Qaratala
Qaratala — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
Qaratala | |
---|---|
41°19′34″ şm. e. 46°52′10″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | XVI-XVIII əsrlər |
Mərkəzin hündürlüyü | ~300 m |
İqlimi | mülayim, subtropik |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 600+ nəfər |
Milli tərkibi | Azərbaycan Türkləri |
Etnoxronim | Qaratalalı |
Rəsmi dili | Azərbaycan Türkcəsi |
Tarixi
[redaktə | mənbəni redaktə et]Bölgənin digər yaşayış məntəqələri kimi Qaratala kəndinində tarixi çox qədimdir. Ən əski dövrlərdən kənd ərazisində Türk uyğarlıqları yaşamışdır. Qafqaz Albaniyasına daxil olan kənd ərazisində Türksoylu və Türkdilli Saqalar(Saklar) məskunlaşmışdır.[1] Erkən orta əsrlərdə Azərbaycan ərazisinə Hunlar,Peçeneqlər,Barsillər,Xəzərlər [2][3] və.s kimi Türk tayfaları köç etmiş,elə bu səbəbdəndir ki,kənddə əhalinin genetikası və dili heç pozulmadan,original qalmışdır. Həmçinin Türklər kəndə önəmli kültür ornamentləridə qazandırmışdır. Daha sonra Azərbaycana gələn Səlcuqi-Oğuzlar və Elxanilər dövründə şimala axın etmiş Türk boylarıda kənddən yan keçməmiş,sonralar kəndin əsas etnik sütununu təşkil etməyə başlamışdır. Bütün bunları nəzərə alaraq biz rahatlıqla kəndin Qədim Türk-Oğuz yurdu olduğunu deyə bilərik.[4] Kənddə Oğuz boylarının yaşaması faktını kəndlə qonşuluqda yerləşən Oncallı kəndi ərazisindəki Oğuz qəbiristanlığı ilədə isbat etmək mümkündür.[5] Kənd əhalisinin antropoloji xüsusiyyətlərinə gəlincə isə əhali Turanid və Oğuz irqi tipindədirlər.[6] Genetik olaraq bölgənin digər Türk kəndlərinin əhalisi kimi Uyğur Türklərinə, Qumuqlara,Qaraçaylara və Xəzəra türkmənlərinə bənzədilir.[7] Rusiyanın XIX əsrin ilk rübü Azərbaycanı işğalı dövründə baş vermiş Zaqatala döyüşündə(1804) Muğal-Türk camaatının Rus ordularını darmadağın etməsində Qarataladan da gedən Türk fədailər var idi.[8] Qafqaz təqvimlərində kənd əhalisinin etnik-tərkibinə bir qayda olaraq Tatar və Muğal(Zaqatala okruqunda yaşayan etnik-Türk əhaliyə ümumi adla muğal deyilirdi) yazılmışdır.[9] Muğal-Türk rəiyyətinin hakim olduğu ərazilərdən danışılanda Qaratalanında adı xüsusilə çəkilirdi.[10] Dədə-Qorqudda bəhs edilən qara donlu kafirlərlə mübarizənin getdiyi ərazilərin elə bu yerlər olduğu güman edilir.[11] Bir vaxtlar kənd məqsədli olaraq qondarma Sainqilo planına daxil edilsədə, bura daxil edilmiş digər əksər kəndlər kimi Qaratalanında ingiloy etnosu ilə heç bir bağlılığı yoxdur.[12] Beləliklə Qaratala səfalı təbiəti,yurdsevər və zəhmətkeş insanları ilə tipik Türk kəndi təsiri bağışlayır.
Əhalisi
[redaktə | mənbəni redaktə et]•1 yanvar 1872-ci il tarixinə olan rəsmi məlumata əsasən Zaqatala dairəsi Qarasu naibliyinə daxil olan Qaratala kəndində etnik-türklərdən(muğallar) ibarət 4 ailə məskunlaşmışdır. Müvafiq dairəni təşkil edən xalqların nümayəndələri olan etnik-türklər muğallar, dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdir.[13]
•1 yanvar 1886-cı il tarixinə olan rəsmi məlumata görə Zaqatala dairəsi Qax inzibati ərazi vahidinə daxil olan Qaratala(və hazırda onun tabunu olan Əli-Soltan kötüklü) kəndində əsasən sünni etiqadlı müsəlman tatarlardan[14] ibarət 85 nəfər yaşayırdı.[15]
•1 yanvar 1910-cu il tarixinə olan rəsmi məlumata əsasən Zaqatala dairəsi Qarasu naibliyinə daxil olan Qaratala kəndində və onun hazırda bir tabununu təşkil edən Əli-Soltan Kötüklüdə etnik-tatarlardan(türklər)[16] ibarət 133(Qaratala-81,Əli-Soltan-52) nəfər məskunlaşmışdır.[17]
•1 yanvar 1912-ci il tarixinə olan rəsmi məlumata əsasən Zaqatala dairəsi Qarasu naibliyinə daxil olan Qaratala kəndində və onun hazırda bir tabununu təşkil edən Əli-Soltan Kötüklüdə etnik-türklərdən(muğallar) ibarət 131(Qaratala-73,Əli-Soltan-57) nəfər məskunlaşmıştır.[18]
•1 yanvar 1914-cü il tarixinə olan rəsmi məlumata əsasən Zaqatala dairəsi Qarasu naibliyinə daxil olan Qaratala kəndində etnik-türklərdən(muğallar) ibarət 64 nəfər məskunlaşmışdır.[19]
•1 yanvar 1921-ci il tarixinə olan rəsmi məlumata əsasən Zaqatala dairəsi Qıpçaq kənd sovetliyinə daxil olan Qaratala kəndində və onun hazırda bir tabununu təşkil edən Əli-Soltan Kötüklüdə bütünlüklə türk[20] kökənli olan 35 nəsil yaşayırdı.[21]
•Azərbaycan SSR Xalq Təsərrüfatı Uçotu İdarəsinin (AzNHU) 1933-cü ildə nəşr etdirdiyi “ASSR-in inzibati bölgüsü” nəşrinin materiallarına əsasən, 1933-cü il yanvarın 1-də Qaratala kəndinində daxil olduğu Zaqatala dairəsi Qıpçaq kənd sovetliyinin əhalisinin 98.6%-ini türklər(azərbaycanlılar) təşkil edirdi. Əhalisi bütünlüklə türklərdən təşkil olunmuş Qaratala kəndində isə hər iki cinsdən 208 nəfər yaşayırdı.[22]
• Böyük Qafqazda yerləşməsi ilə bərabər kənd bütün dövrlər ərzində Türk ailələrinin yurd yeri olub.
•1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 142 təsərrüfatda hər iki cinsdən toplam 546 nəfər əhali yaşamaqdadır.[23]
•Hazırda kənd monoetnik kənddir. Əhali bütünlüklə müxtəlif Oğuz tayfalarından ibarət etnik Azərbaycan Türklərindən təşkil olunmuşdur. Qarapapaq,Qacar,Əfşar,Baharlı tayfalarına bağlı oymaqlar(nəsillər) çoxluq təşkil edir.[24][25][26][27]
Milli mənsubiyyət[25] | Say | faizlə |
---|---|---|
türkmanlar(azərbaycanlılar) | 600+ | 99.9% |
ingiloylar | ~10 | 0.06% |
digərləri | ~5 | 0.04% |
İqlimi və təbiəti
[redaktə | mənbəni redaktə et]Kəndin iqlimi dəyişkəndir. İllik temperaturu stabildir. Ən quraq keçən ay avqustdur. Ən bolsulu dövr isə yaz aylarına tuş gəlir. Kənd mülayim və subtropik iqlim qurşaqlarının kəsişməsində yerləşdiyindən əraziyə düşən yağıntının bol olduğunu söyləmək mümkündür. Elə buna görə kənd üçün dəmyə əkinçiliyinin xarakterik ola biləcəyinə səbəbiyyət verilir. Böyük Qafqaz dağlarının ətəklərində yerləşən kənd əlverişli əraziyə malikdir. Yerləşim seyrəkdir və kənd meşələrlə iç-içədir. Bu da kənd havasının kirliliyinin aşağı olmasından və ərazinin gözəl dağ mənzərəsindən xəbər verir. Ümumilikdə isə torpaqların məhsuldarlığı,iqlimin əlverişliliyi kənd ərazisində əkinçiliyin inkişafına və məhsuldarlığın yüksəkliyinə zəmin yaradır. Kəndin kəşf edilməyən geniş turizm potensialı var.[28]
Qaratala şivəsi
[redaktə | mənbəni redaktə et]Qaratala kəndi də bölgədəki digər kəndlər kimi özünəməxsus şivə ilə danışır. Qaratalaya gələn insanlar qeyd edir ki, kənd əhalisinin danışığı keçid tiplidir. Yəni həm İlisu ləhcəsi, həm də Şəki şivəsi əhalinin danışığında hiss olunur. Ümumiyyətlə isə Qaratala şivəsi Qarapapaq ağzı ilə Axısqa-Türk komponentlərinin qarışığından xəbər verir. Bu şivə növü Şimal-Qərb bölgəsi üçün xarakterikdir. Şimal-Qərbə səfər edən dilçi alimlər Türk kəndlərində əhalinin aksentinin qədim Dədə-Qorqud dilinin yadigarı kimi çıxış etdiyini vurğulayırlar. Qaratalada tipik Türk kəndi olduğundan eyni xüsusiyyətlər Qaratala üçündə keçərlidir. Beləliklə kənd camaatı Azərbaycan Türkcəsinin Şimal-Qərb ağzında saf metodika ilə danışır.[29]
Mədəniyyəti və arxitekturası
[redaktə | mənbəni redaktə et]Kənd mədəniyyət nümunələri və tarixi-abidələri ilə də zəngindir. Kənddə yaşı 200-ə yaxınlaşan məscid kompleksi vardır. Təəsüf ki, məscid kompleksi qəzalı haldadır və dağılmaq üzrədir.[30] Bundan başqa kənddə Qarabulaq adında tanınmış tarixi bulaq yerləşir. Uzun müddət ərazinin Türk kəndliləri və Borçalıdan ziyarətə gələn Qarapapaq türkləri üçün mənəvi önəmə malik olmuşdur. Əhvalatlardan görünür ki, bulağın qədim bir o qədərdə maraqlı tarixçəsi var.[31]
Din
[redaktə | mənbəni redaktə et]Kənd əhalisi 99% müsəlmandır. Məzhəb olaraq Əhli-Sünnətin Hənəfi fiqhi hakimdir.[32] Bununla belə kənd əhalisi sekulyardır. Lakin dini bilgiləri bir xeyli yüksəkdir.Həmçinin kənd camaatı İslami ayinləri düzgün yerinə yetirməyə cəhd göstərirlər. Kənd də aktiv olaraq cümə məscidi dini icması fəaliyyət göstərmir.
Dini sturuktur | faiz |
əhli-sünnət | 99.99% |
şiəlik | - |
digərləri | 0.01% |
Toponimikası
[redaktə | mənbəni redaktə et]Qaratala oyk., mür. Qax r-nunun Qax- muğal i.ə.v.-də kənd.Böyük Qafqaz dağlarının, Baş Qafqaz silsiləsinin ətəyindədir. Toponim türk mənşəli olub, qara (burada “sıx kolluq” mənasında) və tala sözlərinin birləşməsindən əmələ gəlib, “sıx kolluqlu tala” mənasını bildirir. Oykonimi “böyük tala” kimi də izah etmək olar.[29]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Tarixə şahidlik edən məkan". worldinfo.az (az.). 1970-01-01. 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-02.
- ↑ "Азербайджанцы | это... Что такое Азербайджанцы?". Словари и энциклопедии на Академике (rus). 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-02.
- ↑ Anmi 354, Cgronographus. . .
- ↑ Qaşqarlı, Mahmud. Divanu Luğat-it-turk. .
- ↑ Şahmərdan Əhmədli Oncallı türkləri Qax 1995. .
- ↑ "lib.az - Qafqaz xalqlarının antropologiyası haqqında". www.lib.az. 2017-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-02.
- ↑ "Facebook". www.facebook.com. 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-02.
- ↑ "Azərbaycan tarixi - 11". e-derslik.edu.az. 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-02.
- ↑ Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 136. . .
- ↑ "Facebook". www.facebook.com. 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-02.
- ↑ "Şimal-Qərbi Azərbaycan Tarixi | PDF". Scribd (ingilis). 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-02.
- ↑ https://kitabxana.net/files/books/file/1467388807.pdf. . (#cite_web_url)
- ↑ Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 167–169. .
- ↑ Qeyd:azərbaycanlılardan. .
- ↑ Свод статистических данных о населении Закавказского края, извлечённых из посемейных списков 1886 г.. — Тифлис, 1893.
- ↑ Qeyd:azərbaycanlılardan. .
- ↑ Кавказский календарь на 1910 год. Часть 1. — Тифлис. — С. 276.
- ↑ Кавказский календарь на 1912 год. Отдел статистический. — Тифлис. — С. 165.
- ↑ Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр.136. .
- ↑ mənbədə:muğallar. .
- ↑ Азербайджанская сельскохозяйственная перепись 1921 года. Итоги. Т. I. Вып. XIV. Закатальский уезд. — Издание Аз. Ц. С. У.. — Баку, 1922. — С. 22-23.
- ↑ Административное деление АССР.. — Баку: Издание АзУНХУ, 1933. — С. 64.
- ↑ Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumatArxivləşdirilib 2012-12-27 at Archive.today
- ↑ Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 136. .
- ↑ 1 2 "Macarıstandan Kəşmirə qədər yayılmış qədim türklər - Muğallar". Yeni Azərbaycan (ingilis). 2023-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-16.
- ↑ Semra Alyılmaz. Borçalı (Gürcistan) Karapapaklarının / Terekemelerinin Tarihine Dair. Yeni Türkiye. 2002. .
- ↑ "OĞUZ BOYLARINDAN: SALUR – Yeni Ufuk Dergisi" (türk). 2018-12-13. 2023-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-02.
- ↑ Azərbaycan, Sputnik. "Turizm cənnətinin sakinləri illərdir su və işığa həsrət qalıblar". Sputnik Azərbaycan (az.). 20190601T1918+0400. 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-02.
- ↑ 1 2 Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ "Qaxdakı bu məscid uçub dağılır – Əhməd Şahidov Qaratala kənd məscidi ilə bağlı həyəcan təbili çalır". İnter Press (az.). 2019-12-03. İstifadə tarixi: 2023-12-02.
- ↑ Azərbaycan, Sputnik. "Bu bulağın suyu insanlara şəfa verir". Sputnik Azərbaycan (az.). 20170423T1011+0400. 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-02.
- ↑ "Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi". dqdk.gov.az (az.). 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-02.
Qax rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |