Boeing 767

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Boeing 767
Boeing 767
Delta Air Lines B767-332
Delta Air Lines B767-332
Tipi İki mühərrikli enli füzelyajlı sərnişin təyyarəsi
Hazırlayan ABŞ Boeing
İstehsalçı ABŞ Boeing
İlk uçuş 26 sentyabr 1981
İstismara verilmə tarixi
Status istifadə edilir, istismar olunur
İstismarçılar
İstehsal ili 1981 — h.h
Buraxılış sayı 1165 (30 sentyabr 2019)[1]
Vahidinin qiyməti

767-200ER: 160,2 milyon ABŞ dolları[2];
767-300ER: 182,8 milyon ABŞ dolları;
767-300F: 185,4 milyon ABŞ dolları;

767-400ER: 200,8 milyon ABŞ dolları
Variantları

Boeing KC-767;
Boeing KC-46 Pegasus;

Boeing E-767
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Boeing 767 — iki mühərrikli enli füzelyajlı sərnişin təyyarəsi. Atlantik okean üzərindən müntəzəm olaraq sərnişin reysləri həyata keçirmək hüququ əldə edən ilk iki mühərrikli təyyarədir. 1981-ci ildən "Boeing" şirkəti tərəfindən istehsal olunur.

İki mühərrikli ekonom reaktiv təyyarələrin layihələndirilməsi hələ 1978-ci ildən başlayıb. United Airlines aviaşirkəti bu cür təyyarələrə maraq göstərirdi və 30 ədəd təyyarənin alınması üçün sifariş edib. İlk Boeing 767 14 avqust 1981-ci ildə istehsal olunub (zavod Everettdə, Vaşinqton ştatı, yerləşir) və 26 sentyabrda ilk uçuşunu etdi[3].
Boeing 767-300 modelinin istehsalı sentyabr ayı 1983-cü ildə başlayıb. Bu modelin füzelyajı Boeing 767-200 modelindən 6,5 m uzun oldu. Bu da, öz növbəsində sərnişin yerlərinin 22% artırılmasına gətirdi (təhminən 40 sərnişin yeri). Həmçinin daşına bilən yükün həcmi 31% artdı.
Əsas modellərdən sonra uzaq magistrallı variantlar istehsala başlandı.

Füzelyajın uzunluğuna görə Boeing 767 üç növdə istehsal olunurdu. 767-200, 767-300 və 767-400ER modelləri istehsal olunmağa başladıqca, təyyarənin uzunluğu artırdı[4]. Şirkət həmçinin daha uzaq məsafəyə uçuşlar üçün 767-200ER və 767-300ER (Extended Range) modellərini təklif edirdi. Yük təyyarələri 300ER baza modeli əsasında 767-300F adlı istehsal olunur və 767-200 və 767-300 sərnişin təyyarələri modellərindən hazırlanırdı.

American Airlines Boeing 767-200 modeli

Baza modelidir, 1982-ci ildən sonra istehsal olunan 767 ailəsinin bütün təyyarələrinin prototipidir. Əsasən ABŞ daxili uçuşlar üçün istifadə olunurdu - ABŞ-nin qərb və şərqdəki böyük şəhərləri arası uçuşlarda (məsələn, Los-Anceles-Nyu-York, San-Fransisko-Vaşinqton və d.). Cəmi 128 ədəd istehsal olunub: 767-200ER daha yenilənmiş modeli ilə əvəz olunub. Hal-hazırda istismardan çıxarılıb. Daha sonralar 767-200 baza modelini Boeing şirkəti yüklərin daşınması üçün istifadə eləməyə başladı və 767-200 modeli 767-200SF modelinə çevrildi[5][6][7].

  1. 767 Model[ölü keçid]
  2. "Commercial Airplanes: 767 Family". 2012-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-25.
  3. "Boeing 767". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-02.
  4. "Пассажирский самолет Boeing 767". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03.
  5. "Самолет Боинг 767: история, вместимость и военные модификации". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03.
  6. "Основные модели Boeing 767". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03.
  7. "Boeing 767-200". 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03.