurları (az.). Bakı: Maarif nəşriyyatı. 2020. 544. ISBN 978-9952-37-141-3. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-27.
- ↑ "First official ICSA-POLL". gharnameh.blogfa.com. ۱۳۸۹/۱۲/۱۵.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Süleymanov, Mehman. Azərbaycan Ordusunun tarixi: I cild: 1917-1918 (az.). I. Bakı: Maarif nəşriyyatı. 2018. 176. ISBN 978-9952-37-138-3.
- Şahbazov, Atamalı. Сборник приказов по военному ведомству Азербайджанской Демократической Республики: Т. 1: Ноябрь 1918 - май 1919 (PDF) (rus). I. Bakı: Maarif nəşriyyatı. 2018. 26. ISBN 978-9952-445-20-12. (#archive_missing_date) tarixində arxivləşdirilib (PDF).
- Süleymanov, Mehman. Azərbaycan Ordusunun tarixi: II cild: noyabr 1918-aprel 1920 (az.). II. Bakı: Maarif nəşriyyatı. 2018. 33. ISBN 978-9952-37-139-0.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF) (az.). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 424. ISBN 9952-417-44-4. (#archive_missing_date) tarixində arxivləşdirilib (PDF).
- Vikipediya:Əlifba sırasına görə yaxşı məqalələr
- 3 yanvarda doğulanlar
- 1874-cü ildə doğulanlar
- Aşağı Salahlıda doğulanlar
- 1959-cu ildə vəfat edənlər
- Tehranda vəfat edənlər
- Reydə dəfn olunanlar
- III dərəcəli Müqəddəs Vladimir ordeninin kavalerləri
- IV dərəcəli Müqəddəs Vladimir ordeninin kavalerləri
- II dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeninin kavalerləri
- III dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeninin kavalerləri
- Əlifba sırasına görə hərbi xadimlər
- Azərbaycanlı hərbçilər
- Azərbaycanlı generallar
- Şıxlinskilər
- Gəncə üsyanının iştirakçıları
- Sovet işğalına qarşı döyüşənlər
- Rusiya İmperator Ordusunun azərbaycanlı generalları
- Azərbaycan generalları