Mixail Velikanov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mixail Velikanov
rus. Михаил Дмитриевич Великанов
Şəxsi məlumatlar
Doğum tarixi 27 dekabr 1892(1892-12-27)
Doğum yeri
Vəfat tarixi 27 iyul 1938(1938-07-27)[1] (46 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü piyada
Rütbəsi 2-ci dərəcəli komandir[d]
Döyüşlər
Təltifləri "Qırmızı bayraq" ordeni

Mixail VelikanovSovet hərbi xadimi, 2-ci dərəcəli komandarm. Aprel işğalındaGəncə üsyanının yatırılmasında iştirak edib.

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Həyatının ilk dövrləri

[redaktə | mənbəni redaktə et]

8 yanvar 1893-cü ildə Ryazan quberniyasında ruhani ailəsində anadan olub. Bir müddət müəllim kimi fəaliyyət göstərib. Birinci Dünya Müharibəsinin başlaması ilə Rusiya ordusuna çağırılıb. 1915-ci ildə Pskov Zabitlər məktəbini bitirir. Şimal cəbhəsində döyüşən 12-ci ordunun 436-cı Novoladojskiy piyada alayının tərkibində döyüşlərdə iştirak edib. Bu dövrdə podporuçik rütbəsinə qədər yüksəlir.

Vətəndaş müharibəsi

[redaktə | mənbəni redaktə et]

1918-ci ilin fevral ayından Qırmızı Orduya daxil olur və Şərq cəbhəsindəki Kozlovskiy dəstəsinin batalyon komadiri təyin edilir, iyul ayından həmin dəstənin komandir köməkçisi olur. 1918-ci ilin iyul ayından Şərq cəbhəsindəki 2-ci Simbir alayının komandiri olur. Onun adı ilə Qırmızı Ordunun ilk böyük qələbələrindən biri əlaqəlidir. Bu qələbə nəticəsində bolşeviklər 1918-ci ilin oktyabr ayında Simbirski ələ keçirdilər.

1918-ci ilin dekabr ayından 24-cü Simbirsk Dəmiryolu Atıcı Diviziyasının bir briqadaslna komandirlik edib və bu briqda ilə 1919-cu ilin yanvar ayında Uralskın alınmasında fərqlənib. 1919-cu ilin fevral mart aylarında 25-ci atıcı diviziyanın əvvəlki komandiri Vasiliy Çapayev Qırmızı Ordunun Hərbi Akademiyasında təhsil alanda onun vəzifəsini müvəqqəti olaraq Velikanov icra edir. 1919-cu ilin mart aprel aylarında Ufa hərbi dəstəsinə rəhbərlik edib. 1919-cu ilin aprel iyun aylarında isə Orenburq şəhərinin 70 günlük müdafiəsində bir qrup hərbiçiyə rəhbərlik edib və xüsusi fərqlənib.

1919-cu ilin yayında Cənub cəbhəsinə göndərilib və Denikinə qarşı mübarizə aparmaq üçün 20-ci atıcı diviziyaya komandir təyin edilir. Sonradan Şimali Qafqazdakı hərbi əməliyyatlarda, Dərbəndin, Petrovskun, Temir Xan Şuranın işğalında iştirak edib. 1920-ci ildə Aprel işğalında iştirak edib. 22 may 1920-ci ildən 3 iyun tarixinə qədər Gəncə üsyanının yatırılmasında iştirak edib. 1921-ci ilin yanvar, mart aylarında sovet-gürcü müharibəsində iştirak edib. 1921-ci ilin mart ayından may ayına qədər isə daşnaklara qarşı baş tutan İrəvan əməliyyatının iştirakçısı olub.

Müharibədən sonrakı dövr

[redaktə | mənbəni redaktə et]

1922-ci ildə Qırmızı Ordunun yüksək hərbi akademik kurslarını bitirir. 12 sentyabr 1922-ci ildən 1 dekabra qədər 1-ci Qafqaz atıcı diviziyasının, sonradan isə atıcı korpusunun komandiri olub. 1923-cü ildən Şimali Qafqaz hərbi dairəsi və Volqayanı hərbi dairəsinin komandir köməkçisi olub. 1924-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvüdür. 1928-ci ildə Frunze adına Hərbi Akademiyada yüksək kommunist heyətin təkmilləşdirmə kurslarını bitirir. 1928-ci ildən etibarən ardıcıllıqla Sibir hərbi dairəsinin, Orta Asiya hərbi dairəsinin və Moskva hərbi dairəsinin komandir köməkçisi olub. 1930-cu ildə yenidən Şimali Qafqaz hərbi dairəsinin komandir köməkçisi olur.

1933-cü ilin dekabr ayından Orta Asiya hərbi dairəsinin komandiri təyin olunur. 1935-ci ilin noyabr ayında komkor hərbi rütbəsi alır. 1937-ci ilin iyun ayənda Zabaykalsk hərbi dairəsinin komandiri təyin edilir. 15 iyun 1937-ci ildə 2-ci dərəcəli komandarm hərbi rütbəsi alır. 1934-1937-ci illərdə SSRİ Xalq Müdafiə Komissarlığının nəzdində Hərbi şuranın üzvü olub.

28 noyabr 1937-ci ildə tutduğu vəzifəsindən uzaqlaşdırılıb, 20 dekabr tarixində isə həbs olunub. 26 iyul 1938-ci ildə SSRİ Xalq Daxili İşlər Komissarı Nikolay Yejov tərəfindən Stalinə göndərilmiş birinci dərəcəli güllələnməli olan 138 Fəhlə-Kəndli Qızıl Ordusunun komandirləri siyahısında adı olub. 29 iyul 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfdən ən yüksək cəzaya məhkum olunmuş və elə həmin gün güllələnmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən 1 sentyabr 1956-cı ildə bəraət alıb.

  • Dəfnə yarpağı budaqlı IV dərəcəli Georgiyevsk xaçı (26 oktyabr 1917-ci il)
  • Qırmızı Bayraq Ordeni (30 aprel 1920-ci il)
  • Azərbaycan SSR Qırmızı Bayraq Ordeni (1921-ci il)
  • Ermənistan SSR Qırmızı Bayraq Ordeni (28 oktyabr 1924-cü il)
  • Rusiyanın Orenburq şəhərində bir küçəyə adı verilib.
  • Rusiyanın Ulyanovsk şəhərində bir küçəyə adı verilib.
  • 1967-ci ildə Rusiyanın Ryazan şəhərində bir küçəyə adı verilib.
  1. Великанов Михаил Дмитриевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.