Zəyəm (Qax)
Naviqasiyaya keç
Axtarışa keç
Zəyəm | |
---|---|
41°24′42″ şm. e. 46°40′55″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Zəyəm — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
Tarixi
[redaktə | mənbəni redaktə et]- Zəyəm kəndinin tarixi əsasən sak tayfalarının adı ilə bağlıdır. Belə ki, "zəyəm" sözünün özü də "sak" sözündən götürülüb. "Sakam" sözü zaman keçdikcə dəyişərək "zəyəm" sözünə çevrilib.
- Zəyəm kəndi] Lələli və Qındırğa kəndləri ilə birlikdə Zəyəm kənd ərazi dairəsini əmələ gətirir. Bu inzibati ərazi vahidi Zəyəm bələdiyyəsi tərəfindən idarə edilir.
Toponimikası
[redaktə | mənbəni redaktə et]- Zəyəm oyk., mür.
- Qax r-nunun eyniadlı i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. İlk dəfə X əsr mənbəyində çəkilir;
- Şəmkir r-nunda ştq. Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsini vaxtilə Qazax r-nundan gəlmiş ailələr Zəyəm çayının sahilində saldığına görə belə adlandırılmışdır;
- Zaqatala r-nunun Muxax i.e.v.-də kənd. Dağətəyi ərazidədir. XIX əsrin ortalarında Qax r-nunun Zəyəm kəndindən çıxmış bir qrup ailənin saldığı yaşayış məntəqəsidir. Bəzi tədqiqatçılara görə, Zəym fars dilindəki z/ (tərəf, sahil, yer) və kam!qam (keçid, ağız, dərə, kiçik çay) sözlərindən düzəlib, "kiçik çay sahili" mənasındadır. Digər tədqiqatçılar isə oykonimi sak etnonimi ilə bağlayırlar.[1]
Əhalisi
[redaktə | mənbəni redaktə et]- 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik ingiloylardan ibarət hər iki cinsdən toplam 636 nəfər əhali yaşayırdı. Bununla yanaşı həmin dövrdə kənddə önəmli Türk-müsəlman nüfuzuda mövcud idi. Nəticə olaraq kəndi polietnik dəyərləndirmək mümkündür.[2]
- 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 462 təsərrüfatda hər iki cinsdən toplam 1736 nəfər əhali yaşamaqdadır.[3]
- Sonrakı dövrlərdə kənddə baş verən ingiloy köçləri və Türk əhalinin kütləvi şəkildə artımı kəndin əhali faiz-nisbətini etnik-ingiloylardan, etnik-Türklərə dəyişdi. Bunun əsas nəticələrindən biri kənd əhalisi arasında ünsiyyət dilinin yalnız Azərbaycan Türkcəsi olmasıdır. Bununla belə əhalinin danışıq aksentində ingiloy təsirləri hiss olunmaqdadır. Günümüzdə kəndə az ingiloy nəsilləri yaşasa da, kəndin əsas etnik sütununu, etnik Azərbaycan Türkləri olan muğallar,qarapapaqlar[4][5][6][7] təşkil edir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ "Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 137
- ↑ Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2012-12-27 at Archive.today
- ↑ Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat. .
- ↑ "OĞUZ BOYLARINDAN: SALUR – Yeni Ufuk Dergisi" (türk). 2018-12-13. 2023-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-16.
- ↑ "Macarıstandan Kəşmirə qədər yayılmış qədim türklər - Muğallar". Yeni Azərbaycan (ingilis). 2023-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-16.
- ↑ Semra Alyılmaz. Borçalı (Gürcistan) Karapapaklarının / Terekemelerinin Tarihine Dair. Yeni Türkiye. 2002. .
Qax rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |