Məzmuna keç

Sünnilik

Vikipediya, azad ensiklopediya
(Sünnilər səhifəsindən yönləndirilmişdir)
Ərəbcə xətt yazısı ilə Əhlis-Sünnə vəl-Camaat

Əhlis-Sünnə vəl-Cəmaat (ərəbcə: أهل السنة والجماعة), qısa olaraq Əhlis-Sünnə (ərəbcə: أهل السنة) və ya Sünnilikİslamda ən böyük məzhəb və ya əqidə.

Sünnə (ərəbcə: سنة) sözü ərəbcədən tərcümədə "yol" mənasını bildirir. Bu məzhəbə mənsub olanlara "sağlam və doğru inancı mənimsəyənlər" mənasında "sünni" deyilir. M. Watt "sünni" teriminin ilk dəfə IV. əsrdə istifadə olunduğunu qeyd edir.[1] Lakin tabeindən Səid ibn Cübeyrə istinad edilən bir rəvayətə görə bu söz VIII. əsrin əvvəli (hicri I. əsrin sonuna doğru) ortaya çıxıb.[2] "Əhli sünnə" termini isə ilk dəfə Həsən əl-Bəsri tərəfindən istifadə olunmuşdur.[3]

Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni Əhlis-Sünnə məzhəbinin nümayəndələri təşkil edir.[4][5] Sünniliyin 2 kəlam (əqidə), 4 fiqh məzhəbi var[6].

Kəlam (əqidə) məzhəbləri:

[redaktə | vikimətni redaktə et]
  1. Əşərilik,
  2. Maturidilik.

Fiqhi məzhəblər:

[redaktə | vikimətni redaktə et]
  1. Hənəfi,
  2. Maliki,
  3. Şafii,
  4. Hənbəli.
İslam dünyasının xəritəsi.

Sünnilərin ilkin hədis kitabları hələ Məhəmməd peyğəmbər sağ ikən beytlər şəklində [7] yazılmağa başlanmışdır ki, bu janr da "Məğazi" adlanır. Erkən zamanda "əl-Məğazi" janrında yazılmış kitab müəllifləri arasında ən tanınmış müəlliflər üç nəfərdir:

  1. Məhəmməd ibn Ömər əl-Vaqidi (hicri 130-207),
  2. Məhəmməd ibn İshaq əl-Muttaləbi (hicri 80-151),
  3. Musa ibn Uqbə əl-Mədəni (vəfatı h. 141).

Sünnilərin digər məşhur hədis qaynaqları bunlardır:

  1. M. Watt. İslam Düşüncəsinin Təşəkkül Dövrü. 388.
  2. E. Ruhi Fığlalı. Çağımızda Îtikādî İslâm Mezhepleri (türk). Ankara. 54.
  3. Darimi. Muqəddimə (ər). 23.
  4. Britannika Ensiklopediyası, Sunnite Arxivləşdirilib 2010-08-09 at the Wayback Machine
  5. "Oxford Islamic Studies Online". 2017-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-09.
  6. "Sünnilik nedir ne değildir?". 2024-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-20.
  7. ibn Uqbə, Musa. əl-Məğazi (ərəbcə). Mədinə şəhəri. VII-VIII əsrlər.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]